Previous Next
Bağla

"Azercell"in rəqəmsal məhsulları "IBA Mobile" tətbiqinə inteqrasiya olunub

27-01-2021 14:04
"Azercell"in rəqəmsal məhsulları "IBA Mobile" tətbiqinə inteqrasiya olunub

Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC Azərbaycan Beynəlxalq Bankı ilə birgə əməkdaşlıqda daha bir yeniliyə imza atıb. Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, artıq Azərbaycan Beynəlxalq Bankının “IBA Mobile” mobil əlavəsinin istifadəçiləri tətbiq vasitəsilə “Azercell”in NNTV, “Bookmate”, “BluTV” və “ivi” xidmətlərini aktivləşdirmək imkanı əldə edir.

Xidmətlərə qoşulmaq qaydası çox sadədir. İstifadə rahatlığı və funksionallığı ilə seçilən “IBA Mobile”də “Digər” bölümünü seçdikdən sonra “Partnyorlar” bölümünə keçid edib “Azercell tətbiqləri” sırasında xidmətə abunə olmaq olar.

4 milyondan çox dünya və Azərbaycan ədəbiyyatı əsərlərini elektron və audio formatda özündə cəmləşdirən “Bookmate” tətbiqini lider mobil operator eksklüziv şərtlərlə təqdim edir. Yalnız “Azercell” abunəçiləri xidmətə 50% endirimlə – ayda cəmi 3,50 AZN ödəyərək qoşula bilərlər. “Bookmate” mütaliə sevənlərə məkandan və istifadə olunan cihazdan asılı olmayaraq Azərbaycan, türk, ingilis, rus və digər dillərdə zəngin elektron kitabxanadan yararlanmaq, sevdiyi kitabları sosial şəbəkələrdə dostları ilə paylaşmaq, eləcə də tətbiqi yeni kitablarla daha da zənginləşdirmək imkanı verir. Xidmətdən günlük istifadə haqqı 0,19 AZN təşkil edir.

Azərbaycanda yalnız “Azercell” abunəçilərinin yararlana biləcəyi NNTV xidməti 200-dən çox yerli və xarici televiziya kanallarını internet üzərindən onlayn surətdə və yüksək keyfiyyətdə izləmə imkanı verir. Xidmətdən ayda 4 AZN və ya gündə 0,20 AZN ödəməklə yararlanmaq mümkündür. Abunəçilərinin rahatlığını hər zaman düşünən “Azercell”, bu xidmət üçün xüsusi paketlər də təqdim edir.

Ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/digital-solutions/nntv.html səhifəsinə keçid etməyiniz xahiş edilir.

“Azercell” son illər ərzində dünyada sürətlə populyarlıq qazanan türk kino və seriallarını, eləcə də türk TV kanallarını “BluTV” ilə müstəsna tərəfdaşlıq çərçivəsində endirimli qiymətlərlə təqdim edir. İzləmə rekordları ilə seçilən türk kinematoqrafiyasını 4K keyfiyyətdə və reklamsız ayda 4,99 AZN deyil, cəmi 3 AZN-ə smartfonlarınızda və ya “Smart TV”də izləyin! Günlük abunə haqqı 0,25 AZN təşkil edir.

Kinoteatrların bağlı olduğu bir zamanda “Azercell” kino pərəstişkarlarını ivi xidməti ilə sevindirir. Dünyanın ən populyar və eksklüziv filmlərini “Smart TV” də daxil olmaqla, eyni anda 5 cihazda izləmək imkanı verən ivi xidmətindən ayda cəmi 5,99 AZN-ə və ya gündə 0,40 AZN-ə yararlanmaq mümkündür. Ən yeni filmləri ivi ilə yüksək keyfiyyətdə və reklamsız izləmək fürsətini qaçırmayın!

“Azercell”in Big Data və Təhlillər departamentinin direktoru, İstehlakçı Seqment Biznes strukturunun rəhbəri Azad Hüseynov bildirdi: “Artıq 2 ildir ki, rəqəmsallaşma siyasətimizi uğurla həyata keçiririk. Özünəxidmət məhsullarının xüsusilə aktual olduğu bir zamanda abunəçilərimizin həyatını innovativ biznes həlləri ilə asanlaşdırmağa çalışırıq. Azərbaycan Beynəlxalq Bankı ilə birgə bu istiqamətdə daha bir önəmli addım atdığımızı düşünür və bu əməkdaşlığın müştərilərimiz üçün faydalı olacağına inanıram”.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, Bankın Baş Transformasiya İnzibatçısı Taleh Tahirli mobil xidmətlərin bu şəkildə uğurlu inteqrasiyasının ölkəmizdə innovasiya ekosisteminin inkişafına xidmət etdiyini qeyd etdi: “Hər biri öz sahəsində lider olan Azərbaycan Beynəlxalq Bankı və “Azercell” şirkətinin bu istiqamətdə öz imkanlarını birləşdirməsi faydalı müştəri təcrübəsi formalaşdıracaq və yeni innovativ həllərin ortaya çıxmasına zəmin yaradacaq”.

“Azercell”in rəqəmsal məhsullar portfeli ilə https://www.azercell.com/az/personal/digital-solutions.html səhifəsindən tanış olmaq olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell BluTV xidmətini təqdim edir

23-04-2020

Azercell-in rəqəmsal xidmətləri “Umico”da!

09-07-2021

Azercell NNTV xidmətini təqdim edir

18-01-2019

Azercell abunəçilərini rəqəmsal kampaniya ilə sevindirir!

30-12-2020

Azercell ilə sevilən filmləri izləmək artıq daha asandır

08-10-2019

Azercell abunəçilərinə hədiyyə balans qazandırır

23-09-2020

Azercell NNTV tətbiqi ilə dünyanın televiziya kanallarını təqdim edir

09-04-2020

Azercell-in Bookmate plus paketi ilə dünya ədəbiyyatı smartfonunuzda

03-10-2019

"Azercell" Okko tətbiqinə abunəlik xidmətini güzəştli şərtlərlə təqdim edib

13-02-2022

Azercell-in 4G WiFi modemindən eyni zamanda 32 istifadəçi yararlana bilər

28-07-2020

Azercell Paycell xidməti üzrə göndərilən sorğuların xidmət haqqını dayandırır

22-04-2020

Azercell rəqəmsal Yeni İl kampaniyasını təqdim edir

11-12-2019

Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir

28-02-2024

Azercell yeni Günlük Rominq İnternet paketini təqdim edir

01-04-2019

Yenilənmiş Sərbəst tarifləri ilə daha əlçatan ünsiyyət!

05-02-2021

Azercell Premium Tarifi və Premium+ Loyallıq Proqramını istifadəyə verdi

07-05-2024

Azercell “Məktəbə qayıdış” kampaniyasını elan edir

22-09-2022

Samsung smartfonları Azercell ilə daha sərfəlidir!

20-12-2022

Bu yay rouminqdə Azercell-in tarifləri ilə ünsiyyətdə sərbəst ol!

21-06-2022

Azercell 4G sürətini yeni nəsil iPhone smartfonlarında sınamağa dəvət edir 

01-10-2022

Azercell-dən bayram kampaniyası

16-12-2015

Azercell-dən Yeni il kampaniyası

24-12-2024

Azercell yeni rouminq paketlərini istifadəyə verir

12-01-2026

Azercell yeni 4G MiFi kampaniyasına başlayıb

03-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə