Previous Next
Bağla
REKLAM YERİ

Azercell abunəçilərini yeni texnoloji həllərindən faydalanmağa dəvət edir

02-12-2015 15:54
Azercell abunəçilərini yeni texnoloji həllərindən faydalanmağa dəvət edir

Dekabrın 2-5-də Bakıda keçirilən 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgisində Azercell Telekom ziyarətçiləri geniş həcmli stendində qəbul edəcək.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, yaxın gələcəkdə Azercell-in bütün rəsmi satış mərkəzlərində tətbiq olunacaq yeni yanaşmanı ilk olaraq BakuTel iştirakçıları görəcəklər. 

Stendin müxtəlif bölümləri müştərilərin üzləşdikləri müxtəlif məsələlərin Azercell məhsullarının köməyi ilə asan həlli yollarını nümayiş etdirir. İnteraktiv monitorlar və fərqli əlavələr ən qabaqcıl Telekom nümunələrini təmsil edərək, müştəriləri daim öyrənməyə və birgə təcrübə əsasında rahat istifadəyə dəvət edir.

Azərbaycanda və regionda  texnoloji liderliyini daha da möhkəmləndirmək üçün Azercell yüksək-texnologiya pərəstişkarlarını dördüncü nəsil (4G) / Long Term Evolution (LTE) texnologiyasından istifadə etməklə, sürətli İnternet sahəsində ən son yeniliklərin təqdim olunduğu “Yeni texnologiyalar” bölümünə dəvət edir. 4G texnologiyası 300 MB-ə qədər çatan inanılmaz sürət təmin edir və İnternet istifadəçilərinə istənilən yerdə tamamilə bənzərsiz təcrübəyə çıxış açır.

Bununla bərabər, Azercell BakuTel 2015-də, həmçinin, bir sıra digər texnoloji yenilikləri də sərgiləndirəcək: bunların hər biri Azərbaycan bazarında rabitə xidmətləri üzrə inqilabi dəyişikliklər təsbit edir. Növbəti texnoloji yenilik - WiFi üzərindən səsli xidmətlərlə bağlıdır. Bütün seyrçilər və xüsusilə də, Azercell abunəçiləri üçün bu rabitə sistemi üzərindən zəng etmək imkanı nümayiş etdirilir. 

Mobil operatorun yeni həllərində marağı olanlar Azercell Stendinin FakturarlıFakturasız bölümlərinə üz tutmalıdırlar. Gənclər və digər İnternet həvəskarları üçün Azercell dinamik və əyləncə ilə zəngin olan GəncOL Portalı və cəlbedici GəncOL Loyallıq Proqramını əhatə edən GəncOL tarifini təqdim edir. Sözü gedən proqram çərçivəsində GəncOL müştəriləri böyük sayda kinoteatrlarda, dükan və restoranlarda, ticarət və əyləncə mərkəzlərində endirimlər əldə edirlər. Ölkənin ən geniş şəbəkəsi daxilində ünsiyyətə üstünlük verənlər üçün Azercell stendində 1 dəqiqəsi cəmi 4 qəpiyə olan Azercellim tarifi təklif olunur.

Azercell öz stedinin İnternet bölümündə hər bir şəxsə sərf edəcək xüsusi endirimli İnternet paketlər nümayiş etdirir. 4G MiFi, 3G MiFi, 3G USB modemləri kimi Azercell-in genişzolaqlı həlləri və digər Data təkliflər müştərilərə hər yerdə mobil olmaq imkanı verir. BakuTel iştirakçıları maksimal sürətli və yüksək keyfiyyətli İnterneti özləri sınaqdan keçirə biləcəklər.

Azercell stendinin “Yeni xidmətlər” hissəsində kitabsevərləri xüsusi hədiyyə gözləyir. Azercell-in təqdim etdiyi Bookmate mobil proqram vasitəsilə telefonda, planşetdə və kompüterdə minlərlə əsərləri əldə edib oxumaq mümkündür. Endirimli abunə məbləği müqabilində Azercell abunəçiləri bədii, klassik, müasir və biznes ədəbiyyatından istənilən nümunə ilə tanış ola bilərlər. Azercell kitabsevər abunəçilərinə, hətta pulsuz mütaliə də bəxş edir.

Musiqisiz həyatını təsvir edə bilməyən insanlar Azercell-in BakuTel-də təqdim etdiyi yeniliklər ürəyincə olacaq. Zvooq şirkəti ilə birgə əməkdaşlıqda baş tutan yeni “Music Streaming” proqramı çərçivəsində Azercell-lilər 25 milyon müxtəlif janrlı musiqi parçasını dinləmək imkanı əldə edirlər. Bu geniş siyahıda populyar xarici musiqi nümunələri ilə yanaşı, Azərbaycan musiqisinin inciləri də yer alıb. Sərgidə “Music Streaming” tətbiqini birbaşa sınaqdan keçirmək mümkündür.

Stendin “Yeni korporativ məhsullar” adlı bölümü Azercell kimi etibarlı tərəfdaşla biznesin rahat və effektiv idarə olunmasını təmin edən şirkətin korporativ müştəriləri üçün yaradılan unikal təkliflər yer alıb.

Bundan əlavə, Azercell müxtəlif təqdimatların keçirilməsi üçün xüsusi təlim otağının açılması ilə bu ilki sərgidə iştirakçılara tamamilə yeni, fərqli bir imkan da təklif edir. Azercell Akademiyası və Barama Innovasiya və Sahibkarlıq Mərkəzinin mütəxəssisləri tərəfindən informasiya texnologiyaları, startap proqramları, təqdimat bacarıqları və s. mövzular üzrə keçirilən peşəkar təlimlər istənilən sərgi ziyarətçisi üçün açıq olacaq. 

Ənənələrinə sadiq qalaraq, bu il də Azercell stendini ziyarət edən qonaqları artıq yaxşı tanınan “Əyləncə Zonasında” müxtəlif maraqlı oyunlar, intellektual müsabiqələr və mükafatlar gözləyir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-dən daha bir uğur

08-12-2017

«Azercell» bəzi tətbiqlər üçün pulsuz mobil internet xidmətini ləğv edir

21-09-2022

Azercell-dən GəncOL8 tarif paketinə qoşulan abunəçilərinə HƏDİYYƏ İNTERNET

12-09-2018

Azercell yeni kampaniyaya başlatdı

13-07-2018

Azercell Bakutel ilə bağlı mətbuat konfransı keçirəcək

30-11-2015

Azercell yeni Smartfon kampaniyasını təqdim edir!

02-07-2024

Yeni iPhone SE modelləri Azercell Eksklüziv-də təqdim olunur

16-05-2020

Azercell-dən abunəçilərinə 10 GB internet hədiyyə

22-03-2016

Azercell yeni məhsullarını təqdim edib

29-11-2016

Azercell-dən 4G MiFi kampaniyası

03-08-2019

Azercell ilə limitsiz WhatsApp yazışmaları

02-12-2019

Azercell 4G sürətini yeni nəsil iPhone smartfonlarında sınamağa dəvət edir 

01-10-2022

Azercell yenilənmiş GəncOl tarif paketini təqdim edir

06-05-2019

“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!

28-04-2026

Azercell-dən rominqdə olanlar üçün endirimli mobil internet

05-06-2015

Azercell-lə 500 min kitab indi cəmi 0,15 AZN

05-07-2016

Azercell-dən yeni xidmət

08-06-2017

Azercell-in rəqəmsal xidmətləri “Umico”da!

09-07-2021

Azercell Azərbaycana yeni texnologiya gətirir

02-12-2015

Azercell Ən yaxşı stend dizaynına görə sertifikatla təltif edilib

09-12-2019

Azercell Premium Tarifi və Premium+ Loyallıq Proqramını istifadəyə verdi

07-05-2024

Azercell-dən Yeni İl kampaniyası

05-01-2018

Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

28-12-2018

Azercell-dən özəl Ramazan kampaniyasında 2GB hədiyyə!

11-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə