Xeberler.az bildirir ki, 2017-ci il dekabrın 28-də Milli Televiziya və Radio Şurasının iclasında daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Türkel TV” MMC ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında) müsabiqənin qalibi elan edilib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.
Şirkət 720 kv.m. həcmində pavilyona sahibdir. ARB 24-də virtual dekorasiyalar üçün avadanlıqlar və yeni rəqəmsal yayım avadanlıqları quraşdırılıb. Kanal 2015-сi ildən etibarən Azerspace-1 peyki vasitəsilə yayımlanır. 2016-cı ildən "Türkel TV" olan telekanalın adı dəyişdirilərək "ARB 24" olub.
Bu il noyabrın 12-də xəbər sahəsi üzrə ixtisaslaşmış telekanal ARB 24 daxili test yayımına çıxıb. Kanalın əsas prioriteti iqtisadiyyatdır, yayım biznes kanal formatında olacaq. 24 saat efirdə olacaq kanal gün ərzində London, İstanbul və Nyu York birjasından bağlantılar təqdim edəcək
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri