Previous Next
Bağla

Nazir müavini Azərbaycanın intellektual iqtisadiyyat yanaşmasını təqdim edib

25-09-2026 20:04
Nazir müavini Azərbaycanın intellektual iqtisadiyyat yanaşmasını təqdim edib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində süni intellekt, innovasiya və rəqəmsal transformasiyanın intellektual iqtisadiyyatların formalaşmasındakı roluna həsr olunan paneldə çıxış edib.

Nazir müavini bildirib ki, süni intellekt əvvəlki texnoloji dalğalardan daha sürətlə inkişaf edir və bu proses infrastruktur, enerji, insan kapitalı, kibertəhlükəsizlik, tənzimləmə və investisiyanı əhatə edən vahid yanaşma tələb edir. Qeyd olunub ki, qlobal gündəm artıq strateji baxışdan icra mərhələsinə keçir və Azərbaycan bu mərhələyə hazırdır.

Çıxışda rəqəmsal inkişafın sürətləndirilməsinə dair yeni qəbul olunmuş Fəaliyyət Planı çərçivəsində görülən işlər, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və süni intellekt həllərinin dövlət qurumlarında tətbiqi diqqətə çatdırılıb. Həmçinin ölkənin strateji coğrafi mövqeyi, geniş rabitə şəbəkəsi və etibarlı enerji resursları nəzərə alınmaqla regional miqyaslı data mərkəzi imkanlarının yaradılması istiqamətində aparıcı beynəlxalq tərəfdaşlarla müzakirələrin aparıldığı vurğulanıb.

İnsan kapitalının inkişafına xüsusi önəm verildiyi qeyd edilib. Nazir müavini bildirib ki, süni intellekt üzrə təlimlərin ilk mərhələsi 30,000 dövlət qulluqçusunu əhatə edir və gələcəkdə bütün dövlət sektoruna şamil ediləcək. Bundan əlavə, rəhbər şəxslər, universitetlər, tələbələr və özəl sektor üçün xüsusi proqramlar həyata keçirilir.

Çıxışın sonunda startapların maliyyə imkanlarına çıxışını genişləndirəcək yeni qanunvericilik bazasından bəhs edilib, beynəlxalq tərəfdaşlar konkret layihələr əsasında əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Bakıya dəvət olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
30 min dövlət qulluqçusu süni intellekt və kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunacaq

30 min dövlət qulluqçusu süni intellekt və kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunacaq

25-09-2026
İnnovasiya ekosisteminə dair qanunvericilik təşəbbüsləri ilə bağlı ictimai dinləmə keçirilib

İnnovasiya ekosisteminə dair qanunvericilik təşəbbüsləri ilə bağlı ictimai dinləmə keçirilib

17-07-2026
Nazir Britaniyanın elm, innovasiya və texnologiyalar nazirinin müavini ilə görüşüb

Nazir Britaniyanın elm, innovasiya və texnologiyalar nazirinin müavini ilə görüşüb

05-03-2026
Rəqəmsal islahatlara dair ictimai dinləmə keçirilib

Rəqəmsal islahatlara dair ictimai dinləmə keçirilib

08-07-2026
İİB toplantısında Azərbaycanın süni intellekt strategiyası təqdim edilib

İİB toplantısında Azərbaycanın süni intellekt strategiyası təqdim edilib

18-06-2026
Azərbaycanın milli rəqəmsal transformasiya gündəliyi barədə məlumat verilib

Azərbaycanın milli rəqəmsal transformasiya gündəliyi barədə məlumat verilib

20-05-2026
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

25-09-2026
SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq

SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq

02-06-2026
Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

06-07-2026
İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

08-05-2026
RİNN-də Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini ilə görüş olub

RİNN-də Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini ilə görüş olub

26-08-2025
Azərbaycan ABŞ ilə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan ABŞ ilə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

10-02-2026
Nazir müavini: Azərbaycan süni intellekt üzrə mövqeyini gücləndirir

Nazir müavini: Azərbaycan süni intellekt üzrə mövqeyini gücləndirir

11-02-2026
Azərbaycanın BTİ Şurasına üzvlük üçün namizədliyi təqdim olunub

Azərbaycanın BTİ Şurasına üzvlük üçün namizədliyi təqdim olunub

29-04-2026
Nazir müavini Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyasında iştirak edib

Nazir müavini Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyasında iştirak edib

06-02-2026
Nazir: Azərbaycan süni intellekt və innovasiyada çevik idarəetmə modeli tətbiq edir

Nazir: Azərbaycan süni intellekt və innovasiyada çevik idarəetmə modeli tətbiq edir

14-03-2026
Müdafiə Nazirliyi və İRİA kibertəhlükəsizlik üzrə əməkdaşlığı genişləndirir

Müdafiə Nazirliyi və İRİA kibertəhlükəsizlik üzrə əməkdaşlığı genişləndirir

09-07-2026
Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

02-06-2026
Nazir müavini: Biz Azərbaycanda innovasiya üçün yeni platforma açırıq

Nazir müavini: Biz Azərbaycanda innovasiya üçün yeni platforma açırıq

28-04-2026
Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026
Azərbaycan "Nvidia" ilə əməkdaşlığı müzakirə edib

Azərbaycan "Nvidia" ilə əməkdaşlığı müzakirə edib

13-12-2025
Prezident: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır

Prezident: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır

18-06-2026
BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026
Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

04-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə