Previous Next
Bağla

Azercell-in dəstəyi ilə Beyləqanda STEM dərslərinə start verilir

05-03-2026 12:00
Azercell-in dəstəyi ilə Beyləqanda STEM dərslərinə start verilir

Lider mobil operatorun qadınların sosial və iqtisadi imkanlarının genişləndirilməsinə dəstək məqsədilə həyata keçirdiyi sosial layihə müsabiqəsinin qaliblərindən biri olan “Mil” Sosial və İqtisadi Sahələrdə Maarifləndirmə İctimai Birliyi “Robogirls” layihəsinin icrasına başlayıb.

Şirkətin dəstəyi ilə Beyləqan rayonunun kənd və qəsəbələrində təhsil alan qızlar üçün STEM təlimlərinə start verilir.

Təşəbbüs 6-7-ci sinif şagirdlərinin texnologiya və innovasiya sahələrinə marağının artırılmasına, onların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinə və gələcək karyera perspektivlərinin formalaşmasına dəstək göstərilməsinə yönəlib.

Bildirək ki, proqrama ümumilikdə 90 məktəbli qız müraciət edib. Seçim mərhələsində iştirakçılar informatika və süni intellekt mövzularını əhatə edən test imtahanında biliklərini nümayiş etdiriblər. Müəllimlər və müstəqil ekspertlər tərəfindən aparılan qiymətləndirməyə əsasən, ən yüksək nəticə göstərən 30 məktəbli qız təlimlərdə iştirak etmək imkanı qazanıb.

Təlim proqramı çərçivəsində iştirakçılar robototexnika və STEM istiqamətləri üzrə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar əldə edəcəklər. Dərslər şagirdlərin texnologiya sahəsi üzrə biliklərinin təşviqini, analitik və yaradıcı düşünmə, eləcə də problem həll etmə bacarıqlarının inkişafını hədəfləyir.

Qeyd edək ki, artıq üçüncü ildir ki, Azercell-in sosial layihə müsabiqəsi qadınların ictimai həyatda rolunun gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməklə inklüziv cəmiyyətin qurulmasına töhfə verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in dəstəklədiyi layihə qadınların bilik və bacarıqlarının inkişafına töhfə verir

15-01-2025

Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi

15-04-2026

Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib

12-03-2026

“Azercell” qadınlara dəstək verən təşəbbüslərini davam etdirir

03-12-2025

Azercell şəkili qadın sahibkarları dəstəkləyir

06-02-2025

“Azercell CUP 2026” müsabiqəsinə start verilir

20-05-2026

Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində sosial layihə qəbulu davam edir

11-09-2024

Azercell-in dəstəyi ilə məktəblilərimiz EGOI 2026-da iki medal qazanıblar

22-05-2026

Azercell-in “DataMinds” bootcamp proqramına qeydiyyat davam edir

20-06-2025

Azercell qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək olub

17-02-2025

Azercell-dən qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik dörd layihəyə dəstək

01-11-2024

“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlanıb

20-05-2025

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir

14-06-2025

“Rəqəmli Qızlar” layihəsi üzrə onlayn təlimlər keçirilib

20-06-2020

“FarmHER” layihəsi uğurla başa çatdı

14-04-2025

BMTİP dəyirmi masa təşkil edib

21-04-2022

Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir

03-02-2026

Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” təşəbbüsünə start verib

25-12-2025

“InnovateHER: Fuelling Women’s Success in STEM”in açılış mərasimi keçirilib

20-10-2025

Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib

17-03-2026

"İnnovasiya və Süni İntellekt" proqramı üzrə 25 gənc təqaüd qazanıb

25-05-2026

Digital Girls – Milli Təlim Proqramı layihəsinə start verilib

19-12-2019

Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşəbbüs həyata keçirib

14-03-2026

Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

20-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə