Previous Next
Bağla

ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim edib

20-12-2024 13:03
ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim edib

ABB və AZAL səyahətsevərlər üçün unikal bir məhsulu — “ABB-AZAL Miles” kobrend kartını bazara təqdim edib. “The Ritz-Carlton” hotelində kartın təqdimatı keçirilib.

Təqdimat tədbirində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev də iştirak ediblər.

“ABB-AZAL Miles” kobrend kartı ilə müştəri eyni zamanda həm ABB-nin, həm AZAL-ın təqdim etdiyi özəl üstünlüklərdən faydalanır. Kart istifadəçisi gündəlik ölkədaxili və ölkəxarici nağdsız ödənişlərini bu kartla edərək hər ödənişindən millər qazanır. Qazanılmış milləri AZAL-ın mobil tətbiqində, yaxud rəsmi azal.az saytında onlayn şəkildə asanlıqla uçuş biletinə çevirmək olur.

Kartın müddəti 5 ildir. Hər bir müştəri bu müddətdə limitsiz sayda millər toplayıb sonradan onları uçuş biletinə çevirə bilər. Müştərinin qazandığı millərlə 36 ay ərzində özünə və ailə üzvlərinə uçuş bileti əldə etmək imkanı var. Bundan başqa, “ABB-AZAL Miles” kobrend kartları ilə seçilmiş məhsuldan asılı olaraq bir çox digər üstünlüklərdən də faydalanmaq mümkündür:

1. Dünyanın bir çox hava limanlarında pulsuz transfer xidməti, “Fast Track” keçidləri, “Lounge” zallarına pulsuz giriş, “duty-free” endirimləri;
2. Səyahət zamanı pulsuz rouminq xidməti;
3. Digər ölkələrə pulsuz viza müraciətinin təşkili;
4. Heydər Əliyev Beynəlxalq Aeroportunda VIP xidmətlərindən yararlanmaq;
5. Hotel və restoran endirimləri;
6. Səyahət sığortası və s.

Kartın təqdimatı tədbirində çıxışı zamanı ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Biz bu kartı yaradarkən, dəyərli partnyorumuz Azərbaycan Hava Yolları Şirkəti ilə gücümüzü birləşdirdik. Rahat və innovativ maliyyə həllərini, eksklüziv səyahət üstünlükləri ilə bir araya gətirdik. Müştərilərə, Azərbaycan vətəndaşlarına səyahətləri daha əlçatan etməyi hədəflədik. Onların gündəlik alış-verişlərini, gündəlik həyat ritmini unudulmaz səyahətlərə çevirməyə imkan yaratdıq”.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev təqdimat mərasimindəki nitqində qeyd edib: “Azərbaycanın milli aviadaşıyıcısı olaraq səyahətləri daha əlçatan, rahat və xoş etmək məqsədilə ölkənin ən böyük bankı ABB ilə əməkdaşlığımızı genişləndirməyə davam edirik. ABB ilə birgə təqdim etdiyimiz “ABB-AZAL Miles” kobrend kartı sərnişinlər üçün yeni imkanlar açan mühüm layihədir”.

“ABB-AZAL Miles” kartlarını ABB mobile vasitəsilə sifariş etmək olar. Ünvana çatdırılma xidməti də mövcuddur. Kart haqqında ətraflı məlumatları buradan əldə edə bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ABB-Qarabağ” kobrend kartı buraxılır!

15-12-2025

Ölkəmizdə ilk – indi aviabiletlər də DigiTravel-lə ABB mobile tətbiqində alınır!

05-05-2026

ABB-eSİM xidməti istifadəyə verildi!

19-03-2026

AZAL-Miles-ın bir sıra xidmətləri fəaliyyət göstərməyəcək

04-11-2019

Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!

07-10-2025

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başlayıb

04-06-2025

ABB-nin Daşkəsən filialı da yeniləndi!

20-05-2025

Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq platformasında hesabla

17-12-2024

ABB mobile tətbiqində istifadəçilərə yeni funksiya təqdim olunub

20-11-2024

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

25-11-2024

ABB-nin komandası dövlət qurumları və şirkətlər arasında birinci oldu!

24-12-2024

ABB-dən biznes sahibləri üçün daha bir sərfəli xidmət!

28-08-2024

ABB ABA-nın 6 mükafatını qazanıb

15-04-2025

ABB Mastercard-ın 2 mükafatını qazandı

06-05-2024

ABB-dən 200 000 manata qədər təmir krediti

13-03-2026

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

19-12-2025

ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb

26-05-2026

ABB “2025 WMF Dünya Kuboku”nun tərəfdaşıdır!

21-05-2025

ABB-dən gənclər üçün “FaydaMania” ilə qazanc fürsəti!

14-03-2025

Yeni mənzillərdən ƏDV qazancı əldə etmək üçün rahat imkan!

30-10-2024

ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa edib

24-07-2025

ABB Tam Visa kartını təqdim etdi

16-01-2026

ABB mobile tətbiqində ABŞ istiqrazlarına investisiya imkanı!

11-12-2025

ABB-də nağd kreditə 6 faizədək endirim

18-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə