Bu gün bəzi media orqanlarında yayımlanan məlumatlarda qeyd edilir ki, Azercell şirəti satışa çıxarılıb və ləğv olunacaq.
Azercell-in korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya məsələ ilə bağlı Xeberler.az-a bildirib ki,Azercell Telekom MMC öz fəaliyyətini olduğu şəkildə tam gücü ilə davam etdirir:
“ Bəzi xəbər saytları tərəfindən dərc olunan yazıların heç bir əsası yoxdur. Ölkənin aparıcı mobil operatoru olan Azercell Telekom 4.5 milyonluq abünəçi ailəsinə ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərir və 20 il ərzində olduğu kimi tam gücü ilə bazarda öz lider mövqeyini qoruyub saxlamaqdadır. Hazırda Azercell Telekom-a qarşı davam edən heç bir təhqiqat işi mövcud deyil, İsveç prokurorluğu Bloomberg agentliyinin istinad etdiyi Azərbaycana dair təhqiqat işini bu yaxınlarda bağlı elan edib”.
Şirkət rəsmisi deyib ki, iyunun 1-dən qüvvəyə minən Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azercell Telekom MMC-nin mövcud Lisenziyaları qeyri – məhdud müddətə uzadılmış hesab edilir.
Xatırldaq ki, bir müddət öncə Bloomberg Türkiyənin Turkcell mobil operatoru Fintur Holding-də TeliaSonera-nın səhmlərini almaq istədiyini haqda məlumat yayımlamışdı.
Qeyd edilmişdi ki, Turkcell İletişim Hizmetleri A.Ş holdinqin səhmlərinin 58,55 faizinin əldə edilməsinə görə ərizə verib.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri