Previous Next
Bağla

Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşulub

08-07-2025 10:39
Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşulub

"Azercell Telekom" MMC telekommunikasiya və texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin beynəlxalq alyansı olan TeleManagement Foruma (TM Forum) rəsmi üzv olub. Rəqəmsal transformasiyanı təşviq edən bu təşkilatın üzvləri sırasında Vodafone, Orange, Deutsche Telekom kimi qlobal operatorlarla yanaşı, Amazon, Microsoft və Nokia kimi texnologiya nəhəngləri də yer alır.

Dünyanın aparıcı şirkətlərini bir araya gətirən bu platformaya qoşulmaqla Azercell xidmətlərin inkişafı, müştəri təcrübəsinin optimallaşdırılması və tərəfdaşlıq ekosisteminin genişləndirilməsini dəstəkləyən geniş imkanlara çıxış əldə edir.

“TM Foruma üzvlüyümüz ən yaxşı təcrübələrin tətbiqinə və daimi inkişafa dair formalaşdırdığımız vizyonun daha bir mərhələsidir,” – deyə Azercell-in Məlumat Analitikası və Süni İntellekt departamentinin direktoru Sabir Mərdanov bildirib.

“Aparıcı rəqəmsal xidmət təminatçıları ilə əməkdaşlıq çərçivəsində rəqəmsal infrastrukturumuzu beynəlxalq standartlara uyğunlaşdırmaqla, biz innovativ texnologiyaların tətbiqini daha da sürətləndirəcək, Azercellin həyata keçirdiyi transformasiyanın effektivliyini daha da artıracağıq. Bu da nəticə etibarilə xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olacaq”.

Azercell innovativ həllər və gələcəyə yönümlü xidmətlərin aparıcı təminatçısı olaraq öz mövqeyini daha da gücləndirməyi hədəfləyir. Bu strategiya çərşivəsində rəqəmsal xidmətlərin inkişafı, süni intellektə əsaslanan həllərin inteqrasiyası və texnoloji infrastrukturun təkmilləşdirilməsi xüsusi yer tutur. TM Forum kimi qlobal təşkilatlarla əməkdaşlıq bu məqsədlərə xidmət edən mühüm addımlardan biridir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu

24-04-2026

Amazon Web Services Azərbaycanda

18-12-2025

Azerfon beynəlxalq TeleManagement Forumunun üzvü oldu

14-06-2010

Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir

14-05-2026

Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

04-11-2024

Azercell Telekom profilaktik işlər həyata keçirir

15-09-2009

Azercell Amazon ilə tərəfdaşlıq qurur

07-10-2025

Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib

17-03-2026

Azercell-in təcrübəsi Filip Kotlerin kitabında yer alacaq

13-05-2025

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

09-09-2024

Azərbaycanın aparıcı mobil operatoru İqlim Fəaliyyətinə qoşulub

13-12-2023

«Azercell Telekom» profilaktik işlər həyata keçirir

11-08-2009

Azercell Süni İntellekt əsaslı Virtual Assistent xidmətini istifadəyə verir!

29-08-2022

“Azercell Telekom” -un fəaliyyətində problemlər yaranacaq

26-08-2009

Azercell dünyanın telekommunikasiya nəhəngi ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

02-11-2023

Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!

19-05-2025

Azercell Telekom profilaktik işlər həyata keçirir

25-09-2009

Azercell Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət konfransında iştirak etdi

16-10-2015

Azercell Telekom profilaktik işlər həyata keçirir

02-10-2009

Azercell BMT-nin Qlobal Sazişinə qoşulub

01-12-2023

“Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır

01-11-2024

A-Solutions-un Baş İcraçı Direktoru rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb

23-05-2025

Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır

15-05-2026

“Azercell Telekom” insan alverinə qarşı beynəlxalq foruma qatılıb

15-12-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə