Previous Next
Bağla

Azerspace-2 sınaq orbitinə çatdı

19-12-2018 10:16
Azerspace-2 sınaq orbitinə çatdı

Azərbaycanın "Azerspace-2" telekommunikasiya peyki sınaq orbitinə çatıb.

Xeberler.az  bildirir ki, bu barədə Trend-ə "Azərkosmos" ASC-dən məlumat veriblər.

Məlumata əsasən peyki təxminən iki ay sınaq orbitində istifadə olunacaq, daha sonra yekun orbitinə - 45 dərəcə şərq uzunluğuna yerləşdiriləcək:

"Gələn ilin əvvəlində peyk "Azərkosmos"un idarəsinə veriləcək və onun kommersiya istifadəsi başlayacaq".

Qeyd edək ki, "Azerspace-2" sentyabrın 26-ı Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxılıb.

"Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı həm də birinci telekommunikasiya peyki - "Azerspace-1" peykinin orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində "Azərkosmos"a bugünədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq.

"Azerspace-2" peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi artıq dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "İntelsat" şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.

Ümumilikdə dəyəri 190 milyon ABŞ dolları olan "Azerspace-2" peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan daha bir peykini orbitə göndərib

26-09-2018

Azerspace-2 Kuru kosmodromuna gətirilib

09-08-2018

Azerspace-2 peykinin orbitə buraxılmasından 1 il ötür

26-09-2019

Azerspace-2 peyki kommersiya fəaliyyətinə başlayıb

01-02-2019

Azerspace-2-nin orbital mövqeyinə çatması üçün 5 ay vaxt lazımdır

27-09-2018

Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

11-02-2019

Azerspace-1 ölkəmizə 50 milyon dollar qazandırıb

08-02-2017

Azərbaycanın ucqar kəndlərində yüzlərlə məktəbi peyk interneti ilə təmin edəcək

05-12-2018

Azərbaycanın yeni peykinin hazırlıq mərhələsi-Foto

17-01-2018

“Azerspace-2”peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”na dair tender üzrə təkliflər zərfləri açıldı

24-04-2015

Azərbaycanlı tələbə Azerspace-2 peykinin orbitə buraxılmasında iştirak edib

28-09-2018

Azerspace-2 üçün hazırlıqlar davam edir

28-08-2015

Azerspace-2 adlanan poçt bloku dövriyyəyə buraxılıb

04-02-2019

Azərbaycanın ikinci peyki 191,36 milyon dollara başa gələcək

24-10-2015

Azerspace-2 sentyabrın sonunda orbitə buraxılacaq

13-09-2018

Azərbaycanın ilk peyki orbitə buraxıldı

08-02-2013

“Azərkosmos” ikinci peyki qaldırmaq üçün müqavilə bağladı

18-02-2015

Azerspace-2 peykinin buraxılış tarixi dəyişdirilib

20-08-2018

Azerspace-2 peyki orbitə neçəyə buraxılacaq?

19-09-2018

Azərbaycanın ikinci peyki nə vaxt hazır olacaq?

25-10-2017

"Azərkosmos" “Azerspace-2” peyki üçün sığortaçı seçib

10-10-2024

Azərbaycanın ikinci peykinin buraxılış vaxtı açıqlanıb

05-01-2017

Azərbaycan “Azerspace-1” peyki üzrə kreditləri tam ödəyib

22-01-2024

Azərbaycanın ilk peykinin orbitə buraxılmasından 10 il ötür

08-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə