“Azərkosmos” və Belçikanın internet və yayım xidmətləri təqdim edən “SatADSL” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Xeberler.az məlumat verir ki, bu barədə “Azərkosmos”dan bildirilib. Müqaviləyə əsasən “SatADSL” şirkəti özünün bulud əsaslı platformasından “Azerpsace-1” peykinin Mərkəzi Asiya yayım şüası vasitəsilə peyk internet xidmətləri təqdim edəcək. Bununla da şirkət Mərkəzi Asiyadan olan müştərilərini “Azerspace-1” peyki üzərindən hazır internet paketləri ilə təmin edəcək.
Qeyd edək ki, “SatADSL” şirkəti dünyanın 45 ölkəsində peyk interneti xidmətləri göstərən platformaya malikdir və telekommunikasiya sahəsində bütün dünyaya etibarlı peyk həlləri təklif edir.
“SatADSL” ilə əməkdaşlığımız “Azərkosmos”un müştərilərinə və tərəfdaşlarına peşəkarlıqla təqdim etdiyi keyfiyyətli xidmətin göstəricisidir. Şirkət ilə işləməkdən məmnunuq və bu əməkdaşlıq çərçivəsində növbəti illər ərzində qarşılıqlı fayda gətirəcək yeni layihələrimizin olacağına inanırıq”, – deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye qeyd edib.
“Azərkosmos” ilə qurduğumuz bu strateji tərəfdaşlıq bizə Şərqi Avropa regionunda və Rusiyada rabitə xidmətləri üzrə geniş imkanlar yaradacaq. Bu tərəfdaşlıq sayəsində rabitənin problemli olduğu bölgələrdə yüksək keyfiyyətli və etibarlı peyk xidmətləri təqdim edəcəyik”, – deyə “SatADSL” şirkətinin direktoru Tierri Eltges bildirib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri