Previous Next
Bağla
REKLAM YERİ

Hansı obyektlərdə POS-terminalların quraşdırılması məcburidir?

21-06-2023 13:12
Hansı obyektlərdə POS-terminalların quraşdırılması məcburidir?

Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və həmin Qaydalara 1 nömrəli əlavə “Ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi cədvəli” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na uyğun olaraq ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı və POS-terminalların quraşdırılması tarixi müəyyən olunub.

Xeberler.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, həmin qərara əsasən dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergiödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən), dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri rüb üzrə orta aylıq dövriyyəsi 2 min manatdan artıq olan vergiödəyicilərinin bütün təsərrüfat subyektləri hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri, vergilərin və göstərilən xidmətlərə görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları müştərilərlə hesablaşmaların aparılması zamanı məcburi qaydada POS-terminallar quraşdırmalıdır.

Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergiödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, təqvim ili ərzində ikinci dəfə yol verildikdə 3 min manat, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Vergi Xidməti sahibkarlara xəbərdarlıq edib

28-10-2024

DVX POS-terminalların quraşdırılmaması halları ilə bağlı nəzarət tədbirlərinə başlayacaq

15-11-2024

Pos-terminalla bağlı yenilik

23-05-2022

Oyunlarla əlaqədar quraşdırılmış POS-terminalların sayı 86 minə çatıb

11-06-2015

Azərbaycanda POS-terminalların 2/3-si paytaxtda cəmləşib

25-06-2015

Azərbaycanda POS-terminalların sayı 8 min azalıb

13-06-2016

Azərbaycanda POS-terminalların sayı azalır

11-07-2016

Ölkədə bankomatlar və Pos-terminalların sayı artıb

10-11-2010

Bankomatlar və Pos-terminalların sayı artır

14-10-2010

“Azərpoçt” “Bakı Taksi Xidməti” ilə əməkdaşlığa başlayıb

03-12-2024

Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

10-03-2025

Bankomatlar və Pos-terminallar artır

16-01-2009

Naxçıvanda 1 aya 125 POS-terminal quraşdırılıb

26-10-2014

Naxçıvanda POS-terminalların sayı minə çatdırılıb

14-08-2015

Azərbaycan poçtu POS-terminalların sayını artırır

27-08-2020

Azərbaycanda bankomatların sayı açıqlandı

08-07-2015

I Avropa Oyunları ilə bağlı bankomat və POS-terminallara nəzarət artırıldı

20-05-2015

Azərbaycanda nağdsız ödənişlərin həcmi azalıb

10-08-2017

Naxçıvanda nağdsız əməliyyatların ümumi məbləği 3 dəfə artıb

28-04-2023

Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatıb

25-01-2023

Azərbaycanda olan POS-terminalların sayı açıqlandı

08-11-2017

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

10-09-2016

Naxçıvanda quraşdırılan POS-terminalların sayı açıqlanıb

19-11-2015

Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

10-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə