Silahların tənzimlənməsi ilə bağlı beynəlxalq sənəd layihəsi üzərində iş zamanı Rusiya və ABŞ nümayəndələri hərbi süni intellektin fəaliyyətinə dair əsas məhdudiyyətləri layihədən çıxarıb.
Xeberler.az bildirir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Qəzetin mənbələrinin sözlərinə görə, nümayəndələr sistemlərin "proqnozlaşdırıla bilən" və "etibarlı" şəkildə işləməsi ilə bağlı tələbləri, eləcə də süni intellektlə idarə olunan silahlardan istifadə zamanı etik məsələlərin nəzərə alınmasını nəzərdə tutan müddəaları sənəddən çıxarıb. Nəşrin məlumatına görə, alqoritmlərin müəyyən etdiyi hədəflərin hücumdan əvvəl insan tərəfindən yenidən yoxlanılmasını tələb edən müddəa da layihədən çıxarılıb.
"The Washington Post"un mənbələri bildiriblər ki, Moskva və Vaşinqtonun nümayəndə heyətlərinin hər birində təxminən 10 hüquqşünas yer alıb. Bu, danışıqlarda iştirak edən digər dövlətlərin nümayəndə heyətləri ilə müqayisədə demək olar ki, iki dəfə çox olub. Müzakirələr BMT kameraları söndürülmüş vəziyyətdə və ictimai təşkilatların müşahidəçilərinin iştirakı olmadan keçirilib.
Rusiya Xarici İşlər Nazirliyi, ABŞ Dövlət Departamenti və BMT nəşrin şərh sorğularına cavab verməyib.
Danışıqlar Cenevrədə Ölümcül Silah Sistemləri üzrə Hökumət Ekspertləri Qrupunun platformasında keçirilib. Qrupun iclasları avqustun 31-dən sentyabrın 4-dək davam edib.
Noyabr ayında Konkret Adi Silahlar haqqında Konvensiyanın iştirakçıları bu məsələləri müzakirə etmək üçün yenidən Cenevrədə toplaşacaq. Görüş zamanı məsləhətləşmələrin rəsmi mandat çərçivəsinə keçirilməsi və ya hüquqi baxımdan məcburi sazişə çevrilməsi imkanları müzakirə ediləcək.
Bundan əvvəl süni intellektin hazırladığı səhv hesabatın ABŞ və Çin arasında silahlı münaqişəyə səbəb ola biləcəyi barədə məlumat yayılıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları