Previous Next
Bağla

Azərkosmos Millətlər Birliyi Təşkilatı ilə əməkdaşlığa başlayıb

04-09-2024 18:29
Azərkosmos Millətlər Birliyi Təşkilatı ilə əməkdaşlığa başlayıb

Azərkosmos Millətlər Birliyi Təşkilatının (The Commonwealth of Nations) üzvləri olan İnkişaf etməkdə olan kiçik ada dövlətləri və digər həssas üzv ölkələrlə iqlimlə bağlı fəaliyyətin gücləndirilməsi istiqamətində əməkdaşlığa başlayıb. Əməkdaşlıq Azərbaycan və Millətlər Birliyi Təşkilatının birgə imzaladığı memorandum çərçivəsində həyata keçirilir.

Azərkosmos tərəfindən Birliyə üzv olan ölkələrə iqlim dəyişikliyində kosmik texnologiya və coğrafi məlumatlar vasitəsilə təhlillərin aparılması və fəaliyyətin qiymətləndirilməsi məqsədilə kompleks proqram hazırlanıb. Proqram çərçivəsində birliyin üzvü olan dövlətlərdə, xüsusilə Karib dənizi regionunda və Sakit okean ölkələrinin ərazilərində:

Peyk görüntülərindən istifadə etməklə quraqlıq səviyyəsinin monitorinqi və
quraqlıq riskinin qiymətləndirilməsi;

Əkin sahələrinin sinifləndirilməsi;

Meşələrin kompleks monitorinqi;

Metan (CH4) konsentrasiyasının kosmik monitorinqi fəaliyyətləri icra olunacaq.

Bu fəaliyyətləri icra edərkən vacib məqam olan məsafədən müşahidə və Coğrafi İnformasiya Sistemləri üzrə bilik və bacarıqların artırılması, tematik təlim və konsultasiyanın verilməsi proqramın tərkib hissələridir.

Kosmik həllərə çıxış imkanının olub-olmamasından asılı olmayaraq bütün ölkələrgündəlik olaraq kosmik xidmətlərdən istifadə edirlər.

Hazırda iqlim dəyişikliyinin mənfi təsirlərinin ön cəbhə xəttində olan kiçik ada
dövlətlərində iqlimin monitorinqinin ən güclü aləti kosmik həllərdir. Məsələn, kosmik texnologiya ada dövlətlərinin davamlı dolanışıq və iqtisadi inkişafı üçün həyati əhəmiyyət kəsb edən işlərdə rol oynayır. Həmçinin sahil mühafizəsi üçün sahil xətlərinin monitorinqi, okeanda suyun səviyyələrinin monitorinqi, qeyri-qanuni balıq ovuna nəzarət və neft dağılmalarının aşkar edilməsi kimi nümunələri misal göstərmək olar. Kosmik texnologiya əlçatmaz ərazilərdən məlumat əldə etməyi təmin edir. Bu da kiçik ada dövlətlərinin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən aspektdir.

Azərkosmosun hazırladığı bu proqram iqlim dəyişikliyinə həssas və kosmosa az və ya heç bir çıxışı olmayan dövlətlərdə Azərbaycanın kosmik təcrübəsini bölüşmək və onların kosmos sahəsində insan kapitalının inkişafına öz töhfəsini verəcək.

Kosmik texnologiya və coğrafi məlumatların gücündən istifadə etməklə bu tərəfdaşlıq iqlimə davamlılığı gücləndirmək, fəlakətlərə hazırlığı təkmilləşdirmək və davamlı inkişafı dəstəkləmək məqsədini daşıyır. Kosmik həlləri özündə ehtiva edən bu proqram Millətlər Birliyi Təşkilatına daxil olan dövlətlərə həm Bakıda keçiriləcək COP29 tədbirində, həm də gələcəkdəki iqlim dəyişikliyi üzrə fəaliyyətlərdə bir növ yol xəritəsi rolunu oynayacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sədr: Beynəlxalq kosmosa əsaslanan İqlim Fəaliyyəti öhdəliyi qəbul ediləcək

16-11-2024

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərləri bir araya gəlib

24-04-2024

COP29 çərçivəsində Kosmik Liderlərin Sammiti keçirilir

16-11-2024

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023

Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

16-05-2024

"Azərkosmos" iqlim dəyişikliyi ilə bağlı yeni layihələr üzərində işləyir

04-10-2024

“Azərkosmos” Norveçdə “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir

24-05-2023

Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

04-11-2024

Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı başa çatıb

26-04-2025

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

23-04-2025

"Azərkosmos": Metan qazının təsirini öyrənməkdə peyk görüntüləri vacib rol oynayır

04-10-2024

TDT-yə üzv ölkələrin kosmik sahədə birgə fəaliyyəti üçün hüquqi baza yaradılır

23-04-2025

“Kosmos və iqlim dəyişikliyi” mövzusunda tədbir keçirilib

09-10-2024

Azərbaycan yeni peyklər buraxacaq

31-10-2022

Azərkosmos “СOP28” tədbirində iştirak edib

11-12-2023

"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

29-01-2026

Azərkosmos Kosmik Texnologiyalar konfransında regional əməkdaşlığını gücləndirir

03-04-2026

“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

25-04-2023

Azərkosmos BMT-nin “Qlobal Saziş” təşəbbüsünə qoşulub

15-11-2023

Media nümayəndələri ilə “İqlim dəyişikliyi və kosmos” mövzusunda görüş keçirilib

19-07-2024

“İqlim dəyişikliyinə kosmosdan baxış” rəqəmsal platforması ictimaiyyətə təqdim olunub

05-04-2024

“Azərkosmos” tərəfindən “Yaşıl siyasət” sənədi qəbul olunub

05-04-2024

Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

14-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə