Previous Next
Bağla

Nar “Cloud” korporativ xidmətini təqdim edib

02-12-2015 22:20
Nar “Cloud” korporativ xidmətini təqdim edib

Məlumat verdiyimiz kimi, bu gün Bakı Ekspo Mərkəzində İKT üzrə regionun ən böyük İKT  tədbiri - Bakutel 2015  21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi öz işinə başlayıb. 

Sərgi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Iteca Caspian və Caspian Event Organisers (CEO) şirkətlərinin təşkilatçılığı ilə keçirilir.

Nar şirkəti Bakutel 2015 XXI Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində iştirak edir.

Xeberler.az-ın məlumatına görə, mobil operator özünün ən son yeniliklərini - innovativ məlumat bazası olan “Cloud” xidməti və 4G (LTE) yüksək sürətli internet bağlantısını təqdim edib.

“Cloud” xidməti Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq Nar tərəfindən təqdim olunan tamamilə yeni bir məhsuldur. “Cloud” xidməti bütün məlumatların bir mərkəzdə cəmləşməsinə imkan verən, məlumatın təhlükəsizliyini təmin edən və sistemin davamlı mükəmməlləşməsinə şərait yaradan bir yenilikdir. Bu innovativ məlumat bazasına müxtəlif cihaz və yerlərdən qoşulmaq mümkündür. Məlumat bazasına daxil olan bütün mənbə və ya qurğular eyni fayl üzərində əməliyyat aparırlar.

Bakutel 2015 sərgisi çərçivəsində Nar mobil operatorunun KİV təmsilçiləri ilə növbəti görüşü də baş tutub. Mətbuat nümayəndələrini son nailiyyətləri ilə yaxından tanış edən Azerfon MMC-nin baş icraçı direktoru Kent Maknili Nar mobil operatorunun 2015-ci il ərzində keçdiyi inkişaf yolundan danışıb.

“Şəbəkəsinin genişləndirilməsini hər zaman özünün başlıca prioritetlərindən biri hesab edən Nar cəmi 2 il ərzində şəbəkənin həcminin 2 dəfədən çox artırılmasına nail olub. LTE şəbəkəsindən istifadə etmiş abunəçilərin sayı isə 10 min nəfəri keçib. Qarşıdan gələn il ərzində Nar LTE şəbəkəsini 1000 baza stansiyasınadək genişləndirməyi və dünyada ən sürətli naqilsiz internet bağlantısı sayılan LTE Advanced (LTE-A) texnologiyasının tətbiqini planlaşdırır.

Digər bir yeniliyimiz isə Azərbaycan rabitə bazarında ilk dəfə olaraq Nar mobil operatorunun təqdim etdiyi “Cloud” xidmətidir. Bu xidmət sayəsində davamlı və kəsintisiz işləmə fürsəti qazanmaq, bütün prosesləri nəzarətdə saxlamaq və informasiya texnologiyalarına sərf edilən vəsaitə qənaət etmək mümkün olacaq”, - deyə Azerfon şirkətinin baş icraçı direktoru Kent Maknili qeyd edib.

Qeyd edək ki, “Cloud” xidməti elektron poçt, ofis proqramları, datanın təhlükəsiz saxlanması xidmətlərini təmin edir və məlumatın birgə istifadəsinə imkan yaradır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nar gələn il LTE Advanced texnologiyasını təqdim edəcək

Nar gələn il LTE Advanced texnologiyasını təqdim edəcək

29-12-2015
Nar Bakutel -də ən son yeniliklərini təqdim edəcək

Nar Bakutel -də ən son yeniliklərini təqdim edəcək

28-11-2016
Nar Bakutel-in ən cəlbedici stendi seçildi

Nar Bakutel-in ən cəlbedici stendi seçildi

04-12-2015
Bakutel 2015 - Fotolarda

Bakutel 2015 - Fotolarda

02-12-2015
Nar 4G  şəbəkəsi ölkədə ən yüksək göstəricilərə malikdir

Nar 4G şəbəkəsi ölkədə ən yüksək göstəricilərə malikdir

14-03-2016
Nar Tərtərdə 4G şəbəkəsini qurdu

Nar Tərtərdə 4G şəbəkəsini qurdu

22-10-2018
Nar-ın stendində virtual reallıqla səyahət etmək imkanı

Nar-ın stendində virtual reallıqla səyahət etmək imkanı

30-11-2016
Nar metroda LTE xidmətini təqdim edib

Nar metroda LTE xidmətini təqdim edib

07-02-2018
Nar rominqdə olan abunəçilərinə 4G xidməti təklif edir

Nar rominqdə olan abunəçilərinə 4G xidməti təklif edir

19-07-2016
Nar LTE şəbəkəsini genişləndirir

Nar LTE şəbəkəsini genişləndirir

17-08-2018
Nar Bakutel stendində keçirilmiş müsabiqənin qalibləri

Nar Bakutel stendində keçirilmiş müsabiqənin qalibləri

08-12-2017
Azerfon “Bakutel-2010” sərgisində ən innovativ mobil texnologiyalar nümayiş etdirdi

Azerfon “Bakutel-2010” sərgisində ən innovativ mobil texnologiyalar nümayiş etdirdi

25-11-2010
Nar Gəncədə 4G xidmətini təqdim edib

Nar Gəncədə 4G xidmətini təqdim edib

25-11-2017
Nar BakuTel-2018 sərgisində iştirak edəcək

Nar BakuTel-2018 sərgisində iştirak edəcək

30-11-2018
Nar 4G istifadəçilərinin sayı il ərzində 85 faiz artıb

Nar 4G istifadəçilərinin sayı il ərzində 85 faiz artıb

23-10-2019
Son 1 il ərzində “Nar” abunəçilərinin internetdən istifadəsi 65 faiz artıb

Son 1 il ərzində “Nar” abunəçilərinin internetdən istifadəsi 65 faiz artıb

16-03-2020
Nar-ın LTE şəbəkəsindən istifadə edənlərin sayı açıqlanıb

Nar-ın LTE şəbəkəsindən istifadə edənlərin sayı açıqlanıb

27-01-2017
4G Nar şəbəkəsi ölkə əhalisinin 91,5 faizinə xidmət edir

4G Nar şəbəkəsi ölkə əhalisinin 91,5 faizinə xidmət edir

30-09-2019
“Azerfon” ən innovativ mobil texnologiyalar nümayiş etdirib

“Azerfon” ən innovativ mobil texnologiyalar nümayiş etdirib

25-11-2010
Nar media nümayəndələrinə yeni məhsullarını təqdim etdi

Nar media nümayəndələrinə yeni məhsullarını təqdim etdi

06-12-2018
Nar bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

Nar bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

11-04-2018
“Nar Mobile” nömrəsi alan hər bir yeni abunəçi mobil telefon əldə etmək üçün real imkan qazanacaq.

“Nar Mobile” nömrəsi alan hər bir yeni abunəçi mobil telefon əldə etmək üçün real imkan qazanacaq.

24-11-2010
Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

02-12-2019
Nar baza stansiyalarını 25 faiz artıracaq

Nar baza stansiyalarını 25 faiz artıracaq

01-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə