Previous Next
Bağla

Bakcell-in dəstəyilə keçirilən M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib

13-11-2018 10:03
Bakcell-in dəstəyilə keçirilən M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib

Bakcell 6-11 noyabr tarixlərində Bakıda YARAT Müasir İncəsənət Məkanı tərəfindən keçirilən ikinci M.A.P. Beynəlxalq Teatr Festivalının baş sponsoru olub.

Xeberler.az  bildirir ki, “Bakcell artıq ikinci ildir ki M.A.P. Festivalının baş sponsorudur. Keçən il olduğu kimi, bu ilin tamaşaları da böyük uğur qazanıb və bütün yaş qruplarında olan teatr və performans həvəskarları tərəfindən böyük maraqla qarşılanıb. Fikrimcə, bu festival həm yerli, həm də beynəlxalq müstəvidə olduqda vacib bir tədbirdir. Yüksək səviyyədə təşkil edilmiş bu təşəbbüsə görə YARAT Müasir İncəsənət Məkanına Bakcell adından təşəkkürümüzü bildirmək istərdim.

Bakcell şirkəti Azərbaycanda musiqi və incəsənətin inkişafına və ölkənin gəncləri arasında mədəniyyət və incəsənətin təblığ edilməsinə töhfə verməyə davam edəcək”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers qeyd edib. Ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platforması olan M.A.P. (musiqi, incəsənət və performans) festivalı tamaşaçı auditoriyasına müasir teatr formalarının geniş diapazonu ilə tanış olmağa kömək etmək məqsədilə özündə müxtəlif teatr nümunələrini birləşdirir. Bu ilki festival çərçivəsində İtaliya, Danimarka, Estoniya, Almaniya, İran, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim olunub. Festival zamanı nümayiş etdirilmiş unikal tamaşalar ictimaiyyətin böyük marağına səbəb olmaqla Azərbaycanın teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib. Tamaşaları müşayiət edən zəngin ustad dərsləri və mühazirələr yeni fəaliyyətə başlayan rejissorlar, aktyorlar, dramaturqlar və digər peşəkarların öz həmkarları ilə görüşməsinə və fikir mübadiləsi aparmasına imkan yaradıb.

“Biz qarşımıza incəsənət vasitəsilə sərhədləri aradan qaldıran, mədəniyyətləri birləşdirən, insanları bir araya gətirən və dünyanın müxtəlif yerlərindən müasir teatr tamaşaları ilə tanış olmağa imkan verən festival keçirmək məqsədi qoymuşduq. Bu ilki M.A.P. festivalının uğuru bir daha göstərdi ki bütün yaş təbəqələrinə aid Azərbaycan tamaşaçılarının müxtəlif teatr janrlarına böyük marağı var. Bu, ölkəmizdə incəsənət və mədəniyyətin inkişafına yönəlmiş fəaliyyətimizi davam etdirmək üçün bizə əlavə stimul verir. M.A.P. Festivalını növbəti dəfə dəstəklədiyi üçün “Bakcell”ə öz dərin təşəkkürümü bildirirəm. Artıq ikinci ildir ki M.A.P. Festivalının baş sponsoru qismində çıxış etməsi Bakcell şirkətinin Azərbaycanda incəsənət və mədəniyyətin inkişafına verdiyi töhfənin bariz nümunəsidir”, deyə “YARAT” Müasir İncəsənət Mərkəzinin bədii direktoru Suad Qarayeva-Maleki bildirib.

Azərbaycanın payız təqvimində əlamətdar yer tutmuş M.A.P. festivalı teatrın Azərbaycanın mədəni həyatında öz əvvəlki nüfuzunun və əhəmiyyətinin qaytarmasına xidmət edib. Milli telekommunikasiya operatoru olan Bakcell ölkədə iri-miqyaslı və nüfuzlu mədəniyyət layihələrinə daim dəstək göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda beynəlxalq teatr festivalı keçiriləcək

Bakıda beynəlxalq teatr festivalı keçiriləcək

02-11-2018
Bakcelin baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

Bakcelin baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

22-09-2018
Bakcell-in dəstəyilə M.A.P. Beynəlxalq teatr festivalı keçiriləcək

Bakcell-in dəstəyilə M.A.P. Beynəlxalq teatr festivalı keçiriləcək

03-09-2019
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

11-06-2026
Bakcell konsertin keçirilməsinə dəstək

Bakcell konsertin keçirilməsinə dəstək

26-04-2018
“Azərbaycan teatrı” veb-portalı hazırlanıb

“Azərbaycan teatrı” veb-portalı hazırlanıb

11-11-2010
Bakcell Novruz bayramını Azərbaycan xalqı ilə birgə keçirib

Bakcell Novruz bayramını Azərbaycan xalqı ilə birgə keçirib

28-03-2019
Bakcell və PwC uşaqlara dəstək göstərəcək

Bakcell və PwC uşaqlara dəstək göstərəcək

19-01-2018
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb

Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb

17-06-2026
Bakcell  xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir

Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir

09-01-2018
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir

Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir

13-03-2026
Yeni yaradıcılıq portalı fəaliyyətə başladı

Yeni yaradıcılıq portalı fəaliyyətə başladı

09-09-2015
Bakcell UAFA ilə birgə növbəti layihəsinə başlayı

Bakcell UAFA ilə birgə növbəti layihəsinə başlayı

01-11-2018
Parisdə Azərbaycanın ilk süni intellekti nümayiş olunub

Parisdə Azərbaycanın ilk süni intellekti nümayiş olunub

18-04-2025
“Bakcell” ilə “Dream Fest” həyəcanı baş tutub

“Bakcell” ilə “Dream Fest” həyəcanı baş tutub

30-07-2024
Bakcell Novruz şəhərciyinin baş sponsoru olub

Bakcell Novruz şəhərciyinin baş sponsoru olub

29-03-2019
Azercell süni intellektlə milli dəyərləri bir araya gətirir!

Azercell süni intellektlə milli dəyərləri bir araya gətirir!

31-08-2024
“Bakcell”in rəhbəri dəyişdi

“Bakcell”in rəhbəri dəyişdi

08-02-2011
Bakcell şirkətinin baş icraçı direktoru Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə Heyətinə üzv seçilib

Bakcell şirkətinin baş icraçı direktoru Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə Heyətinə üzv seçilib

10-10-2018
“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

12-09-2024
“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olunub

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olunub

05-05-2025
 Bakcell sahibkarlıq sərgisinə dəstək olub

Bakcell sahibkarlıq sərgisinə dəstək olub

10-03-2018
Bakcell Karyera Sərgisində iştirak edib

Bakcell Karyera Sərgisində iştirak edib

05-03-2018
Bakcell stendi Bakutel-in ən orjinalı seçilib

Bakcell stendi Bakutel-in ən orjinalı seçilib

13-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə