Previous Next
Bağla
REKLAM YERİ

12 700-ə yaxın fermer elektron qeydiyyatdan keçib

12-04-2019 10:17
12 700-ə yaxın fermer elektron qeydiyyatdan keçib

Fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatı prosesi davam edir.

Xeberler.az  bildirir ki, bu günə qədər respublika üzrə 12 664 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər. Hazırda sistemdə qeydiyyatda olan fərdi təsərrüfatların sayı 12 724-ə çatıb.

Ümumilikdə, yeni sistemə 14 275 torpaq sahəsi barədə məlumat daxil edilib. Fermerlərdən 10 236 nəfər sahib olduqları torpaq sahələri barədə məlumatları EKTİS-ə Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi Dövlət Aktı, 2,865 nəfər çıxarış, 199 nəfər icarə sənədi, 14 nəfər arayış əsasında daxil edib. Digər fermerlər ilkin mərhələdə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi qeyd etməyiblər.

EKTİS-də ən çox Biləsuvar, Salyan və Quba rayonlarından olan fermerlər qeydiyyatdan keçib. Biləsuvarda 1 793, Salyanda 1 453, Şəkidə 1 449, Qubada 1 097 fermer sahib olduğu torpaq sahəsi və bu il əkdiyi məhsul barədə məlumatları yeni sistemdə bəyan edib.

Qeyd edək ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən pilot rayon olaraq seçilmiş Quba və Şəki rayonlarında fermerlər arasında maarifləndirmə işləri aparılıb. Ötən həftə isə Sabirabad rayonunun Axısxa, Yaxadəllək və Beşdəli kəndlərində fermerlərə EKTİS sistemi ilə bağlı informasiya-məsləhət xidməti göstərilib.

Fermerlərə informasiya-məsləhət xidmətinin göstərilməsində Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri aktiv iştirak edirlər. Könüllülərə EKTİS sisteminə məlumatların daxil edilmə ardıcıllığı ilə bağlı xüsusi təlimlər keçirilir. Yeni sistemdə qeydiyyatdan keçməmiş fermerlər məsləhət xidməti almaq üçün yaşadıqları rayonda Dövlət Aqrar İnkişaf Mərkəzlərinə və ərazi üzrə ASAN Xidmət Mərkəzlərinə müraciət edə bilərlər.

EKTİS sisteminin tətbiqinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Artıq Quba, Şəki və Sabirabad “ASAN xidmət” Mərkəzlərində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb. Səyyar ASAN xidmət avtobuslarında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən maarifləndirmə prosesi çərçivəsində fermerlərə informasiya məsləhət xidməti göstərilir.

Qeyd edək ki, 15-18 aprel tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və Aqrar İnkişaf Könüllüləri Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Yevlax rayonlarında EKTİS sisteminin tətbiqi ilə əlaqədar maarifləndirmə işləri aparacaqlar. Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzində prosesdə iştirak edəcək DAİM-lərin əməkdaşlarına və könüllülərə təlimlər keçiriləcək, daha sonra kəndlərdə EKTİS-in tətbiqinə başlanacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu günədək 20,566 fermer elektron qeydiyyatdan keçib

15-04-2019

37,500 fermer elektron qeydiyyatdan keçib

19-04-2019

Massalıda elektron kənd təsərrüfatı sisteminin tətbiqinə start verilib

25-05-2019

Subsidiyaların verilməsi artıq elektron qaydada olacaq

19-09-2019

Elektron qeydiyyatdan keçmiş fermerlərin sayı 200 mini ötüb

14-05-2019

Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb

22-02-2019

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi-nin tətbiqinə start verilir

15-02-2019

10 rayonun Azərkosmosdan yoxlamaları başa çatıb

22-01-2020

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

14-02-2019

E-kənd təsərrüfatı informasiya sistemi təqdim edildi- Foto

08-10-2016

Subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək

27-04-2019

Nazir: Aqrar Süni İntellekt qərarverməni daha dəqiq edəcək

11-03-2026

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişikliklər edilib

03-08-2020

“Elektron kənd təsərrüfatı” informasiya sisteminin əhatə dairəsi genişləndirilib

14-04-2023

52 Dövlət Aqrar İnkişaf Mərkəzi elektronlaşdırılacaq

01-02-2019

Fermerlər kompüter və smartfon vasitəsilə e-xidmətlərdən istifadə edə biləcək

27-11-2015

Şəkidə Aqrar İnnovasiya Festivalı keçiriləcək

04-08-2023

Elektron müraciət əsasında torpaqların təyinatını dəyişdirmək mümkün olacaq

16-12-2024

“Elektron kənd təsərrüfatı” sistemi yaradılır

13-01-2015

Nazirlik yeni elektron xidmət yaradır

05-01-2018

Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

26-11-2015

Aqrar sığorta haqqının “AsanPay” vasitəsilə ödənişinə başlanıldı

29-05-2025

Ekspert: Subsidiya mexanizmi nə dərəcədə əlçatan və təkmildir?

04-09-2020

Kənd təsərrüfatı da elektronlaşır

30-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə