Previous Next
Bağla

Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv qəbul edilib

01-09-2026 10:28
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv qəbul edilib

Azərbaycan Respublikası nüfuzlu Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzv qəbul olunub. 

Xeberler.az bildirir ki, bu üzvlük Azərbaycana bir sıra mühüm imkanlar yaradacaq. DCO platforması vasitəsilə ölkə qabaqcıl rəqəmsal siyasətlərə, təcrübə mübadiləsinə və beynəlxalq standartlara çıxış əldə edəcək. Eyni zamanda yerli startaplar üzv ölkələrin bazarlarına, birgə akselerasiya proqramlarına və vençur fondlarına çıxış imkanı qazanacaq. Gənclər və İKT mütəxəssisləri üçün birgə təlim və sertifikasiya proqramları vasitəsilə rəqəmsal bacarıqların artırılması sürətlənəcək, elektron ticarət və data əsaslı biznes modelləri üzrə yeni əməkdaşlıq imkanları açılacaq. Bundan əlavə, Azərbaycan Cənubi Qafqaz və Orta Asiya regionunda rəqəmsal körpü rolunu daha da gücləndirəcək, dövlət xidmətlərinin rəqəmsallaşması istiqamətində isə e-hökumət, süni intellekt və smart həllər sahəsində üzv ölkələrin təcrübəsindən faydalanmaq mümkün olacaq.

Bununla yanaşı, Azərbaycanın İKT potensialının, Rəqəmsal İnkişaf Şurası çərçivəsində həyata keçirilən işlərin, rəqəmsallaşma üçün yaradılmış imkanların və son illərdə reallaşdırılmış əsas rəqəmsal layihələrin DCO və üzv ölkələrlə paylaşılması, eləcə də təcrübə mübadiləsinin aparılması Azərbaycanın gələcəkdə rəqəmsal məhsul və xidmətlər üzrə ixrac potensialının artırılmasına xidmət edəcəkdir. Bu layihələr sırasında vətəndaş, dövlət qurumu və bizneslər üçün vahid elektron xidmət sistemi olan “mygov” və “mygov Business” platformaları, dövlət rəqəmsal xidmətləri arasında fasiləsiz məlumat mübadiləsini təmin edən "Digital Bridge", təhlükəsiz vahid giriş sistemi "Digital Login", qurumlararası sənəd idarəçiliyini optimallaşdıran Rəqəmsal Sənəd Dövriyyəsi Sistemi (RSD), eləcə də pulsuz biometrik rəqəmsal imza həlli olan SIMA yer alır.

Qeyd edək ki, DCO-ya üzvlük Azərbaycanın regional və qlobal müstəvidə rəqəmsal elm, səhiyyə, təhsil, ticarət, iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığını gücləndirəcək, rəqəmsal transformasiyanı və texnologiya bazarının inkişafını dəstəkləyən qanunvericilik və siyasətlərin koordinasiyasına töhfə verəcək.

2020-ci ilin noyabr ayında təsis edilən DCO, rəqəmsal iqtisadiyyatın inklüziv artımını sürətləndirməklə hamı üçün rəqəmsal rifahın təmin olunmasını hədəfləyən qlobal çoxtərəfli təşkilatdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və DCO rəqəmsal iqtisadiyyatın iqtisadi diversifikasiya töhvəsini müzakirə edib

Azərbaycan və DCO rəqəmsal iqtisadiyyatın iqtisadi diversifikasiya töhvəsini müzakirə edib

05-10-2026
Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06-10-2026
Azərbaycanın rəqəmsal həllərinin beynəlxalq bazarlara çıxarılması müzakirə edilib

Azərbaycanın rəqəmsal həllərinin beynəlxalq bazarlara çıxarılması müzakirə edilib

05-10-2026
İRİA və Efiopiyanın dövlət rəsmiləri görüşüb

İRİA və Efiopiyanın dövlət rəsmiləri görüşüb

10-12-2024
Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

17-03-2026
RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

29-01-2026
Afrika Azərbaycanın rəqəmsal dövlət məhsullarına böyük maraq göstərir

Afrika Azərbaycanın rəqəmsal dövlət məhsullarına böyük maraq göstərir

21-11-2025
“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

30-10-2025
Milli Məlumat Mübadiləsinə 70 qurumun 100-dən çox informasiya sistemi inteqrasiya edilib

Milli Məlumat Mübadiləsinə 70 qurumun 100-dən çox informasiya sistemi inteqrasiya edilib

17-09-2024
Afrika ölkələri ilə rəqəmsal sahə üzrə əməkdaşlıq müzakirə edilib

Afrika ölkələri ilə rəqəmsal sahə üzrə əməkdaşlıq müzakirə edilib

04-12-2025
İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

08-05-2026
Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

06-10-2026
İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02-02-2026
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib

Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib

06-05-2024
Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06-10-2026
“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025
İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı birgə fəaliyyət planı elan edib

İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı birgə fəaliyyət planı elan edib

06-10-2026
“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna  töhfəsi müzakirə olunub

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020
“Azexport” Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

“Azexport” Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

27-01-2026
İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026
Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

21-11-2025
ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib

ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib

16-05-2025
Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

28-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə