Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC, Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatı (PTT) və “Aktif Bank” arasında müqavilələr imzalanıb.
Xeberler.az bildirir ki, bu barədə Nazirlikdən məlumat verilib.
Məlumata görə, sənədlər ödəniş ötürmə sistemi üzrə, eləcə də “Azərpoçt” və PTT arasında mal tərkibli beynəlxalq poçt göndərişlərinin qarşılıqlı mübadiləsini nəzərdə tutur.
Qurumlar arasında poçt və maliyyə sahəsində imzalanan müqavilələr qarşılıqlı əməkdaşlıq sahəsində yeni imkanlar yaradacaq.
“Ödəniş transferi sistemi üzrə əməkdaşlıq” müqaviləsinə əsasən, iki poçt operatoru müştərək xidmətlərdə əhaliyə daha sərfəli tariflərlə xidmət göstərəcək. Müqavilə çərçivəsində “Azərpoçt” MMC və PTT, “Aktif Bank” tərəfindən təqdim olunan “Ödəniş ötürmə sistemi”ndən istifadə etmək barədə razılığa gəlib. “Aktif Bank” tərəflərə “Ödəniş ötürmə sistemi” şəbəkəsinə qoşulmaq və ödəniş tapşırıqlarını vermək üçün xidmətindən istifadə etmək imkanı yaradıb. Layihənin müsbət tərəflərindən biri odur ki, vətəndaşlar “Azərpoçt” və PTT-nin istənilən poçt məntəqəsində daha aşağı tariflərlə xidmətdən istifadə edə biləcəklər.
Mal tərkibli beynəlxalq poçt göndərişlərinin qarşılıqlı mübadiləsi haqqında əməkdaşlıq müqaviləsinə əsasən isə elektron ticarət mallarının bazara uyğun qiymətlərlə çatdırılması nəzərdə tutulur. Müqavilənin reallaşdırılması iki ölkə arasında mübadilə olunan poçt həcminin daha da artmasına imkan verir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri