Previous Next
Bağla

Azercell jurnalistlər üçün yenilik edib

10-05-2017 15:31
Azercell  jurnalistlər üçün yenilik edib

Azercell Telekom  daha bir yeniliyə imza atır.  Belə ki, 7 ildir jurnalistlər üçün təşkil olunan ingilis dili kursları artıq online rejimdə keçiriləcək.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, kursların online rejimdə təşkil olunması rəqəmsallaşan həyatımızda media nümayəndələrinin işini asanlaşdıracaq, kurslara daha çox jurnalistin cəlb olunmasına şərait yaradacaq.

Qeyd edilib ki, kurslara qatılmaq üçün media nümayəndələri [email protected] ünvanına istək ərizələrini göndərməlidirlər. Ərizələr 10.05.17 -13.05.17 tarixləri arası qəbul olunacaq. Müraciət etmiş ilk 50 jurnalist ingilis dili kurslarına qatıla biləcək.

Kurslarda media nümayəndələrinin səviyyəsi və bilikləri yoxlanıldıqdan sonra hər biri özəl kurs üzrə dərslərə başlayacaq. Dərslər 6 ay davam edəcək. KİV nümayəndələrinin inkişafına yönələn bu layihə ilə Azercell şirkəti onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına dəstək olmağa davam edəcək. Kursların məqsədi Azərbaycanlı jurnalistlərin ingilis dilini öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir.

Məlumat üçün bildirək ki, bü günə kimi 7 il ərzində 200-dən çox KİV nümayəndəsi Azercell-in təşkil etdiyi ixtisaslaşmış xarici dil kurslarında iştirak edib. Kursların uğurlu tədrisi sayəsində jurnalistlər ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Bundan əlavə hər tədris ilinin sonunda dərslərdə fərqlənən 2 media nümayəndəsi Böyük Britaniyaya ingilis dilinin təkmilləşdirilməsi kursuna göndərilib.

Azercell Telekom fəaliyyətdə olduğu müddət ərzində media nümayəndələri üçün daim maraqlı layihələr təşkil edib. Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi güzəştli tarif planı -Mediacell tarifini hazırlayıb. Şirkət eyni zamanda jurnalistlərin peşəkarlığının artırılmasına yönəlik xeyli sayda təlim və layihələr həyata keçirib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell tələbə jurnalistləri Londona göndərir

23-08-2016

Azercell 2 jurnalisti Londona göndərir-Foto

10-11-2016

Azercell-in jurnalistlər üçün təşkil etdiyi növbəti ingilis dili kursları sona çatdı

14-11-2023

Jurnalistlər Azercell-in təşkil etdiyi ödənişsiz ingilis dili kurslarında iştirak edəcəklər

16-11-2018

Jurnalistlər üçün pulsuz ingilis dili kurslarına qəbul başlayır

28-09-2018

Azercell yenidən jurnalistlər üçün ingilis dili kursları elan edir

03-09-2021

Azercell yenidən jurnalistlər üçün ingilis dili kursları elan edir

26-12-2019

“Jurnalistlər üçün ingilis dili kursları” layihəsinin ikinci mərhələsi başlayıb

24-02-2009

Azercell qalib jurnalistləri mükafatlandırdı

12-10-2022

“Azercell” şirkəti və ABŞ səfirliyi azərbaycanlı jurnalistlər üçün ingilis dili kursları keçirir

04-02-2009

“Azercell” ikinci dəfə jurnalistlər üçün ingilis dili təlimlərinə start verib

06-03-2009

Jurnalistlər Azercell-in təşkil etdiyi təlimdə - Fotolar

12-01-2015

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir!

22-07-2022

“Azercell” “Kaspi” təhsil mərkəzində jurnalistlər üçün ingilis dili kursları elan edir

30-09-2010

"Azercell" jurnalistlər üçün təşkil etdiyi ingilis dili kurslarının qaliblərini mükafatlandırıb

17-03-2021

Azercell jurnalistləri Londona göndərir

08-10-2015

Azercell Milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrini təbrik edir!

22-07-2025

Azercell-in təşkil etdiyi növbəti ingilis dili kursları başa çatıb

18-09-2019

"Azercell" jurnalistlərə mobil internet hədiyyə edib

22-07-2020

Azercell media nümayəndələri üçün təlim təşkil edəcək

26-11-2024

Mətbuat Şurası jurnalistlər üçün təlim kurslarına başlayır

11-11-2009

Azercell jurnalistlər üçün seminar təşkil etdieminar təşkil etdi

24-09-2018

Mətbuat Şurası jurnalistlər üçün təlim kursu keçirir

18-12-2009

Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil edib

07-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə