Azerfon – Vodafone Satış və Xidmət Mərkəzinin açılş mərasimi keçirildi

17-12-2009 / 19:12

2009-cu il 17 dekabr tarixində Azadlıq prospekti 18 ünvanında yerləşən ilk Azerfon – Vodafone Satış və Xidmət Mərkəzinin açılş mərasimi keçirildi. Açılış Mərasimində çıxış edən Azerfon MMC-nin Baş Direktoru Gido Helbix ilk Mərkəzin açılışı münasibətilə abunəçiləri təbrik etdi, və bir gün əvvəl, 16 dekabr tarixindən ölkənin mobil rabitə bazarında yeni Azerfon-Vodafone brendinin öz faəliyyətinə başlamasını və Azərbaycanda ilk dəfə olaraq 3G xidmətinin tətbiqini elan etdi. Baş Direktorun sözlərinə görə, yeni Azerfon-Vodafone brendinin təqdim olunması Azərbaycanda mobil rabitə bazarının inkişafında yeni mərhələnin başlamasına işarə edir. O, qeyd etdi ki, Mərkəz 3G xidmətləri haqqında zəruri məlumat əldə etmək, yeni Azerfon-Vodafone brendinin abunəçisi olmaq, Azerfon-Vodafone-un məhsul və xidmətlərini əldə etmək və s. kimi məsələlərdə bütün abunəçilərə yardım edəcək. G. Helbix qeyd etdi ki, abunəçilərin rahatlığı üçün yaxın zamanda Bakıda və Azərbaycanın digər şəhərlərində də yeni mərkəzlər açılacaq.

Vodafone şirkətilə tərəfdaşlıq Azerfon-a Vodafone-nun bir sıra innovativ məhsul və xidmətlərini Azərbaycan istifadəçilərinə təqdim etməyə, həmçinin 3G xidmətlərinin bütün üstünlüklərində bəhrələnməyə imkan verəcək.

Azerfon-Vodafone istifadəçiləri video-zəng, verilənlərin yüksək sürətlə ötürülməsi, təkmilləşdirilmiş səs keyfiyyəti, habelə genişləndirilmiş əhatə dairəsi kimi 3G xidmətlərindən bəhrələnə biləcək ilk Azərbaycan istifadəçiləri olacaqlar.

İlkin mərhələdə sözügedən xidmətlər Azərbaycanın böyük şəhərlərində - Bakı, Sumqayıt, Gəncə, Şirvan, Naxçıvan, Mingəçevir, Şəki, Tovuz, Şəmkir, Abşeron yarımadası – daha sonra isə digər şəhərlərində də təqdim olunacaq

Azerfon-Vodafone brendi altında təqdim olunan xidmətlər yeni 077 prefiksilə təqdim olunacaq. Azerfon-Vodafone istifadəçiləri həmin kod vasitəsilə 3G xidmətlərinə və yeni məhsullara giriş əldə edəcək və yeni Azerfon-Vodafone Mərkəzində yeni xüsusi nömrələri seçmək imkanını əldə edəcəklər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.