Previous Next
Bağla

Azərkosmos bu il 21,2 mln dollar gəlir əldə edib

23-07-2019 13:55
Azərkosmos bu il 21,2 mln dollar gəlir əldə edib

Xeberler.az bildirir ki, “Azərkosmos” ASC 2019-cu ilin birinci yarımili üzrə dünyanın 20 ölkəsinə telekommunikasiya və optik peyk xidmətləri təqdim etməklə 21,2 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Bu rəqəm ötən ilin analoji dövrünün göstəricisindən 47% çoxdur. 2019-cu ilin sonuna gəlirlərin 45 milyon ABŞ dolları olacağı proqnozlaşdırılır.

Gəlirin 90%-i peyk xidmətlərinin ixracından əldə olunub. Xidmət ixracının həyata keçirildiyi əsas ölkələr ABŞ, Fransa, Malayziya, Birləşmiş Krallıq, Almaniya və BƏƏ-dir. Ümumilikdə, birinci yarımil ərzində əlavə olaraq 9 ölkədən olan yeni müştərilərlə müqavilələr rəsmiləşdirilib. Peyklər vasitəsilə yayımlanan 150-dən çox televiziya və radio kanalının ümumilikdə 20 milyondan çox auditoriyası var.

“Azerspace-2” peykinin bu ilin fevral ayında baş tutan uğurlu biznes startı ilə “Azərkosmos” regional peyk xidmətləri bazarında artıq etibarlı və özünü təsdiq etmiş peyk xidmətləri operatoru mövqeyi qazanıb. Yeni peyk “Azərkosmos”a ABŞ, BƏƏ və Tanzaniyadan olan yeni müştərilərə xidmət göstərmək imkanı yaradıb.

Azərbaycan da daxil olmaqla Baltikyanı, Mərkəzi Asiya və Şərqi Avropa regionundan olan 13 ölkənin qurumları “Azersky” – Yer səthinin məsafədən müşahidəsi peykinin təsvirlərindən kənd təsərrüfatı, kartoqrafiya və xəritəçəkmə, ekoloji layihələndirmə, torpaqların təyinatı və monitorinqində istifadə ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın peyk xidmətlərinin ixracı artıb

31-01-2022

"Azərkosmos" bu il təqribən 22 mln. dollarlıq xidmət ixrac edib

30-11-2022

Peyklərimizdən əldə edilən gəlir açıqlandı

28-06-2019

“Azərkosmos” 39 ölkəyə 3,6 milyon dollarlıq xidmət ixrac edib

02-04-2023

Peyklərimizdən əldə edilən gəlir açıqlandı

31-10-2018

Azərkosmos 15 ölkəyə peyk telekommunikasiya xidmətləri ixrac edib

01-03-2019

Peyklərimizdən əldə edilən gəlir açıqlandı

02-10-2018

May ayında Azərbaycanın peyk xidmətlərindən gəlirləri kəskin azalıb

01-07-2021

Azərkosmos-un gəlirləri kəskin artıb

31-05-2018

Bu il Azərkosmos 19 ölkədən 12,7 mln. dollar gəlir əldə edib

30-07-2018

Ötən il “Azərkosmos" 26 milyon dollardan çox xidmət ixrac edib

01-02-2023

"Azərkosmos"un gəlirləri açıqlanıb

01-03-2021

Azərkosmos-un gəlirləri açıqlandı

18-01-2018

“Azərkosmos”un ixrac gəlirləri artıb

31-10-2022

"Azərkosmos”un ixrac gəlirləri təxminən 27 faiz azalıb

01-09-2023

“Azərkosmos”un ixrac gəlirləri azalıb

30-06-2025

İxrac İcmalı-nın noyabr sayı təqdim olunub

03-12-2018

"Azərkosmos”un ixrac gəlirləri 28 faiz azalıb

27-07-2023

"Azərkosmos" noyabrda ixrac gəlirlərini 13 faiz artırıb

30-12-2020

Azərbaycanın peyk xidmətləri üzrə gəlirləri artıb

11-06-2019

Azərbaycan bu il peyk xidmətlərinin ixracından 2 mln.dollar qazanıb

01-04-2019

Cari ildə “Azərkosmos” optik peyk xidmətləri ixracını artırıb

30-06-2020

"Azərkosmos"un ən çox xidmət satdığı ölkələr

03-11-2024

“Azərkosmos”un ixrac gəlirləri artıb

31-08-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə