Previous Next
Bağla

Ölkənin ilk uşaq telekanalı ARB Günəş - 4 yaşında

01-04-2019 13:18
Ölkənin ilk uşaq telekanalı ARB Günəş - 4 yaşında

Aprelin 1-də ölkəmizin ilk uşaq televiziyası “ARB Günəş”in 4 yaşı tamam olur. Azyaşlı tamaşaçıların sevərək izlədiyi telekanal 2015-ci ildən fəaliyyətə başlayıb.

Xeberler.az  bildirir ki, televiziya 2015-ci ildən yayımını “Azerspace 1” peyki vasitəsilə həyata keçirir. “ARB Günəş”i kabel televiziyalarında, eləcə də internetdə onlayn izləmək mümkündür.

Televiziya azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edir. “Biz gələcəyik”, “Yuxunuz şirin olsun”, “Gəlin oynayaq”, “Xəbərdar ol”, “Mən məktəbli ikən”, “Kiçikdən - böyüyə” və digər verilişlərdə uşaqlara davranış, ünsiyyət qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, mütaliə vərdişləri öyrədilir. Proqramlarda istedadlı məktəblilər öz bacarıqlarını nümayiş etdirir, izləyicilərə uşaq aləmində baş verən ən son yeniliklər çatdırılır.

Ölkənin ilk uşaq kanalında dublyaj studiyası da fəaliyyət göstərir. Xarici dildə olan cizgi və animasiya filmləri ana dilimizə tərcümə olunaraq azyaşlı izləyicilərə təqdim edilir.

“ARB Günəş” “ARB Media Qrup”a daxil olan digər kanallar və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “Təhsil TV” ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində həmin televiziyaların istehsalı olan, tamaşaçı rəğbəti qazanan verilişlər “ARB Günəş”in efirində yayımlanır.

Hazırda televiziyanın texniki bazasının və yayım imkanlarının genişlənləndirilməsi istiqamətində işlər davam etdirilir. “ARB Günəş” gələcəkdə milli-mənəvi dəyərlərə söykənən, maarifləndirici, uşaq psixologiyasına müsbət təsir edən verilişlərin sayını artırmağı qarşıya məqsəd qoyub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda çəkilən ilk cizgi serialının təqdimatı olub

02-06-2025

Azərbaycanda yeni telekanal yayıma başladı

27-11-2018

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb

03-09-2024

ANS-in tezliyi hər hansı bir yayımçıya verilməyənə qədər boş qalacaq

05-08-2016

“Nar” sosial izolyasiya dövründə təhsilə dəstək olmağa davam edir

03-02-2021

Telekanallarda son səkkiz ayda doqquz ciddi pozuntu faktı aşkarlanıb

02-09-2024

Bu gün ilin ilk Günəş tutulması baş verəcək

15-02-2018

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

13-06-2025

Pul veriləcək TV-lərin adları açıqlandı

19-01-2018

Region TV adını dəyişdirib

19-09-2016

4 televiziya kanalına xəbərdarlıq edildi

01-05-2023

«Gəlin Birgə oxuyaq» adlı kitab aksiyasına start verildi

22-09-2009

Telekanalların monitorinqinə başlanır

29-08-2015

Ötən ay ən çox hansı kanallar izlənilib? - Statistika

16-06-2017

Avqustda tam Günəş tutulması baş verəcək

01-08-2017

Azyaşlı internet istifadəçiləri üçün xoş xəbər

19-03-2012

Azərbaycanda yeni radio tezlik açılır

30-01-2018

Şuşa Radio-Televiziya Yayım Stansiyası fəaliyyətə başlayıb

01-01-2021

Təbii intellekt yoxsa süni intellekt? – VİDEO

04-05-2026

Gəncədə bərpa olunan enerjidən istifadə üzrə layihə tətbiq edilir

02-05-2015

Braziliyada günəş elektrostansiyası tikiləcək

20-06-2015

Azərbaycanda ən çox informasiya və analitik proqramlar izlənilib

11-07-2025

Uşaq paralimpiyaçılarımız qələbə ilə döndü

11-09-2017

Okeanda üzən ilk günəş enerjisi stansiyası

17-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə