Previous Next
Bağla

Massalıda elektron kənd təsərrüfatı sisteminin tətbiqinə start verilib

25-05-2019 12:34
Massalıda elektron kənd təsərrüfatı sisteminin tətbiqinə start verilib

Kənd Təsərrüfatı Nazirliyi Masallı rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi ilə bağlı maarifləndirmə işlərinə start verib.

Xeberler.az bildirir ki, rayonun Xırmandalı, Həsənli və Təzə Alvadı kəndlərində fermerlərin EKTİS sisteminə qeydiyyatı prosesinə səyyar “ASAN xidmət” avtobusu cəlb olunub.

Nazirliyin əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və "ASAN könüllü"ləri fermerlərə öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil etmək üçün informasiya-məsləhət xidməti göstərirlər. Bundan başqa, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində və Masallı "ASAN xidmət" mərkəzində EKTİS-in tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb. Fermerlər bu pəncərələrə yaxınlaşaraq yeni sistemdə qeydiyyatdan keçmək üçün məsləhət xidməti alırlar. Könüllülər fermerlərə EKTİS-də şəxsi kabinet yaratmaq və məlumatları ardıcıl şəkildə sistemə daxil etməkdə köməklik göstərir.

Masallıda EKTİS-in tətbiqi ilə bağlı maarifləndirmə işləri çərçivəsində ilk iki gündə 1000-dən artıq fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları sistemə daxil ediblər.

Bu günə qədər ölkə üzrə 250 mindən artıq fermer EKTİS-də qeydiyyatdan keçib. Onların arasında Sabirabad, Şəki, Biləsuvar, Zaqatala və Cəlilabad rayonlarından olan fermerlər üstünlük təşkil edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Subsidiyaların verilməsi artıq elektron qaydada olacaq

19-09-2019

37,500 fermer elektron qeydiyyatdan keçib

19-04-2019

Bu günədək 20,566 fermer elektron qeydiyyatdan keçib

15-04-2019

12 700-ə yaxın fermer elektron qeydiyyatdan keçib

12-04-2019

Elektron qeydiyyatdan keçmiş fermerlərin sayı 200 mini ötüb

14-05-2019

Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb

22-02-2019

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi-nin tətbiqinə start verilir

15-02-2019

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

14-02-2019

10 rayonun Azərkosmosdan yoxlamaları başa çatıb

22-01-2020

“Elektron kənd təsərrüfatı” informasiya sisteminin əhatə dairəsi genişləndirilib

14-04-2023

E-kənd təsərrüfatı informasiya sistemi təqdim edildi- Foto

08-10-2016

Subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək

27-04-2019

Nazir müavini: Növbəti məqsəd kənd təsərrüfatında süni intellekt əsaslı sistemlərin tətbiqidir

19-05-2026

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişikliklər edilib

03-08-2020

52 Dövlət Aqrar İnkişaf Mərkəzi elektronlaşdırılacaq

01-02-2019

Fermerlər kompüter və smartfon vasitəsilə e-xidmətlərdən istifadə edə biləcək

27-11-2015

Nazir: Aqrar Süni İntellekt qərarverməni daha dəqiq edəcək

11-03-2026

Aqrar sığorta haqqının “AsanPay” vasitəsilə ödənişinə başlanıldı

29-05-2025

Ekspert: Subsidiya mexanizmi nə dərəcədə əlçatan və təkmildir?

04-09-2020

RINN Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsallaşma səviyyəsini qiymətləndirib

26-11-2025

Naxçıvanda aqrar innovasiya festivalı keçiriləcək

15-05-2023

İstehsalçılar, fermerlər və satıcıların elektron portala qeydiyyatı başlayıb

01-08-2025

Kənd təsərrüfatı da elektronlaşır

30-11-2015

“Elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə

03-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə