Previous Next
Bağla

Azerfon-a yeni baş icraçı direktor təyin edilib-Foto

30-08-2016 09:53
Azerfon-a yeni baş icraçı direktor təyin edilib-Foto

Azerfon MMC-nin baş icraçı direktoru vəzifəsində dörd il müddətində çalışmış Kent Maknili yeni karyera imkanları ilə əlaqədar 31 avqust 2016-cı il tarixindən etibarən şirkətdən ayrılmaq qərarına gəlib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Klaus Müller yeni baş icraçı direktor təyin olunub.

Yeni təyinatına qədər  Klaus Müller Deutsche Telekom şirkətinin xarici mobil rabitə bölümündə baş əməliyyat direktoru vəzifəsini yerinə yetirərək, 12 Avropa ölkəsində aparılan əməliyyatları idarə edib.  

“Son bir neçə il ərzində Azerfon MMC-nin baş icraçı direktoru olaraq çalışdığım üçün çox şadam. Əldə etdiyimiz nəticələrə və şirkətin böyük inkişafa nail olmasına görə qürur hissi keçirirəm. Şirkət rəhbərliyi və kollektiv istedadlı kadrlardan ibarətdir və mən inanıram ki, Klaus Müllerin rəhbərliyi altında onlar gələcəkdə də böyük uğurlar qazanmağa davam edəcəklər”, - deyə Kent Maknili şirkətdən ayrılmasını şərh edərkən vurğulayıb.

Azerfon Müşahidə Şurasının sədri Georgios Koronias, öz növbəsində, bildirib:

“Kent Maknili və onun rəhbərlik etdiyi komanda Azerfon şirkətini böyük uğurla idarə ediblər. Onun şirkətdən ayrılması xəbərini təəssüf hissi ilə qarşıladığımızı və onu aramızda görməkdən məmnun olduğumuzu bildirməklə yanaşı, cənab Makniliyə gələcək işlərində böyük uğurlar arzu edirik. Azerfon şirkətinə rəhbərlik etdiyi üçün ona dərin təşəkkürümüzü bildiririk”.

Yeni təyinat məsələsinə də münasibət bildirən cənab Koronias, Klaus Müllerin Azerfon şirkətinin dinamik rəhbərliyində yeni fəsil açacağına inandığını bildirib. “Onun bir çox müxtəlif bazarlardakı təcrübəsi sayəsində əldə rəhbər tutduğu dəyərlər bizim üçün böyük önəm daşıyır.

Azerfon Müşahidə Şurasının sədri olaraq, bizim yeni baş icraçı direktorumuz Klaus Müllerə dəstək olmağa hazıram”, - deyə Georgios Koronias sözlərinə əlavə edib.

Azerfon şirkətində işə başlamanın özü üçün bir şərəf olduğunu ifadə edən Klaus Müller bununla bağlı həyəcanlı olduğunu bildirib:

“Kent Maknili Azərbaycanda biznesin inkişafına böyük töhfə verib. Uzunmüddətli uğur üçün inkişaf və rentabellilik çox vacibdir. Müştərilərimiz, cəmiyyət və səhmdarlarımızın ümidlərini doğrultmaq naminə şirkətimizin uğurlarının davam etdirilməsi məqsədilə hər bir kəsi əl-ələ verərək əzmlə çalışmağa dəvət edirəm”.  

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azerfon-a​ yeni baş icraçı direktor təyin olunub

05-12-2017

"Aztelekom"a yeni baş direktor təyin olunub

25-12-2021

Nazirlik: "Aztelekom"un baş direktoru işdən çıxarılmayıb"

07-12-2022

“Azerfon” şirkətinin mobil abunəçilərinin sayı bu ilin əvvəlindən 10% artıb

12-09-2013

"Aztelekom"un rəhbəri dəyişdi

25-01-2023

Azerfon şəbəkəsinin əhatə dairəsini genişləndirir

30-07-2009

"Bakcell"in rəhbərliyində yeni təyinatlar olub - FOTO

22-02-2023

Azerfon rəhbəri avropalı KİV-lərə Azərbaycan iqtisadiyyatının dinamik inkişafından danışıb

24-11-2009

Azerfon yeni Baş Direktorun təyinatını elan etdi

11-11-2010

Nazirin birinci müavini: "İlk gündən mobil rabitə bazarında şəffaf rəqabət mühiti yaradılıb"

08-04-2015

Azerfon yeni loqotipini təqdim edir

04-11-2009

"Azerfon-Vodafone" rouminq əhatəsini 120 ölkəyə çatdırıb

18-02-2011

“Azercell hər iki şirkətin abunəçilərinə qarşı hörmətsizlik edir”

22-07-2009

Azerfon Azərbaycanda 3G şəbəkəsinin istifadəyə verilməsi barədə tədbir keçirib

16-12-2009

“3G”nin “Azerfon”a verilməsi kobud qanun pozuntusudur”

25-12-2009

“Azerfon” 3G texnologiyasının tətbiqinə 20 mln. dollara qədər investisiya qoyub

02-12-2009

"Nar"ın rəhbərliyində dəyişiklik olub

30-09-2025

“Nar”a yeni baş icraçı direktor təyin olunub

27-10-2025

Nar “Cloud” korporativ xidmətini təqdim edib

02-12-2015

Azerfon şirkəti Azərbaycanda Karyera Günü adlı tədbir keçirəcək

30-11-2009

«Azerfon»la «Vodafone» arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

22-07-2009

Azerfon – Vodafone Satış və Xidmət Mərkəzinin açılş mərasimi keçirildi

17-12-2009

“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb

21-05-2024

Azərbaycanı “Mobile World Congress 2009” sərgisində “Azerfon” şirkəti təmsil edir

16-02-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə