26 sentyabr – Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) əməkdaşlarının peşa bayramı münasibətilə keçirilən tədbirlər çərçivəsində xidmət əməkdaşlarının sosial məsuliyyət və humanizm ənənələrinə sadiqliyini nümayiş etdirən qanvermə aksiyası təşkil olunub.
Xeberler.az məlumat verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərə yardım məqsədilə keçirilən aksiyaya xidmətin əməkdaşları fəal şəkildə qoşulublar.
Qanvermə aksiyasında iştirak edən əməkdaşlar bu xeyirxah təşəbbüsə dəstək göstərərək dövlətə, xalqa və Vətənə xidmətin peşə borcu ilə yanaşı, yüksək humanist dəyərlərə əsaslanan məsuliyyət olduğunu da nümayiş etdiriblər.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları