Previous Next
Bağla

​8 noyabr - Zəfər Günüdür

08-11-2025 07:15
​8 noyabr - Zəfər Günüdür

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.

Xeberler.az bildirir ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

27 Sentyabr - Azərbaycanda Anım Günüdür

27-09-2025

Azərbaycan Zəfər Gününü qeyd edir

08-11-2022

Azərbaycanda Zəfər Günü qeyd edilir

08-11-2021

Bu gün 8 Noyabr - Zəfər Günüdür

08-11-2024

Azərbaycanın Vətən müharibəsində ilk şəhidlərini verdiyi yerdə abidə ucaldılıb

27-09-2022

27 sentyabr Azərbaycanda Anım Günüdür

27-09-2024

Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

04-10-2021

Elçin Quliyev Vətən müharibəsində PUA-larla düşmənə vurulan zərbələrin detallarını açıqlayıb

06-10-2023

Zəngilanda radio və televiziya yayımı təmin olunub

20-10-2021

Xocalı soyqırımından 30 il ötür

26-02-2022

XRİTDX-də Zəfər Günü qeyd edilib

08-11-2024

İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

28-12-2020

Birinci vitse-prezidentdən "Instagram"da Cəbrayıl paylaşımı

04-10-2020

Azərkosmos: Suqovuşan Ermənistanın ekoloji terror fəaliyyətinə məruz qalıb

08-10-2020

İKTA-da “Zəfər Günü” münasibətilə görüş keçirilib

08-11-2025

ƏƏSMN-in 66 əməkdaşı səfərbərlik üzrə hərbi xidmətə yola salınıb

30-09-2020

XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

07-11-2025

UNEC Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürüb

09-10-2020

“Azercell” azad olunmuş ərazilərdə şəbəkəsini genişləndirir

09-08-2021

Tezliklə işğaldan azad olunan torpaqlarda teleradio yayımına başlanacaq

28-12-2020

Hadrut qəsəbəsinin peyk təsviri təqdim edilib

10-10-2020

Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib

09-09-2022

Qubadlıda radio və televiziya yayımı təmin edilib

25-10-2021

Dövlət Xidmətinin şəxsi heyəti Anım Gününü qeyd edib

27-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə