Previous Next
Bağla

Bakı və Abşeronda mobil internetin sürəti 30 faiz artacaq

30-10-2021 18:47
Bakı və Abşeronda mobil internetin sürəti 30 faiz artacaq

“Azercell Telekom” abunəçilərinin tələblərinə yüksək səviyyədə cavab vermək üçün ölkə üzrə LTE şəbəkəsinin əhatə dairəsini daha da genişləndirir

Müasir zamanda mobil internetə olan əsas tələb bağlantının sürətli və kəsintisiz olmasıdır. “Azercell Telekom” elə bu ehtiyacı əsas tutaraq Azərbaycan üzrə LTE şəbəkəsinin əhatə dairəsini getdikcə daha da artırır. Hazırda “Azercell”in LTE şəbəkəsinin coğrafi baxımdan əhatə dairəsi ötən ilə nisbətən təxminən 7 faiz daha artıqdır. Ümumilikdə 2021-ci ilin 9 ayı müddətində şirkətin quraşdırdığı yeni stansiyalarının fəaliyyəti nəticəsində LTE şəbəkəsinin əhali üzrə əhatə dairəsi 85,65 faizə, coğrafi əhatə dairəsi isə 74,3 faizədək çoxalıb. Xatırladaq ki, şirkətin ümumilikdə səs və mobil internet xidmətlərinin əhatəsi baxımından son göstəriciləri ölkə ərazisi üzrə 94,25 faiz, ölkə əhalisi üzrə isə 98,73 faiz təşkil edir. Bütün bunlarla yanaşı, “Azercell” yaxın zamanda Bakı və Abşeronda internet tutumunu və sürətini daha 30 faiz artırmağı planlaşdırır.

LTE şəbəkəsinin təkmilləşdirilməsi üzrə görülən işlər “Azercell”in təqdim etdiyi xidmətlərin keyfiyyətinə, mobil internetin sürətinə də güclü təsir göstərib. Hazırda Bakı şəhərində ən yüksək sürətli LTE şəbəkəsi də məhz şirkətə aiddir. Bunu paytaxtda aparılan sürət testləri (Drive Test) dəfələrlə sübut edib. Son 3 il ərzində “Azercell”in şəbəkəsi üzərindən endirmə sürəti 2,5 dəfə artıb. Belə ki, 2018-ci ildə Bakı və Abşeron yarımadası üzrə orta sürət bu sürət 19 Mbit/s təşkil edirdisə, ötən il 41 Mbit/s, bu il isə 51 Mbit/s olub. Lakin “Azercell” yalnız paytaxtda deyil, bütün ölkə üzrə abunəçilərini sürətli və keyfiyyətli mobil internetlə təmin edir. Hazırda “Azercell”in LTE şəbəkəsi ilə 240 Mbit/s qədər endirmə (download), 95 Mbit/s qədər isə yükləmə (upload) sürəti əldə etmək mümkündür. Son 1 il ərzində “Azercell” şəbəkəsi üzrə LTE texnologiyası ilə ötürülən data trafikin həcminin də 1,7 dəfə artdığını xüsusilə qeyd etmək lazımdır. Mühüm göstəricilərdən biri şəbəkə üzrə ötürülən ümumi data trafikin təxminən 71 faizinin məhz LTE texnologiyası üzərindən daşınmasıdır. Bu, o deməkdir ki, bu sürətlə Ultra HD 4K keyfiyyətli videonu onlayn şəkildə heç bir kəsinti olmadan rahatlıqla izləmək mümkündür.

Mobil operator mütəmadi olaraq ölkə üzrə radio baza stansiyalara LTE texnologiyasını əlavə etməklə onların işini təkmilləşdirir, həmçinin öz şəbəkəsini daha keyfiyyətli, daha çox tutuma malik yeni texnologiyaların tətbiqinə hazırlayır. Bu məqsədlə təkcə 2021-ci ildə mövcud 50 radio baza stansiyaya LTE texnologiyası əlavə olunub, 246 sayda stansiyada təkmilləşdirmə işləri aparılıb, 150 stansiyanın isə ümumi internet tutumu artırılıb. 2021-ci ilin yanvar ayından bu günə kimi LTE texnologiyası üzərindən çalışan 76 ədəd yeni radio baza stansiya quraşdırılıb. Hazırda şirkət ölkə ərazisindəki ümumi olaraq 2846 stansiyası ilə abunəçilərini müasir və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edir.

“Azercell” işğaldan azad olunmuş ərazilərimizdə də mobil telekom infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. İndi işğaldan azad olunmuş torpaqlarımızda “Azercell” şirkətinə məxsus 65-dən artıq radio baza stansiyası fəaliyyətdədir. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər ərazilər artıq “Azercell” şəbəkəsi ilə əhatə olunub.

“Azercell Telekom”un Bakı metropolitenində apardığı tədbirlər nəticəsində artıq metro sərnişinləri qatarın hərəkətdə olduğu zaman da internetsiz qalmırlar. İndiyədək Bakı metropoliteninin mövcud 24 stansiyası və 23 tunelində LTE-Daşıyıcı Birləşdirmə sistemi aktivləşdirilib. Yaxın zamanda Bakı metropoliteninin artıq bütün tunelləri “Azercell” LTE şəbəkəsi ilə əhatə ediləcək.

Qeyd edək ki, dünya miqyaslı telekommunikasiya şirkəti olan “Ericsson”un apardığı bençmarkinq araşdırmaları göstərir ki, bir çox keyfiyyət göstəricilərinə görə “Azercell” dünya üzrə yüksək nəticə göstərərək “Best in class” kateqoriyasına daxil olub.

“Azercell”in əsas prioritet istiqamətlərindən biri abunəçilərini hər zaman keyfiyyətli mobil rabitə ilə təmin etməkdən ibarət olub. “Azercell” LTE şəbəkəsini təkmilləşdirməklə abunəçilərinə daim onlayn olmaq, böyük həcmli videoları daha yüksək keyfiyyətdə izləmək, bu faylları daha tez yükləyib ötürmək, kəsintisiz səsli zənglər etmək imkanı yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Azercell"in LTE şəbəkəsinin əhatə dairəsi 85 faizi ötüb

25-01-2021

Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85 faizə çatdırıb

08-12-2020

"Azercell" LTE şəbəkəsinin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib

23-04-2021

Son 18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85 faiz yüksəlib

10-08-2020

Azercell yeni genişmiqyaslı layihəyə start verdi

02-08-2022

Azercell il ərzində regionlarda 4G şəbəkəsini 364 faiz artırdı

28-11-2019

Xankəndi artıq "Azercell" in əhatə dairəsində!

01-10-2023

"Azercell"in mobil internet xidmətindən istifadə son 1 ildə 30 %-dən çox artıb

03-08-2023

Azercell-in ölkədə neçə baza stansiyası var?

31-03-2017

Nar LTE şəbəkəsini genişləndirir

17-08-2018

“Nar” şəbəkəsi Hadrutda və Cəbrayılda

04-06-2021

Son 1 il ərzində “Nar” abunəçilərinin internetdən istifadəsi 65 faiz artıb

16-03-2020

“Nar” 50-dən artıq yeni baza stansiyası quraşdırmaqla şəbəkəsini daha da genişləndirib

09-08-2021

Nar bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

11-04-2018

Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir

18-06-2021

Azercell şəbəkəsi güclənməkdə davam edir

10-06-2015

Azercell-dən regionlar üçün sürətli mobil internet

17-05-2018

Nar Gəncədə 4G xidmətini təqdim edib

25-11-2017

Azercell baza stansiyalarının sayını artırıb

08-07-2015

Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır

02-04-2024

Azercell öz şəbəkəsinin genişləndirilməsini yüksək templə davam etdirir

05-09-2022

Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi

16-07-2018

Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

15-10-2015

Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

02-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə