Yanvarın 1-dən Azərbaycanın televiziya məkanına yeni «İdman Azərbaycan» telekanalı daxil olub. Kanal yanvar ayı ərzində test yayımı ilə fəaliyyət göstərəcək.
AzərTAc bildirir ki, tamaşaçılar «İdman Azərbaycan» telekanalını bu tezliklərdə izləyə bilərlər: Bakı şəhərində 7-ci televiziya kanalı, Lerik və Şəkidə 6-cı, Gəncədə 21-ci, Şirvanda 9-cu, Astarada 2-ci, Qazax və Ağstafada 5-ci, Lənkəranda 10-cu, Mingəçevirdə 7-ci, Qubada 8-ci, Şamaxıda isə 11-ci televiziya kanalı.
Dekabrın 30-da Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova «Media forum»a demişdi ki, «İdman Azərbaycan»ın sınaq yayımları 2009-cu il yanvarın 1-dən 22-dək davam edəcək. Sınaq yayımları hər axşam 3 saat davam edəcək. Daha sonra verilişlərin yayımlanması müddəti əvvəlcə 11 saata, sonra 12-15 saata çatdırılacaq.
Xaricdə yaşayan soydaşlarımız kanalı kodlaşdırılmış peyk vasitəsilə izləyə biləcəklər. Tamaşaçılar futbol, voleybol, güləş, cüdo, yüngül atletika və digər idman növləri üzrə beynəlxalq yarışlara baxa biləcəklər.
İdman kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqənin nəticələri 2008-ci il iyulun 18-də açıqlanıb. Müsabiqəyə üç iddiaçı - Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti – «AzTV Sport», «Lider» televiziyası – «Olimp TV» və «Rebrandinq» MMC - Sport Kanal Klub (SKC) sənəd təqdim etmişdi.
xeberler.az/Ellada
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri