“Azercell Telekom” “Proqress” mükafatına layiq görüldü

07-07-2009 / 11:10

“Azercell Telekom” MMC-nin qazandığı uğurlar çoxdan Azərbaycan  sərhədlərini aşıb. Artıq şirkət abonentləri dünyanın bir çox ölkələrində “Azercell”in təqdim etdiyi xidmətlərdən yararlana bilirlər. Tərəfdaş ölkələrdən sonra Rusiya ikinci yerdədir.  “Azercell Telekom”un bu uğurları Rusiya hökuməti səviyyəsində qiymətləndirilib.

Belə  ki, “Azercell Telekom”  MMC Azərbaycan və Rusiya arasında etibarlı mobil rabitə yaratdığına görə nüfuzlu “Proqress” mükafatına layiq görülüb. Təqdimetmə  mərasimində bu mükafat Rusiya Federasiyasının Azərbaycandakı  səfiri Vladimir Doroxin tərəfindən şəxsən təqdim olunub. Şirkətin Korporativ Əlaqələr və Sosial Məsuliyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə “Azercell”ə göstərilən etimada görə cənab səfirə təşəkkürünü bildirib: “Azərbaycan mobil rabitə sektorunda 13 ildir fəaliyyət göstərən “Azercell Telekom” bu sahədə lider şirkətdir. İndi “Azercell” abonentlərinin sayının 3,5 milyonu keçməsi də təsadüfi deyil. Bu mükafat bir daha sübut edir ki, “Azercell” öz abonentlərinə keyfiyyətli və etibarlı xidmət təqdim edir”.

“Proqress” mükafatının ilk təqdimatı 2008-ci ildə Rusiyanın Azərbaycandakı səfirliyi və Ticarət Palatasının dəstəyi ilə Azərbaycan Rusiya İşgüzar Əməkdaşlıq Palatası tərəfindən təqdim olunub. Mükafatın məqsədi Azərbaycan və Rusiya arasında ticarət əlaqələrinin möhkəmləndirilməsin iştirak edən qurumları və şəxsləri müəyyənləşdirib onların fəaliyyətini qiymətləndirməkdən ibarətdir.

İyulun 3-də keçirilən təqdimetmə mərasimində Azərbaycan-Rusiya  ticarəti və iqtisadi əlaqələrinin ən yaxşı iştirakçısı olan 10-dan çox şirkət mükafatlandırıldı. 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.