Previous Next
Bağla

TeliaSonera-nın Azercell-dəki hissələrini hansı şirkət alır?

30-12-2015 18:56
TeliaSonera-nın Azercell-dəki  hissələrini hansı şirkət alır?

Məlumat  verdiyimiz kimi, sentyabr ayında TeliaSonera Avrasiya bazarını tərk etdiyi barədə məlumat yayılmışdı.

Qeyd edildi ki, şirkət yeni strategiyası çərçivəsində diqqətini Avropa, xüsusilə də İsveçdə fəaliyyətə ayıracaq və Avrasiya regionunda, o cümlədən Nepal, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Gürcüstan, Moldova və Tacikistanda iştirakını azaldacaq.

Bloomberg agentliyinin yaydığı məlumatda isə Türkiyənin iri mobil rabitə operatoru Turkcell İsveç-Finlandiya şirkəti TeliaSonera-nın Azərbaycanın ən iri mobil rabitə şirkəti Azercell-dəki payını almaq üçün danışıqlara başladığını bildirmişdi.

“Bizim şirkətin ən böyük sərmayədarı TeliaSonera şirkətidir. TeliaSonera öz biznesini Avrasiya regionundan çıxararaq diqqəti Avropaya, xüsusilə də Baltikyanı və Skandinaviya ölkələrinə yönəldəcək. Hazırda TeliaSonera şirkəti ilə potensial alıcılar arasında bu barədə danışıqlar gedir”.

Bunu məsələyə münasibət bildirən Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev Trend-ə müsahibəsində deyib.

O qeyd edib ki, TeliaSonera Avrasiya regionunu, əsasən, Fintur Holdings üzərindən idarə edir.

Fintur Holding şirkətində isə təsisçilərdən biri Turkcell, digəri isə TeliaSonera şirkətidir:

“İlkin imtina hüququndan istifadə edərək, Fintur Holdings-ə TeliaSonera-nın hissələrini almaq üçün ilkin olaraq Turkcell şirkəti maraq göstərir və bu barədə press-reliz yayımlayıb. Hazırda bu məsələ ilə bağlı danışıqlar davam edir. Amma əminəm ki, cəmiyyətə açıqlana biləcək məlumat olan kimi, TeliaSonera dərhal bu məlumatı açıqlayacaq”.

Vahid Mürsəliyev bildirib  ki,  Avrasiya regionunda TeliaSonera şirkətlərinə məxsus, Nepalda fəaliyyət göstərən Ncell şirkətinin bir müddət öncə Malayziyanın Axiata şirkəti tərəfindən alınması ilə bağlı razılıq əldə olunub. Onun sözlərinə görə, cəmi bir neçə saat sonra isə TeliaSonera şirkəti bununla bağlı rəsmi məlumat yayıb:

“Demək istəyirəm ki, eyni qayda digər şirkətlərlə bağlı baş verəcək və əgər hər hansı razılıq əldə olunarsa, TeliaSonera özü dərhal bu barədə ictimiayyətə məlumat verəcək. Bu, kifayət qədər böyük bir addımdır və ola bilər ki, bir neçə ay davam etsin. Çünki söhbət çox böyük bir alqı-satqıdan gedir”.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Turkcell Azercell-i almaq istəyir

Turkcell Azercell-i almaq istəyir

18-11-2015
Azercell-in yeni potensial səhmdarının adı açıqlanıb

Azercell-in yeni potensial səhmdarının adı açıqlanıb

24-10-2016
TeliaSonera Azərbaycan bazarında iştirakını azaldır

TeliaSonera Azərbaycan bazarında iştirakını azaldır

17-09-2015
Turkcell TeliaSonera-nın səhmlərini almağa hazırlaşır

Turkcell TeliaSonera-nın səhmlərini almağa hazırlaşır

10-02-2016
Azercell TurkCell-in mülkiyyətinə keçə bilərmi?

Azercell TurkCell-in mülkiyyətinə keçə bilərmi?

18-09-2015
Azercell-in adı dəyişə bilərmi?-Açıqlama

Azercell-in adı dəyişə bilərmi?-Açıqlama

24-02-2016
TeliaSonera-nın Azərbaycandan getməsi haqqında rəsmi açıqlama

TeliaSonera-nın Azərbaycandan getməsi haqqında rəsmi açıqlama

18-09-2015
Əli Abbasov TeliaSonera-nın Azərbaycandan getməsindən danışdı

Əli Abbasov TeliaSonera-nın Azərbaycandan getməsindən danışdı

19-09-2015
Prezident İlham Əliyev “TeliaSonera Eurasia” şirkətinin prezidenti ilə görüşüb

Prezident İlham Əliyev “TeliaSonera Eurasia” şirkətinin prezidenti ilə görüşüb

27-01-2011
“Azərcell” Azərbaycanda informasiya texnologiyalarının inkişafına yeni sərmayə qoyacaq

“Azərcell” Azərbaycanda informasiya texnologiyalarının inkişafına yeni sərmayə qoyacaq

15-03-2013
Azercell-in sabiq əməkdaşı "TeliaSonera Avrasiya" şirkətinin vitse-presidenti təyin edilib.

Azercell-in sabiq əməkdaşı "TeliaSonera Avrasiya" şirkətinin vitse-presidenti təyin edilib.

19-06-2014
Azercell TeliaSonera-nın Avrasiyada ən böyük və əhəmiyyətli şirkətlərindəndir

Azercell TeliaSonera-nın Avrasiyada ən böyük və əhəmiyyətli şirkətlərindəndir

13-05-2009
TeliaSonera Azərbaycan bazarından gedirmi ?

TeliaSonera Azərbaycan bazarından gedirmi ?

17-09-2015
Ali Ağan “Azercell Telekom” MMC-nin yeni prezidenti təyin olunub

Ali Ağan “Azercell Telekom” MMC-nin yeni prezidenti təyin olunub

06-01-2009
“Azercell-in bağlanacağı haqda xəbərlər həqiqəti əks etdirmir”

“Azercell-in bağlanacağı haqda xəbərlər həqiqəti əks etdirmir”

07-06-2016
Azercell-i hansı qurum alır?

Azercell-i hansı qurum alır?

12-02-2018
TeliaSonera dünyanın 100 ən sabit şirkətlərindən biri oldu

TeliaSonera dünyanın 100 ən sabit şirkətlərindən biri oldu

06-02-2012
 Cib telefonu abunəçilərinin sayı 5 milyarda çatır

Cib telefonu abunəçilərinin sayı 5 milyarda çatır

14-01-2011
Dünyada ilk dəfə olaraq  4G mobil rabitə xidmətləri istifadəyə verilib

Dünyada ilk dəfə olaraq 4G mobil rabitə xidmətləri istifadəyə verilib

15-12-2009
Azercell-in prezidenti vəzifədən gedir

Azercell-in prezidenti vəzifədən gedir

25-12-2014
Nazirlikdə “TeliaSonera” şirkətinin prezidenti ilə görüş keçirilib

Nazirlikdə “TeliaSonera” şirkətinin prezidenti ilə görüş keçirilib

05-05-2015
Azercell-in satılmasına münasibət: “Nazirlikdə bu qədər pul haradandır?”

Azercell-in satılmasına münasibət: “Nazirlikdə bu qədər pul haradandır?”

09-03-2018
“Azercell Telekom”dakı dövlət payı özəlləşdirildi.

“Azercell Telekom”dakı dövlət payı özəlləşdirildi.

26-04-2008
LTE texnologiyasını dəstəkləyən ilk noutbuk satışa çıxarıldı

LTE texnologiyasını dəstəkləyən ilk noutbuk satışa çıxarıldı

26-01-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə