Previous Next
Bağla

Azərbaycanda Zəfər Günü qeyd edilir

08-11-2021 09:46
Azərbaycanda Zəfər Günü qeyd edilir

Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbənin birinci ildönümünü - Zəfər Gününü böyük coşqu, sevinc və qürur hissləri ilə qeyd edir.

Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Prezident-Xalq birliyinin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.

2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Düşmənin on illiklər boyu qurub möhkəmləndirdiyi müdafiə xətti müharibənin ilk günündə yarıldı. Həmin gün Füzuli, Cəbrayıl rayonlarının altı kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olundu. Bu, ordumuzda, xalqımızda böyük ruh yüksəkliyi, Qələbəyə sonsuz inam yaratdı.

Vətən müharibəsinin ilk günündən başlayaraq daim irəli gedən ordumuz düşmənə sarsıdıcı zərbələr endirir, yaşayış məntəqələrimizi bir-birinin ardınca azad edirdi. Oktyabrın 3-də strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndləri, bir gün sonra Cəbrayıl şəhəri və rayonun 9 kəndi düşmən tapdağından xilas olundu.

Cəbhədən qələbə xəbərləri gəlməkdə davam edir, Prezidentimizin verdiyi bu müjdələr xalqımıza sonsuz sevinc və qürur hissləri yaşadırdı. Oktyabrın 9-dan 26-dək Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli şəhəri, Xudafərin körpüsü, Zəngilan və Qubadlı şəhərləri düşməndən azad edildi.

Sözsüz ki, Qələbəmizin zirvəsi noyabrın 8-də Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində səbirsizliklə gözlənilən bu müjdəni verdi.

Azərbaycan xalqı Zəfər Gününü Qarabağda aparılan misilsiz bərpa-quruculuq işləri fonunda yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Küçə və prospektlər, meydanlar, eyvanlar üçrəngli bayrağımızla bəzənib.

8 Noyabr - Zəfər Günü münasibətilə bu gün bir sıra kütləvi tədbirlər təşkil olunacaq. Paytaxtımızda şəhərin mərkəzinə doğru – Hərbi Qənimətlər Parkına qədər yürüş keçiriləcək, məscidlərimizdə namaz qılınacaq, şəhidlərimizin ruhuna dualar oxunacaq.

Axşam saatlarında Bakıda şanlı Zəfər tariximizə həsr edilən musiqili atəşfəşanlıq olacaq. Həmçinin bir sıra binalarda, o cümlədən “Alov qüllələri”nin, İqtisadiyyat Nazirliyinin, SOCAR-ın və “Baku Crystal Hall”un binalarının üzərində videoproyeksiya ilə Azərbaycan bayrağı əks etdiriləcək.

Zəfər Günümüz mübarək!

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gün 8 Noyabr - Zəfər Günüdür

08-11-2024

27 Sentyabr - Azərbaycanda Anım Günüdür

27-09-2025

​8 noyabr - Zəfər Günüdür

08-11-2025

Azərbaycan Zəfər Gününü qeyd edir

08-11-2022

Azərbaycanın Vətən müharibəsində ilk şəhidlərini verdiyi yerdə abidə ucaldılıb

27-09-2022

İKTA-da “Zəfər Günü” münasibətilə görüş keçirilib

08-11-2025

ETX-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

08-11-2025

UNEC Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürüb

09-10-2020

“ASAN xidmət”in kollektivi Zəfər Gününü qeyd edib

05-11-2025

Dövlət Xidmətinin şəxsi heyəti Anım Gününü qeyd edib

27-09-2024

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Anım Günü qeyd olunub

27-09-2021

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 32 il ötür

18-10-2023

18 oktyabr - Azərbaycanın müstəqilliyinin bərpası günüdür

18-10-2025

Azercell qazilər üçün “Veteran tarifi”-ni təqdim edir

08-11-2021

Birinci vitse-prezidentdən "Instagram"da Cəbrayıl paylaşımı

04-10-2020

XRİTDX-də Zəfər Günü qeyd edilib

08-11-2024

Elçin Quliyev Vətən müharibəsində PUA-larla düşmənə vurulan zərbələrin detallarını açıqlayıb

06-10-2023

Xocalı soyqırımından 34 il ötür

26-02-2026

Azərkosmos: Suqovuşan Ermənistanın ekoloji terror fəaliyyətinə məruz qalıb

08-10-2020

27 sentyabr Azərbaycanda Anım Günüdür

27-09-2024

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 105 il ötür

26-06-2023

XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

07-11-2025

28 May müstəqillik günüdür

28-05-2025

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

26-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə