“Azərkosmos” gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir

03-04-2020 / 18:24

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının mənfi təsirini minimallaşdırmaq məqsədilə “Azərkosmos” ASC-də peyk əməliyyatlarının fasiləsizliyi və təhlükəsizliyi tam təmin olunur, gücləndirilmiş iş rejimi davam edir.

Xeberler.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus təhlükəsi aradan qalxanadək hər üç peyki - “Azerspace-1”, “Azerspace-2” və “Azersky” idarə edən peyk mütəxəssisləri izolyasiya olunmuş iş mühitində fiziki məsafəni saxlayaraq fəaliyyətlərini davam etdirirlər. Texniki heyət – peyk operatoru və mühəndislər aralarında mümkün olacaq təması minimallaşdırmaq məqsədilə iki komandaya bölünüb. Birinci komanda Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində, ikinci komanda isə “Azərkosmos”un digər ofisində təşkil olunmuş Peyklərin Ehtiyat və Fövqəladə Əməliyyatlarının İdarəolunması Mərkəzində yerləşir. Tez bir zamanda quraşdırılmış ikinci Bakı mərkəzi müstəqil şəkildə peykləri və onların yerüstü sistemlərini idarə etmək və onlara nəzarət etmək funksionallığına malikdir.

“Azərkosmos”un fövqəladə hallar üçün nəzərdə tutulmuş, Naxçıvan Muxtar Respublikasında yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi də mövcuddur. “Azərkosmos”un bütün ofisləri və iş otaqları mütəmadi dezinfeksiya edilir və əməkdaşlar lazımi qoruyucu vasitələrlə tam təmin olunurlar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə