“AZCON Holding”in tərkibinə daxil olan Azərbaycan Kosmik Agentliyi olan “Azərkosmos”un nümayəndələri BMT-nin Kosmosdan Dinc Məqsədlərlə İstifadə üzrə Komitəsinin (UN COPUOS) 69-cu sessiyasında iştirak ediblər.
Xeberler.az məlumat verir ki, sessiya zamanı Azərbaycanın kosmik sənayedə əldə etdiyi nailiyyətlər təqdim olunub, həmçinin iqlim dəyişikliyi ilə mübarizə və “Space2030” gündəliyinin həyata keçirilməsi məqsədilə kosmik texnologiyalardan istifadə məsələləri üzrə ölkənin mövqeyi səsləndirilib.
Tədbir iştirakçıları kosmik sahədə beynəlxalq əməkdaşlığın aktual məsələlərini, kosmik fəaliyyətin davamlı inkişafını və qlobal çağırışların həlli üçün kosmik texnologiyaların tətbiqinin genişləndirilməsini müzakirə ediblər. İclas çərçivəsində Azərbaycan tərəfi ölkədə həyata keçirilən kosmik layihələr barədə məlumat təqdim edib və bu sahənin gələcək inkişafı üçün beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, BMT-nin Kosmosdan Dinc Məqsədlərlə İstifadə üzrə Komitəsi kosmik siyasət, elm və texnologiya məsələlərinin müzakirəsi, eləcə də kosmosun dinc məqsədlərlə mənimsənilməsi sahəsində dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün əsas beynəlxalq platformalardan biridir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları