Qloballaşan dünyada KİV nümayəndələrinin daha çox xarici dil bilmələri onların daha etibarlı mənbələrə çıxışını təmin edir. Məhz bu səbəbdən inkişafı paylaşmaq prinsipini əsas tutan “Azercell Telekom” MMC ABŞ səfirliyi ilə birlikdə jurnalistlər üçün ingilis dili kursları təşkil edir. Bu kurslara jurnalistlərin hədsiz marağını nəzərə alaraq “Azercell” ikinci dəfə təlimlərə start verib.
“Park İnn” otelində ingilis dili kurslarının ikinci mərhələsinin başlanmasına həsr olunmuş mərasimdə çıxış edən “Azercell”in prezidenti Ali Ağan jurnalistlər üçün təşkil olunan ilk dil kurslarını xatırladıb. Ali Ağan bildirib ki, həmin kursun bitməsinə həsr olunmuş tədbirdə o, həmçinin ABŞ-ın ölkəmizdəki səfiri Enn Dersi bu təlimlərin davam etdiriləcəyinə söz vermişdilər: “Azercell olaraq biz sözümüzün üstündə dayandıq. Bundan sonra da dayanacağıq. Mən həm də söz vermişdim ki, növbəti təlimlərdə Azərbaycanın ən yaxşı ingilis dili müəllimləri ilə yanaşı, öz yoldaşımı da bu kurslara gətirəcəyəm. Bu sözümüzə də əməl edəcəyik”.
Qeyd edək ki, “Azercell” və ABŞ səfirliyinin təşkil etdiyi ingilis dili kurslarında 40-dan çox media nümayəndəsi iştirak edəcək. Ölkənin peşəkar dil müəllimləri onlara iki qrupda yüksək səviyyəli təlimlər keçəcəklər. Ötən il keçirilən analoji kurslarda da 30-a yaxın jurnalist iştirak etmişdi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri