Previous Next
Bağla

Azercell-dən daha bir texnoloji yenilik

14-12-2017 13:07
Azercell-dən daha bir texnoloji yenilik

Azercell telekommunikasiya sektorunda daha bir yeniliyə imza atıb.

Xeberler.az-ın məlumatına görə, Azercell bu dəfə  ilk VoLTE (LTE texnologiyası üzərindən zəng) zəngi reallaşdırıb.

Bildirilib ki,  Bakutel 2017 sərgisində Azercell rabitə texnologiyaları və xidmətləri sahəsində dünya lideri Ericsson şirkəti ilə birgə VoLTE texnologiyasının açıq nümayişini həyata keçirib və bu  Azərbaycanın kommersiya sahəsində edilmiş ilk VoLTE zəng olub.

Ericsson şirkəti VoLTE zəngini sınaqdan keçirmək üçün lazım olan bütün texniki həlləri, o cümlədən İMS platforması, təkminləşdirilmiş verilənlər şəbəkəsi və radio rabitə avadanlığı təmin edib.

Nəzərinizə çatdıraq ki, VoLTE texnologiyası 4G (LTE) şəbəkəsi vasitəsilə səsli zənglər həyata keçirməyə və abunəçilərə ən yüksək keyfiyyətli (HD) səsli və video zəng xidmətlərindən faydalanmağa imkan verir. LTE şəbəkəsində məlumatlar yüksək keyfiyyətlə ötürüldüyü üçün VoLTE zəngləri HD keyfiyyətə malikdir və heç bir arxa səs effekti yaratmır. Bundan əlavə, VoLTE imkanlarını dəstəkləyən mobil qurğular bu texnologiyanı dəstəkləyir və heç bir kənar əlavənin (OTT) tətbiq olunmasını tələb etmir.

VoLTE texnologiyası vasitəsilə bir mobil telefondan digərinə zəng vasitəsilə qoşulmaq üçün tələb olunan vaxt da əhəmiyyətli dərəcədə azdır. VoLTE texnologiyası, həmçinin, abunəçilərə zəng edərkən və ya zəngləri qəbul edərkən belə 4G şəbəkəsində qalmağa imkan verir. Bu o deməkdir ki, istifadəçi eyni zamanda həm səsli zəngdən yararlana, həm də digər tətbiqlər üçün yüksək sürətli internetdən faydalana bilər.

Ericsson şirkətinin Azərbaycan ofisinin rəhbəri Arda Cetinerin sözlərinə görə, VoLTE sınaq zəngi Azərbaycanda innovativ mobil texnologiyaların inkişafında vacib bir hadisədir:

”Biz əminik ki, VoLTE texnologiyasının təklif etdiyi imkanlar yaxın müddətdə kommersiya sahəsində tətbiq olunacaq. Biz bu istiqamətdə Azercell-ə dəstək göstərməkdən qürur hissi keçiririk. Bu texnologiya ölkədəki abunəçilərə ən keyfiyyətli xidmətlərdən faydalanmağa imkan yaradacaq. Belə ki, VoLTE səs keyfiyyətini daha təkmilləşdirəcək və daha geniş ünsiyyət imkanları yaradacaq”.

Xeberler.az

 

 

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell daha bir xidmət istifadəyə verəcək

28-02-2018

“Bakcell” 4G üzərindən səs xidmətini istifadəyə verib

12-05-2022

Ötən il dünyada 96 yeni “LTE” şəbəkəsi istifadəyə verilib

14-01-2015

Bakcell Qarabağda 101-ci baza stansiyasını istifadəyə verib

14-11-2022

Rusiyada daha bir mobil rabitə operatoru işə başlayacaq

24-07-2015

“Bakcell” Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi  

04-07-2024

Azercell abunəçilərdən üzr istədi-Səbəb

11-10-2017

Bu telefonları dinləmək mümkün deyil? – Ekspert

19-09-2020

"Bakcell"dən iPhone istifadəçilərinə xəbər

28-03-2023

Bakcell Qarabağda xidmət mərkəzlərinin sayını artıracaq

06-02-2024

Azercell 2017-ci ilin yekunlarını açıqladı

28-02-2018

Bakcell Şuşada yeni mağazasını təqdim etdi!

02-07-2024

Bakcell eSIM istifadəyə verdi – Azərbaycanda ilk

01-06-2022

"Azercell"in LTE şəbəkəsinin əhatə dairəsi 85 faizi ötüb

25-01-2021

"Azercell" LTE şəbəkəsinin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib

23-04-2021

Azercell-dən regionlar üçün sürətli mobil internet

17-05-2018

Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndidə

01-10-2023

5G Azərbaycanın ən sürətli şəbəkəsinin təqdimatında!

01-02-2023

Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi

03-01-2019

Bakı və Abşeronda mobil internetin sürəti 30 faiz artacaq

30-10-2021

Dinlənilməyən mobil telefonlar məlum olub

18-09-2020

Metro qatarında Azercell-in mobil internet sürətini kəşf et

23-06-2021

“Bakcell” “Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisidir

25-04-2023

Azercell Bakıda futbol azarkeşlərini yüksək sürətli internetlə təmin etdi

30-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə