Previous Next
Bağla

Azercell Bakıda futbol azarkeşlərini yüksək sürətli internetlə təmin etdi

30-05-2019 23:10
Azercell Bakıda futbol azarkeşlərini yüksək sürətli internetlə təmin etdi

- “Azercell” və “Ericsson” Bakı Olimpiya Stadionunda keçirilən final oyunu zamanı futbol azarkeşlərini üstün mobil şəbəkə ilə təmin etdi.

- Ericsson Radio Sistemi Azercell şəbəkəsininin tutumunu üçqat artırmaqla, azarkeşlərə video yayımı etmək və yüksək keyfiyyətli xidmətlərdən faydalanmaq imkanı yaratdı.

- Ericsson şəbəkənin tutumunu artıran və etibarlı bağlantını təmin edən unikal kompleks həll tətbiq etdi.

Xeberler.az bildirir ki, Azərbaycanın aparıcı mobil rabitə xidmətləri təminatçısı “Azercell” və “Ericsson” (NASDAQ: ERIC) ölkə paytaxtında yerləşən Bakı Olimpiya Stadionunda radio giriş şəbəkəsi(RAN) və transmissiya şəbəkəsini modernləşdirdi. Stadion çoxstandartlı “Ericsson” Radio Sistemi avadanlıqları, o cümlədən, transmissiya və Elastik RAN funksionallığı ilə daha sıx təmin olundu. Ericsson-nun bu həlli 74 radio sektorundan ibarət geniş şəbəkəyə vahid baza stansiyası şəklində işləməyə, beləliklə də resursların idarə olunmasını optimallaşdırmağa və istifadəçi rahatlığını artırmağa imkan verdi.

Unikal Ericsson Radio Sistemi həlli “Azercell”in genişzolaqlı mobil internet tutumunu üçqat artıraraq, azarkeşlərə oyunlar zamanı öz smartfonları vasitəsilə yüksək keyfiyyətli video yayımı aparmağa, interaktiv rabitə xidmətlərindən və sosial şəbəkələrdən faydalanmağa imkan yaratdı.

“Azercell” son illərdə mobil internet istifadəçilərinin davranışlarında əhəmiyyətli dəyişikliklərin baş verdiyini müşahidə edib. Belə ki, istifadəçilərin böyük qismi şəkil çəkdirməkdən daha çox video qeydləri aparmağa üstünlük verir. 2014-cü ildə Braziliyada keçirilən Dünya Çempionatı smartfon istifadəçilərinin daha çox öz şəkillərini paylaşdığı və tamaşaçıların 60 faizinin keçirilən oyunlarla bağlı şəkillər yüklədiyi “selfie” tədbiri olub.

- Ericsson-nun Elastic RAN (E-RAN) şəbəkəsi ilə sonsuz sayda telefon bütün şəbəkə üzrə koordinasiya edilir və istifadəçinin yerləşdiyi yerdən asılı olmayaraq şəbəkə əməliyyatlarının həyata keçirilməsi üçün çeviklik təmin olunur.

Mobil şəbəkə daşıyıcılarının koordinasiyası və bir yerə cəmlənməsi internet sürətini və ümumilikdə şəbəkənin fəaliyyətini artırır. Məlumatları yollamaq üçün interfeyslər və E-RAN üçün lazım olan aşağı yubanma dərəcəsini təmin etmək üçün məlumat transmissiya həlli Ericsson Router 6000 məhsullarından istifadə etməklə hazırlandı.

Stadion şəbəkəsi mərkəzləşdirilmiş RAN prinsipi əsasında və yüksək göstəricilərə malik və etibarlı DWDM əsaslı optik şəbəkə infrastrukturundan (Ericsson Fronthaul 6000 məhsulları əsasında) istifadə etməklə qurulub. Bu da öz növbəsində Azercell-ə etibarlı və bazarda ən yaxşı mobil yayım xidmətləri təqdim etməyə imkan verdi.

- “Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev bildirib: “Bugün rabitə insanları, ölkələri və cəmiyyətləri bir-birinə daha da yaxın edir. Bu xüsusi hadisə zamanı bizim üçün bir nömrəli prioritet öz abunəçilərimizə, yerli və əcnəbi futbol azarkeşlərinə, qonaqlara oyundan zövq almaq, bu inanılmaz tədbir ilə bağlı yaşadıqları emosiyaları və təəssüratları paylaşmaqlarına imkan yaratmaq olub. “Azercell” adından mən bizim dəyərli tərəfdaş olan Ericsson şirkətinə məkanı ən son şəbəkə həlləri ilə təchiz etməyə imkan verən öz beynəlxalq təcrübələrini bizimlə bölüşdüklərinə görə təşəkkür edirəm.”

- “Azercell” ilə əməkdaşlıq etmək, Azərbaycanlı və xarici futbol azarkeşlərinə Azərbaycanda keçirilən mötəbər tədbir üçün Ericsson-un innovativ Elastik RAN həllini tətbiq etmək bizim üçün xoş və sevindirici haldır”, - deyə Ericsson şirkətinin Azərbaycan ofisinin rəhbəri Arda Çetiner söyləyib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sony Ericsson Xperia X1 SDK ilə telefona yeniliklər əlavə etmək olar

05-09-2008

Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir

18-06-2021

Azercell-dən daha bir texnoloji yenilik

14-12-2017

Azercell Formula 1 yarışlarına dəstək verir

29-04-2018

Ericsson və LG birgə müəssisəsinin yeni rəhbərini açıqlayıb

03-11-2015

“Ericsson” şirkətinin nümayəndəsi Azərbaycanda təlim keçib

24-06-2023

Ericsson şirkəti yerli mobil operatorlara 3G texnologiyası ilə bağlı kömək etməyə hazırdır

11-09-2009

Sony Ericsson şirkəti modellərinin 20 faizindən imtina edəcək

24-10-2008

Sony Ericsson da Androidə keçid etdi.

13-12-2008

Azercell daha bir xidmət istifadəyə verəcək

28-02-2018

Sony Ericsson Xmini

10-12-2008

Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi

03-01-2019

Ericsson gələcəyin mobil qurğusu konsepsiyasını təqdim edib

08-11-2008

Ericsson-dan qəribə kompüter modeli

12-11-2009

Sony Ericsson kömək istədi

14-05-2009

“Nokia” şirkəti Azərbaycanın mobil operatoru haqqında yazıb

19-09-2020

"Sony Ericsson" qayıdır

25-03-2011

Azərbaycan Prezidenti Ericsson şirkətinin birinci icraçı direktorunu qəbul edib

10-09-2009

4G şəbəkələrində yükləmənin sürəti artırılacaq

24-10-2015

Bakı və Abşeronda mobil internetin sürəti 30 faiz artacaq

30-10-2021

«Playfon» şirkəti «PlayNow» xidmətini Azərbaycanda da tətbiqini təmin edib

29-06-2009

Sony Ericsson`dan 2 yeni model

16-04-2009

Apple cərimə ödəyəcək

22-12-2015

Sony Ericsson T707 satışa çıxmadan məşhur oldu

30-03-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə