Previous Next
Bağla

Azərbaycan yeni peyklər buraxacaq

31-10-2022 13:50
Azərbaycan yeni peyklər buraxacaq

"Azərbaycan gələcəkdə yeni peyklər buraxacaq və bununla da yeni məlumatlar kəşf olunacaq".

Xeberler.az Report-a istinadən bildirir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos)” İdarə Heyətinin sədri Saməddin Əsədov “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, telekommunikasiya infrastrukturunun böyük hissəsi peyk fəaliyyətindən asılıdır: "Hamı naviqasiya xidmətlərindən istifadə edir, meteorologiya və iqlim dəyişikliyi araşdırmaçıları isə peyklərin tədqiqat şəkilləri və məlumatlarından yararlanır. Günəş fəaliyyəti və kosmik hava ilə bağlı müzakirələr getdikcə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan hökumətinin hazırda üç istismarda olan peyki var. Agentlik olaraq, bu obyektlərin verdiyi məlumatları bir çox iqtisadi sahələrdə tətbiq edirik. Onlar telekommunikasiya infrastrukturunun inkişafında böyük rol oynayır. Günəş və kosmik anomaliyalar peyk infrastrukturuna təsirsiz ötüşmür. Əməliyyatçı olaraq, bu anomallıqdan əziyyət çəkirik. Müxtəlif təşkilatçılardan çoxsaylı məlumatlar əldə edirik və peyklərin fəaliyyətini öncədən görməyə çalışırıq. Müəyyən tədbirlər görürük ki, bu təsirin mənfi nəticələri bir o qədər görsənməsin".

"Azərkosmos"un sədri bildirib ki, Azərbaycanın 2030-cü ilə qədər kosmik sahəsindəki fəaliyyətləri ilə bağlı geniş sənədlər hazırlanır: "Bu gün Azərbaycan kosmik sənayedə etibarlı tərəfdaş olaraq qəbul olunur. Gələn il Bakıda Beynəlxalq Astronavtika Konqresi keçiriləcək".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Saməddin Əsədov: "Peyklərin idarə edilməsi üçün alternativ nöqtələrimiz var"

11-05-2023

Növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək

06-10-2023

Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

28-09-2021

Saməddin Əsədov: "Dövlət kosmik tədqiqatlar üçün gələcəkdə də əsas maliyyə mənbəyi olacaq"

02-10-2023

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

Azərbaycanda yeni peyklərin istehsalı mərkəzinin yaradılması planlaşdırılır

11-05-2023

Azərbaycan İsrail şirkətləri ilə yeni optik müşahidə peyk layihələrinin icrasına başlayıb

11-05-2023

Saməddin Əsədov: “Azərbaycan kosmik sahədə inkişafın vacibliyini dərk edir”

06-12-2022

“Azərkosmos” sədri: Yaxın zamanlarda kosmik turistlərin də sayı artacaq

19-12-2024

Azərbaycan son on ildə kosmik fəaliyyətdən yarım milyard manat qazanıb

11-05-2023

Azərbaycan NASA strukturları ilə sıx əlaqələr qurub

09-10-2018

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

30-03-2022

Sədr: Beynəlxalq kosmosa əsaslanan İqlim Fəaliyyəti öhdəliyi qəbul ediləcək

16-11-2024

Beynəlxalq Astronavtika Konqresinin rəsmi bayrağı İtaliyaya təhvil verilib

06-10-2023

“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

25-04-2023

Kosmik agentlik rəhbərlərinin Bakı bəyənnaməsi qəbul edilib

16-11-2024

“İsraillə Azərbaycan kosmik sahədə problemləri aradan qaldıracaq”

07-07-2015

“Azərkosmos” indiyədək 3 peykdən yarım milyard manat qazanıb

09-02-2023

Azərbaycan Ay və Marsın tədqiqi ilə məşğul olacaq

03-10-2023

Azərbaycan peyk layihələrinə təxminən 700 milyon manat investisiya yatırıb

11-05-2023

“Azərkosmos” Norveçdə “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir

24-05-2023

Azərbaycanla Sinqapur peyklərin istehsalını birgə inkişaf etdirəcəklər

23-10-2021

Bakıda kosmik sahəyə aid elm müsabiqəsi keçiriləcək

05-12-2022

"Azərkosmos": Azərbaycanlı məktəblilərin hazırladığı peyk gələn il orbitə buraxılacaq

08-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə