Previous Next
Bağla

Turkcell Azercell-i almaq istəyir

18-11-2015 22:50
Turkcell Azercell-i almaq istəyir

Məlumat verdiyimiz kimi, TeliaSonera beynəlxalq telekommunikasiya şirkəti Azərbaycanda və digər Avrasiya ölkələrində iştirakını azaldacağını bildirib.

Əvvəllər də Avrasiya, həm də Avropa regionunda fəaliyyət göstərən Teliasonera özünün yeni strategiyası çərçivəsində səylərini İsveç və Avropada cəmləşdirmək məqsədilə Avrasiya ərazisindəki fəaliyyətini azaltmağa, nəticə etibarilə tamamilə regiondan çıxmaq planlarını həyata keçirməyə qərar verib. 

Türkiyənin iri mobil rabitə operatoru Turkcell İsveç-Finlandiya şirkəti TeliaSonera-nın Azərbaycanın ən iri mobil rabitə şirkəti Azercell-dəki payını almaq üçün danışıqlara başlayıb.

Xeberle.az-ın məlumatına  görə,  bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Danışıqlar prosesinə yaxın iki mənbə təsdiq edib ki, Turkcell bu sövdələşməyə hazırlıq üçün HSBC və Citygroup banklarından məsləhətçi tutub.

 Şirkət Azercell-dəki payı da daxil olmaqla bu region ölkələrindəki aktivlərini satışa çıxarıb.

 Azercell-in, Moldovanın Moldcel, Qazaxıstanın Kcell və Gürcüstanın Geocell şirkətlərinin səhmlərinin əsas hissəsinin sahibi Fintur Holding adlı offşor şirkətdir.

 Öz növbəsində Turkcell bu şirkətin səhmlərinin 41,45 faizinə, TeliaSonera isə 58,55 faizinə malikdir.

Turkcell şirkətinin rəhbəri Kaan Terzioğlu TeliaSonera ilə danışıqları təsdiqləyib və deyib ki, sövdələşmə gələn il başa çata bilər.

Turkcell şirkəti Azercell-lə yanaşı TeliaSonera-nın Orta Asiyadakı aktivərini də almağa hazırlaşır.

Turkcell şirkətinin səhmlərinin 51 faizi Turkcell Holding-ə məxsusdur. Bu holdinqin səhmlərinin 52,91 faizi isə Cukurova Telecom Holdings Ltd-in mülkiyyətindədir.

Xeberler.az olaraq məsələni Azercell şirkəti ilə dəqiqləşdirməyə çalışdıq. 

Şirkətdən Xeberler.az-a bildiriblər ki, bununla bağlı  sabah Azercell-in rəsmi açıqlaması olacaq. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Turkcell TeliaSonera-nın səhmlərini almağa hazırlaşır

Turkcell TeliaSonera-nın səhmlərini almağa hazırlaşır

10-02-2016
Azercell TurkCell-in mülkiyyətinə keçə bilərmi?

Azercell TurkCell-in mülkiyyətinə keçə bilərmi?

18-09-2015
TeliaSonera-nın Azercell-dəki  hissələrini hansı şirkət alır?

TeliaSonera-nın Azercell-dəki hissələrini hansı şirkət alır?

30-12-2015
Azercell-in yeni potensial səhmdarının adı açıqlanıb

Azercell-in yeni potensial səhmdarının adı açıqlanıb

24-10-2016
TeliaSonera-nın Azərbaycandan getməsi haqqında rəsmi açıqlama

TeliaSonera-nın Azərbaycandan getməsi haqqında rəsmi açıqlama

18-09-2015
Əli Abbasov TeliaSonera-nın Azərbaycandan getməsindən danışdı

Əli Abbasov TeliaSonera-nın Azərbaycandan getməsindən danışdı

19-09-2015
“Azercell-in bağlanacağı haqda xəbərlər həqiqəti əks etdirmir”

“Azercell-in bağlanacağı haqda xəbərlər həqiqəti əks etdirmir”

07-06-2016
Azercell-i hansı qurum alır?

Azercell-i hansı qurum alır?

12-02-2018
Azercell-in adı dəyişə bilərmi?-Açıqlama

Azercell-in adı dəyişə bilərmi?-Açıqlama

24-02-2016
TeliaSonera Azərbaycan bazarında iştirakını azaldır

TeliaSonera Azərbaycan bazarında iştirakını azaldır

17-09-2015
Turkcell SOCAR ilə mobil rabitə şəbəkəsi yaradır

Turkcell SOCAR ilə mobil rabitə şəbəkəsi yaradır

22-11-2022
Azercell-in sabiq əməkdaşı "TeliaSonera Avrasiya" şirkətinin vitse-presidenti təyin edilib.

Azercell-in sabiq əməkdaşı "TeliaSonera Avrasiya" şirkətinin vitse-presidenti təyin edilib.

19-06-2014
Azercell TeliaSonera-nın Avrasiyada ən böyük və əhəmiyyətli şirkətlərindəndir

Azercell TeliaSonera-nın Avrasiyada ən böyük və əhəmiyyətli şirkətlərindəndir

13-05-2009
“Azərcell” Azərbaycanda informasiya texnologiyalarının inkişafına yeni sərmayə qoyacaq

“Azərcell” Azərbaycanda informasiya texnologiyalarının inkişafına yeni sərmayə qoyacaq

15-03-2013
Nazirlik Azercell-i satın aldı

Nazirlik Azercell-i satın aldı

05-03-2018
Ali Ağan “Azercell Telekom” MMC-nin yeni prezidenti təyin olunub

Ali Ağan “Azercell Telekom” MMC-nin yeni prezidenti təyin olunub

06-01-2009
TeliaSonera Azərbaycan bazarından gedirmi ?

TeliaSonera Azərbaycan bazarından gedirmi ?

17-09-2015
Azercell-in səhmdarı Tacikistandakı aktivlərini satıb

Azercell-in səhmdarı Tacikistandakı aktivlərini satıb

07-09-2016
SimSim abonentləri İtaliya və Belarusda da öz nömrələrindən istifadə edəcəklər

SimSim abonentləri İtaliya və Belarusda da öz nömrələrindən istifadə edəcəklər

06-12-2008
“Azercell” rouminq üçün yeni endirim tariflərinin tətbiqinə başlayıb

“Azercell” rouminq üçün yeni endirim tariflərinin tətbiqinə başlayıb

09-03-2011
Prezident İlham Əliyev “TeliaSonera Eurasia” şirkətinin prezidenti ilə görüşüb

Prezident İlham Əliyev “TeliaSonera Eurasia” şirkətinin prezidenti ilə görüşüb

27-01-2011
“Azercell Telekom”dakı dövlət payı özəlləşdirildi.

“Azercell Telekom”dakı dövlət payı özəlləşdirildi.

26-04-2008
Türkiyənin Sərvət Fondu "Türkcell"in əsas səhmdarı olacaq

Türkiyənin Sərvət Fondu "Türkcell"in əsas səhmdarı olacaq

19-06-2020
“Turkcell” Azərbaycanda kibertəhlükəsizlik xidmətləri təklif edəcək

“Turkcell” Azərbaycanda kibertəhlükəsizlik xidmətləri təklif edəcək

23-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə