Previous Next
Bağla

Azərbaycanda nəzarət-kassa aparatlarının tətbiqi 2023-cü ilə qədər başa çatdırılacaq

16-02-2019 10:33
Azərbaycanda nəzarət-kassa aparatlarının tətbiqi 2023-cü ilə qədər başa çatdırılacaq

Bu il iyulun 1-nə qədər Bakıdakı “Mall” tipli iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər, yanacaq-doldurma məntəqələri (YDM-lər) ixtisaslaşmış avtomobil satışı obyektləri və şadlıq evləri real vaxt rejimində Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulmalı olacaq.

Xeberler.az  bildirir ki, bu məsələ Nazirlər Kabinetinin təsdiqlədiyi “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”ndə öz əksini tapıb.

Qrafikə əsasən, paytaxtdakı mebel satışı üzrə ixtisaslaşmış müəssisələr bu il oktyabrın 1-nə qədər, pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən Əlavə Dəyər Vergisi (ƏDV) ödəyiciləri gələn il yanvarın 1-nə qədər, eyni fəaliyyəti göstərən digər təsərrüfatı subyektləri isə 2021-ci il aprelin 1-nə qədər nəzarət-kassa aparatları quraşdırmalıdır.

Bakıdan kənarda yerləşən təsərrüfat subyektləri üçün isə qrafik bir qədər fərqlidir. Məsələn, regionlarda yerləşən “Mall”ların, avtomobil və mebel salonlarının, şadlıq evlərinin elektron informasiya sisteminə qoşulmaq üçün bu il oktyabrın 1-nə qədər vaxtı var. Gəncə və Sumqayıtda yerləşən şəbəkə sistemli marketlər və YDM-lər Bakıdakı kimi bu il iyulun 1-nə qədər, digər bölgələrdə yerləşən eyni tiplu təsərrüfat subyektləri isə bu il oktyabrın 1-nə qədər nəzarət-kassa aparatları quraşdırmalı olacaqlar.

Bu proses paytaxtda olduğu kimi, paytaxtdan kənardakı pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicilərini də bu ilin sonuna qədər əhatə edəcək. Eyni fəaliyyəti göstərən digər təsərrüfatı subyektlərinə gəlincə isə, Gəncə və Sumqayıt şəhərlərində sahibkarlara 2021-ci il aprelin 1-nə qədər, Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad və Naftalanda (kənd və qəsəbələr istisna olmaqla) 2021-ci il oktyabrın 1-nə qədər, digər rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) 2022-ci il yanvarın 1-nə qədər, bütün kənd və qəsəbələrdə isə 2023-cü il yanvarın 1-nə qədər vaxt verilib. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda yeni nəsil nəzarət kassa aparatları ilə dövriyyə 16 faiz artıb

09-10-2023

Azərbaycanda bu il istehlakçılara 113 milyon manat ƏDV məbləği geri qaytarılıb

13-10-2023

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 17 faiz artıb

14-07-2023

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 49 faiz artıb

15-11-2022

Azərbaycanda aqrar təyinatlı bir sıra qurğu və maşınlar ƏDV-dən azad edilib

16-06-2023

Onlayn kassalar necə işləyəcək və onları haradan əldə etmək olar?

14-02-2019

Hansı obyektlərdə POS-terminalların quraşdırılması məcburidir?

21-06-2023

Kənd təsərrüfatı elektronlaşdırılır

04-08-2015

Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

05-06-2020

Yeni nəsil kassa aparatlarının tətbiqi üçün standartlar hazırlanıb

03-04-2019

Azərbaycanda yeni nəsil nəzarət kassa aparatları ilə dövriyyə 16 faiz artıb

12-09-2023

Kənd təsərrüfatı məhsullarının qiymətləri elektron açıqlanacaq

06-04-2015

Media subyektlərinin məhsullarının təqdim edilməsi ƏDV-dən azad edilir

07-03-2023

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyənin həcmi açıqlandı

09-06-2023

52 Dövlət Aqrar İnkişaf Mərkəzi elektronlaşdırılacaq

01-02-2019

Massalıda elektron kənd təsərrüfatı sisteminin tətbiqinə start verilib

25-05-2019

12 700-ə yaxın fermer elektron qeydiyyatdan keçib

12-04-2019

Aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi təşviqləri verilib

09-01-2023

Azərbaycanda orta sahibkarlar bu ildən elektron mühasibat uçotuna keçməli olacaq

22-01-2024

Elektron “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır

29-09-2022

“AYNA” informasiya sisteminin yaradılmasına başlanılıb

30-08-2023

Beynəlxalq təcrübə əsasında Elektron kənd təsərrüfatı sistemi yaradılır

02-04-2015

Rəşad Nəbiyevin vətəndaş qəbulu təxirə salınıb

03-10-2023

Naxçıvanda 2 minə yaxın yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb

24-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə