Previous Next
Bağla

Azərpoçt daha bir beynəlxalq ödəniş sisteminə qoşulur

07-02-2019 16:45
Azərpoçt daha bir beynəlxalq ödəniş sisteminə qoşulur

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyəti daha bir beynəlxalq ödəniş sisteminə qoşulur. Belə ki, “Azərpoçt” MMC Rusiyanın Digital Payment şirkətinə məxsus Sendy ödəniş sisteminə qoşulmaq üçün memorandum imzalayıb.

Xeberler.az  bildirir ki, Sendy ödəniş sistemi hazırda 5 milyondan çox istifadəçini özündə birləşdirir. 70 mindən çox hüquqi şəxs bu sistemin müştərisidir. Artıq ölkəmizdə də “Azərpoçt”un müştəriləri bu ödəniş sistemindən rahatlıqla yararlana biləcəklər.

“Azərpoçt” və Digital Payment arasında tərəfdaşlıq Azərbaycanla yanaşı, Rusiya, Çin və Asiya ölkələrində milli valyutadan istifadə edən ödəniş və ötürmə mexanizmlərinin yaradılmasına imkan yaradacaq. “Sendy” proqram təminatının və avadanlıq kompleksinin “Azərpoçt” tərəfindən təmin edilməsi isə ölkəmizdə innovativ rəqəmli mobil ödəniş texnologiyalarının genişlənməsinə töhfə verəcək. Eyni zamanda, ticarət və xidmət müəssisələri üçün nağdsız əməliyyatların faizlərini azaldacaq, bütün müştərilər üçün maliyyə xidmətlərindən istifadədə rahatlığı təmin edəcək, təhlükəsizlik səviyyəsinin artırılmasına şərait yaradacaq.

“Azərpoçt” MMC-nin prioritet vəzifəsi milli pul vahidlərində universal ödəmə məkanının yaradılması, ən son mobil texnologiyalardan istifadə edərək öz müştəriləri, eləcə də, tərəfdaşlarının müştəriləri üçün maliyyə xidmətlərinin genişləndirilməsi və xüsusilə sərhədsiz köçürmələrin artırılmasıdır.

Qeyd edək ki, bu gün dünyada biznesin iki növü sürətlə inkişaf etməkdədir. Bu smartfona inteqrasiya edilmiş onlayn ticarət və rəqəmli ödəniş sistemidir. Poçt strukturlarında ödəmə şərti ucuz olan və QR kodlar əsasında rəqəmli mobil həllər tətbiq edən xidmətlərə üstünlük verilir. Ölkəmizin poçt sistemi də bu prinsipə əməl edən beynəlxalq ticarət və çatdırılma sistemlərinə inteqrasiya olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərpoçt”la Türkiyə Poçtu müqavilələr imzaladı

15-01-2021

Türkiyənin ən sərfəli pul köçürmələri “Azərpoçt”da

21-04-2021

Azərpoçt MMC-nin beynəlxalq ödəniş kartları Türkiyədə dəstəklənəcək

27-09-2018

NRYTN Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsini asanlaşdırıb

23-03-2020

E-Manat terminalları ASAN Ödəniş sisteminə qoşuldu

22-06-2018

Azərpoçt-dan yeni ödəniş kartı

01-02-2018

Azərpoçt 2 poçt şöbəsini yenidənqurmadan sonra istifadəyə verdi

06-02-2019

Banklar da eGovPay-ə qoşulur

20-05-2017

“Azərpoçt” IX Beynəlxalq Bankçılıq Forumu 2025-də təmsil olunub

20-11-2025

Smartpay üzərindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 21 min manatdan çox vəsait köçürülüb

27-03-2020

ASAN ödəniş-dən daha bir yenilik

30-04-2018

“Azərpoçt” Mərkəzi Bankın məlumat-axtarış sisteminə qoşulub

17-09-2020

Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 3 il ötür

10-02-2020

Azərpoçt MMC bank nominasiyasının qalibi olub

18-10-2018

Azərbaycanda yeni ödəniş sistemi istifadəyə verilir

28-01-2016

“Azərpoçt”un kart sahibləri artıq “Google Pay”lə ödəniş edə bilərlər!

10-06-2024

"Azərpoçt" MMC adından göndərilən saxta mesajların sayı artıb

25-01-2024

Paytaxtda yeni poçt şöbəsi istifadəyə verilib

19-03-2019

Azərpoçt mükafatlandırılıb

12-12-2019

Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

20-06-2022

Unibank daha bir beynəlxalq ödəniş sisteminə qoşuldu

17-11-2015

ASAN ödəniş-ə bir sıra rüsum ödənişləri əlavə olunacaq

11-06-2019

“Azərpoçt” Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığa başlayıb

11-06-2020

DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib

15-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə