Previous Next
Bağla

"Aztelekom"a yeni baş direktor təyin olunub

25-12-2021 16:54
"Aztelekom"a yeni baş direktor təyin olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) baş direktor təyin edilib.

Xeberler.az bildirir ki, nazir Rəşad Nəbiyevin əmri ilə bu vəzifəyə Klaus Müller gətirilib.

2016-2020-ci illərdə "Azərfon" MMC-nin icraçı direktoru olan K.Müller həmçinin “Deutsche Telekom” şirkətinin xarici mobil rabitə bölümündə baş əməliyyat direktoru vəzifəsində çalışıb.

K.Müllerin bu təyinata qədər son iş yeri isə "McKinsey & Co" şirkətində xarici məsləhətçi vəzifəsində olub.

Bu vaxta qədər "Aztelekom"un baş direktoru vəzifəsini müvəqqəti olaraq nazirliyin aparat rəhbəri Samir Məmmədov icra edirdi.

"Yeni təyinatın məqsədi qurumda korporativ idarəetmənin dünya praktikasına uyğun təşkili, şirkətdə müştəri yönümlü korporativ mədəniyyətin təşəkkülü, xidmət şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsidir. 

Klaus Müller Avropanın 12 ölkəsində sabit və mobil şəbəkə xidməti göstərən “Deutsche Telekom”un 50 min işçisi olan bölməsində əməliyyatlar üzrə direktor, Balkanlarda rabitə operatorunun baş direktor müavini, Avropa və Asiyada bir neçə çoxmillətli telekommunikasiya şuralarının sədri və üzvü kimi fəaliyyət göstərib. Hazırda “Avropada Amerika Ticarət Palatası”nın idarə heyətinin üzvüdür".

Klaus Müller iqtisadiyyat, siyasi elmlər və biznesin idarəedilməsi üzrə təhsil alıb. Bavariyanın “Fridrix-Aleksandr Universiteti”nin rabitə sənayesində institusional dizayn və tənzimləmə tədqiqatları üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirlik: "Aztelekom"un baş direktoru işdən çıxarılmayıb"

07-12-2022

Azerfon-a yeni baş icraçı direktor təyin edilib-Foto

30-08-2016

Azerfon-a​ yeni baş icraçı direktor təyin olunub

05-12-2017

"Aztelekom"un rəhbəri dəyişdi

25-01-2023

Aztelekom-a Baş direktor təyin olundu-Rəsmi

02-12-2016

“AzInTelecom” MMC-yə yeni rəhbər təyin olundu

09-02-2021

NRYTN-nin Aparatına yeni rəhbər təyin edilib

04-02-2021

"Bakcell"in rəhbərliyində yeni təyinatlar olub - FOTO

22-02-2023

“AzInTelecom”a baş direktor təyin edilib

13-05-2026

"Aztelekom"un baş direktoruna I müavin təyin edilib

21-12-2021

BTRİB-ə yeni texniki direktor təyin edildi

07-01-2016

«Bakcell»ə yeni baş direktor təyin olunub

10-01-2009

"Teleradio" İstehsalat Birliyinə baş direktor təyin edilib

25-10-2021

Azərpoçt-a yeni baş direktor təyin edilib

10-04-2018

BTRİB-ə Baş direktor təyin olundu

18-11-2016

“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb

20-04-2024

Yüksək Texnologiyalar Parkına direktor təyin olunub

21-08-2019

“Aztelekom”un rəhbəri dəyişib

07-09-2023

AzInTelecom-a yeni direktor təyin olunub

14-08-2019

Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub

12-09-2025

Aztelekom-a yeni rəhbər təyin edildi

14-03-2016

“Bakcell”in Direktorlar Şurasında dəyişiklik edilib

21-02-2022

Bakcell yeni baş icraçı direktorun işə başlayacağını elan edir

16-04-2019

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib

30-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə