Previous Next
Bağla

Azercell və Azərbaycan Beynəlxalq Bankından ölkəmizdə bir ilk

19-12-2019 15:49
Azercell və Azərbaycan Beynəlxalq Bankından ölkəmizdə bir ilk

Xeberler.az bildirir ki, ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell Telekom regionun aparıcı bankı Azərbaycan Beynəlxalq Bankı ilə birgə abunəçiləri üçün xüsusi kobrend kart təqdim edib. Bu kart öz sahibinə gündəlik xərclərindən əlavə qazanc əldə etmək fürsəti yaradır. Belə ki, kart sahibi nağdsiz ödənişlər zamanı hər 1 manat üçün 1 bal əldə edərək, toplanmış balları şəbəkədaxili danışıq dəqiqələrinə və ya meqabaytlara dəyişə bilər. Bu imkandan yararlanmaq üçün müvafiq açar sözünü 2937 qısa nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir.

Kart üzrə SMS xəbərdarlıq və nağdlaşdırma xidməti üçün heç bir komissiya tutulmur. Müddəti 4 il olan kartı istənilən Azercell abunəçisi 24 dekabrdan etibarən cəmi 20 manat ödəməklə Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrindən əldə edə, eləcə də Bankın rəsmi internet səhifəsindən sifariş verə
bilər: https://ibar.az/az/azercell-co-brand/

Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev: “Texnologiyaların sürətlə inkişaf etdiyi bir zamanda bizim ölkənin aparıcı mobil operatoru kimi ən böyük vəzifəmiz istifadəçilərimizin gündəlik həyat prosesləri və işgüzar əməliyyatlarının daha da rahat şəkildə yerinə yetirilməsi üçün yeni məhsul və həllərin işlənib hazırlanmasıdır. Bu baxımdan, strateji tərəfdaşımız olan Azərbaycan Beynəlxalq Bankı ilə müştərək şəkildə istifadəyə buraxılan kart bir əməliyyat zamanı Azercell abunəçilərinə ikiqat fayda qazandıraraq onların həyatını daha mobil etməyə imkan yaradacaq”.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov: “Bu kartın ən mühüm özəlliyi Azərbaycan bazarında hər biri öz sahəsinin lideri olan iki böyük şirkətin tərəfdaşlığının nəticəsi kimi ortaya çıxmasıdır. Ümid edirik ki, tərəfdaşlıq layihələrimiz bundan sonra da davamlı olacaq. Azərbaycan Beynəlxalq Bankı və Azercell-in birləşən imkanları insanlarımızın həyatına yeni faydalar gətirəcək”.

Kobrend kartlarını AZN-lə yanaşı, USD və EUR hesablarında da aktivləşdirmək mümkündür. Azərbaycan Beynəlxalq Bankının “Qayğıkeş” layihəsi çərçivəsində bankla tərəfdaş məkanlarda bu kartla və bankın POS terminalları ilə ödəniş zamanı müştəri xərclədiyi vəsaitin 20%-dək hissəsini dərhal kart hesabına geri alır. Tezliklə, kartın kredit imkanları da müştərilərin istifadəsinə təqdim ediləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Beynəlxalq Bankı yeni xidmət istifadəyə verib

Azərbaycan Beynəlxalq Bankı yeni xidmət istifadəyə verib

19-04-2019
Bank kartlarında 3D Secure-dən istifadə asanlaşdı

Bank kartlarında 3D Secure-dən istifadə asanlaşdı

13-10-2015
Azercell-in Rominqi millər qazandırır

Azercell-in Rominqi millər qazandırır

19-11-2019
“ABB-Qarabağ” kobrend kartı buraxılır!

“ABB-Qarabağ” kobrend kartı buraxılır!

15-12-2025
ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim edib

ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim edib

20-12-2024
Azercell-dən 6 ay ərzində hər ay pulsuz İnternet

Azercell-dən 6 ay ərzində hər ay pulsuz İnternet

17-03-2015
Azərbaycan Beynəlxalq Bankı SIBOS-2018 beynəlxalq sərgisində iştirak edir

Azərbaycan Beynəlxalq Bankı SIBOS-2018 beynəlxalq sərgisində iştirak edir

22-10-2018
Azercell rabitə bazarında yeni biznes istiqamətini təqdim edir

Azercell rabitə bazarında yeni biznes istiqamətini təqdim edir

04-07-2022
Azərbaycanda mobil operator bank bazarına girməyə hazırlaşır

Azərbaycanda mobil operator bank bazarına girməyə hazırlaşır

02-09-2022
Azercell abunəçiləri üçün yeni Sadə tarif paketini təqdim edir

Azercell abunəçiləri üçün yeni Sadə tarif paketini təqdim edir

17-04-2019
Azərbaycan Beynəlxalq Bankı SMS-mәlumatlandırma sistemini istifadəyə verib

Azərbaycan Beynəlxalq Bankı SMS-mәlumatlandırma sistemini istifadəyə verib

12-06-2009
"Azercell"in rəqəmsal məhsulları "IBA Mobile" tətbiqinə inteqrasiya olunub

"Azercell"in rəqəmsal məhsulları "IBA Mobile" tətbiqinə inteqrasiya olunub

27-01-2021
«Bank Standard» SMS-məlumatlandırma xidmətini istifadəyə verib

«Bank Standard» SMS-məlumatlandırma xidmətini istifadəyə verib

19-06-2009
Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan

Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan

09-07-2020
Azercell rominqdə olan abunəçiləri üçün yenilik edib

Azercell rominqdə olan abunəçiləri üçün yenilik edib

09-07-2015
Yeni iPhone SE modelləri Azercell Eksklüziv-də təqdim olunur

Yeni iPhone SE modelləri Azercell Eksklüziv-də təqdim olunur

16-05-2020
Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

10-04-2020
Azercell yeni kampaniyaya başlatdı

Azercell yeni kampaniyaya başlatdı

13-07-2018
Azercell-dən abunəçilərinə 10 GB internet hədiyyə

Azercell-dən abunəçilərinə 10 GB internet hədiyyə

22-03-2016
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09-01-2026
ABB-dən kiçik sahibkarlara böyük imkanlar  yaradan biznes kartı

ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı

05-06-2026
ALBUKART indi cəmi 3 AZN-ə

ALBUKART indi cəmi 3 AZN-ə

25-10-2016
Beynəlxalq Bank elektron bankçılıq xidmətləri üzrə liderdir

Beynəlxalq Bank elektron bankçılıq xidmətləri üzrə liderdir

01-03-2019
Azercell-dən bayram kampaniyası

Azercell-dən bayram kampaniyası

16-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə