Previous Next
Bağla

Azercell yeni məhsullarını təqdim edib

29-11-2016 14:58
Azercell yeni məhsullarını təqdim edib

Öz abunəçilərini sərfəli və sürətli internet xidməti ilə təmin edən Azercell onların həyat şəraitini bir çox aspektlərdə yaxşılaşdırmaq məqsədilə ən son innovasiyaların tətbiqinə əsaslanan strategiyasını davam etdirir.

Azercell-dən Xeberler.az-a verilən məlumata görə, yeni simsiz, geniş əhatəyə malik xidmətlər Azercell müştərilərinə yaşadıqları yerdən asılı olmayaraq internet vasitəsilə öyrənmək, işləmək və əyləncəli vaxt keçirməyə imkan yaradacaq.

Bu baxımdan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Bakutel 2016 sərgi-konfransında, Azercell məmnuniyyətlə stend ziyarətçilərinə yüksək sürətli mobil internetin gücünü nümayiş etdirir. Buraya müxtəlif ağıllı (smart) cihazlar, o cümlədən məlumatların toplanmasına və mübadiləsinə, mövcud şəbəkə infrastrukturunda obyektlərin uzaqdan idarə edilməsinə, iş mühitində effektivliyin artırılmasına səbəb olan elektron cihazlar, və yaxud proqram təminatı ilə təchiz edilmiş intellektual nəqliyyat sistemi ilə təmsil olunmuş Əşyaların İnterneti (Internet of Things) daxildir.

Şirkətin geniş stendi üç hissədən ibarətdir və hər bir hissə mobil internetin müasir insanın həyatı və asudə vaxtının ayrılmaz hissəsi olduğunu bariz şəkildə nümayiş etdirir.

Həyat və Təhsil üçün İnternet:

 Bu hissədə, şirkət rekord sürətədək çatan 4G+ cihazını sınaqdan keçirmək üçün  ziyarətçiləri “Azərcell”in müasir stendinə dəvət edirik. Burada, həmçinin, ən son texnoloji innovasiyalar və “Azercell”in yüksək sürətli internet əsasında təmin etdiyi müxtəlif məhsullar və xidmətlər, məsələn artıq məşhur olan Bookmate əlavəsi, Video streaming (Video axını), eləcə də Əşyaların İnternetinə aid ən son cihazlar və yeniliklər, məsələn, “Microsoft HoloLens”, “Leap Motion”, “Smart Home” (Ağıllı Ev) sisteminin komponentləri kimi nümayiş olunan “Smart Traveler Bag” (Ağıllı Səyahətçi Çantası), “Smart Door Bell” (Ağıllı Qapı Zəngi), valideynlər üçün nəzarət cihazı “Mother” (Ana), həmçinin İnternet əsaslı xidmətlər olan “Coursera’s Massive” (Açıq Onlayn Kursları), “Kodak Smart” və sair trendlər və məhsullar nümayiş olunur.

Bakutel 2016 sərgisinin açılış günündə Azercell Telekom dünyanın məşhur “Music Streaming” (musiqi axını) xidməti olan “Zvooq” əlavəsini rəsmi istifadəyə verir. Xatırladaq ki, bu xidmət ilk dəfə Azercell-in Bakutel 2015 stendində qonaqlar sınaqdan keçirib. Azercell abunəçiləri ayda yalnız 3,5 manat abunə haqqı ödəməklə, “Zvooq” əlavəsi üçün eksklüziv təklif qazanır: mobil telefonun balansı vasitəsilə rahat ödəmə imkanı, musiqi yükləmə, oflayn rejimdə istifadə, reklamsız və ötürmə məhdudiyyəti olmadan HQ (yüksək keyfiyyətli) striminq və yükləmə. “Zvooq” əlavəsi indi Azərbaycanda yalnız Azercell müştəriləri üçün eksklüziv təklif olunur: https://www.azercell.com/az/personal/services/partner_services/zvooq/

 Peşəkar inkişafla maraqlanan şəxslər eyni zamanda stenddə təklif olunan Azercell Akademiyasının təhsil xidmətləri ilə tanış ola bilərlər. Gənc şirkətlər və sahibkarlar isə Bakutel 2016 sərgisində öz yeni layihələrini təqdim edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyindən yararlana bilər.  

 Biznes üçün İnternet güşəsində Azercell-in korporativ müştəriləri şirkətin yeni həlləri ilə tanış ola, eləcə də peşəkar agentlərdən məsləhətlər ala bilərlər. Öz təşkilatı daxilində müasir kommunikasiya vasitəsilə əməkdaşların iş effektivliyini artırılması ilə maraqlanan şirkətlərə isə eksklüziv və müasiri həll yolu təklif olunur. Virtual ATS korporasiyalara düzgün vahid kommunikasiya sisteminin bütün faydalarını təklif  edir. Azercell-in texnoloji tərəfdaşı olan Defne şirkətinin yeni Virtual ATS həlli vasitəsilə təklif etdiyi bu xidmət korporativ abunəçilərə bu sahədə fiziki avadanlıqlar quraşdırmadan rabitədə yeni mərhələdən faydalanmaq imkanı verir.

Azercell-in Virtual ATS xidməti bütün ofis və əməkdaşları bir ümumi şəbəkədə birləşdirir ki, bura həm mobil, həm də stolüstü telefonlar daxildir. Virtual ATS xidməti uzaq olan mobil istifadəçilərin şirkətlə əlaqəsini təmin edir və əlavə xidmətlər təklif etməklə daxili kommunikasiyanın daha səmərəli olmasına nail olur və yüksək keyfiyyətə zəmanət verir.

Əyləncə üçün İnternet: Gənclərin sevimlisi sayılan bu bölmədə Azercell hər kəsə 4G vasitəsilə ən zəngin texnoloji əyləncə proqramlarını - yarışan maşınları, “Xbox One” və “Virtual Reality Set” oyunlarını, “Selfie Tennis”, “Asphalt 8” və əlbəttə ki, müxtəlif mükafatlar nəzərdə tutan maraqlı viktorinalar təklif edir.

Beləliklə, Azercell ən son innovasiyalar vasitəsilə 4G gücünü sınaqdan keçirmək üçün hamını yeni Bakutel stendinə dəvət edir.

2016-cı ildə Bakı və Abşeron yarımadasında 4G şəbəkəsinin 85%-ə qədər gücləndirilməsinə nail olmuş Azercell Telekom, 2017-ci ildən başlayaraq Azərbaycanın bütün bölgələrində 4G şəbəkəsini daha da genişləndirməyi hədəfə almışdır. Azercell həm də keçən il öz mobil internet tariflərində 55% endirim edib, İphone 7 və 7+, “General Mobile” kimi bir sıra sərfəli smartfon kampaniyaları keçirib və eksklüziv təkliflərə imza atıb. Xatırladaq ki, bu ilin may ayından başlayaraq, bütün “Azercell” abunəçiləri 4G xidmətini dəstəkləyən SİM-kartlarını ödənişsiz əldə etmək imkanı qazanıb.

Nəticədə, Azercell abunəçiləri arasında 2016-cı il üzrə Mobil İnternetdən istifadə həcmi 60% artıb. Hazırda Azercell ölkədə ilk və ən geniş LTE (4G) şəbəkəsini təqdim edir.

Qeyd edək ki, Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər “Azercell”in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə “Azercell” ölkədə ilk 4-cü nəsil LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan “Global Wireless Solutions” şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən “Azercell” şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. 

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-dən yeni sərfəli iPhone 6S kampaniyası

30-09-2016

Azercell 21 yaşını qeyd edib

16-12-2017

Azercell “iPhone 16”nı təqdim edir

07-10-2024

Azercell yeni kampaniyaya başlatdı

13-07-2018

Azercell 4G sürətini yeni nəsil iPhone smartfonlarında sınamağa dəvət edir 

01-10-2022

Yeni iPhone SE modelləri Azercell Eksklüziv-də təqdim olunur

16-05-2020

Azercell-dən daha bir uğur

08-12-2017

“Azercell” “Virtual Məktəb” layihəsinə növbəti töhfəsini verir

06-01-2021

Azercell-dən bölgələrdə olan istifadəçilərə şad xəbər

18-11-2017

Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi

03-01-2019

Azercell -dən yeni smartfon kampaniyaları-Foto

12-10-2016

«Azercell» bəzi tətbiqlər üçün pulsuz mobil internet xidmətini ləğv edir

21-09-2022

Azercell Gəncədə 4G xidməti istifadəyə verdi

15-09-2017

Azercell abunəçilərini yeni texnoloji həllərindən faydalanmağa dəvət edir

02-12-2015

Azercell-in ölkədə neçə baza stansiyası var?

31-03-2017

Azercell-dən hər telefon alana hədiyyə

05-02-2018

Azercell iPhone 12 və iPhone 12 Pro alan abunəçilərə internet hədiyyə edir

06-11-2020

Azercell-dən Yeni İl kampaniyası

26-12-2016

Azercell-dən Black Friday günündə möhtəşəm endirimlər

22-11-2018

Azercell-dən 4G xidmətində daha bir yenilik

02-04-2018

Azercell Eksklüziv indi Goranboyda

30-08-2019

Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi

16-07-2018

Azercell-dən “iPhone” kampaniyası

06-01-2026

Azercell 4G şəbəkəsini genişləndirir

17-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə