Previous Next
Bağla

“Azərpoçt”un kart sahibləri artıq “Google Pay”lə ödəniş edə bilərlər!

10-06-2024 12:31
“Azərpoçt”un kart sahibləri artıq “Google Pay”lə ödəniş edə bilərlər!

 “Azərpoçt” ötən illərdə olduğu kimi, bu il də rəqəmsal həllərə yönəlik innovativ xidmətlər təklif etməkdə davam edir.

 Belə ki, “MilliKart” MMC tərəfindən təqdim olunmuş platforma üzərindən “Azərpoçt”un kart sahibləri ödəniş kartlarını “Google Wallet”ə əlavə etməklə ödənişlərini təmassız şəkildə həyata keçirə bilərlər. Bununla da istifadəçilərin kartları özləri ilə daşımasına ehtiyac qalmır.

 Qeyd edək ki, “Google Pay” elektron ödəmə sistemi olub, ödənişləri təmassız və sürətli şəkildə həyata keçirməyə imkan verən xidmətdir.

 Müştərilər bu xidmətdən müxtəlif ticarət və iaşə obyektlərində mobil telefonlarını post-terminala yaxınlaşdıraraq ödənişlərini saniyələr içində edə bilərlər. Əlavə olaraq, “Google Pay” onlayn alış-veriş üçün də çox rahat ödəniş vasitəsidir.

 Kartların təhlükəsiz şəkildə “Google Wallet”də saxlanılması, həmçinin həmin tətbiq vasitəsilə xərclərə nəzarət etmək imkanının olması da xidmətin əlçatanlığını təmin edir.

 Onu da qeyd edək ki, müasir texnologiyanın tətbiqi “Azərpoçt”da biznes proseslərini asanlaşdırmağa, informasiyanın ötürülmə sürətini artırmağa xidmət göstərir.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

23-08-2022

Yelo Visa kartları ilə Google Pay ödənişlərində xüsusi endirimlər

20-09-2022

Google Pay Yelo Bank-da!

05-09-2022

“Apple Pay” və “Google Pay” ödəniş üsulları ilk dəfə “Azercell” tətbiqində

23-12-2024

“AzPost Mobile” tətbiqi istifadəyə verilib

05-09-2024

“Azərpoçt” MMC yeni “Mobil POS” xidmətini istifadəyə verib

22-01-2025

Ekspert: Çoxları maraqlanır ki, Google Pay istifadəçiyə hansı üstünlüyü qazandıracaq ?

23-08-2022

Androd Pay ilə proqram daxili ödəniş sistemi yaradıldı

16-12-2015

Azərbaycanda "Apple Pay" və "Google Pay"lə ödənişlərin ümumi məbləği artıb

12-03-2026

Apple Pay və Google Pay-in tətbiqi üçün infrastruktur yaradılır

10-09-2019

ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!

15-11-2025

Bakı-Sumqayıt qatarlarında elektron ödəniş aktivləşdi

27-07-2023

Sərnişinlər onlayn bilet ödənişlərini "Apple Pay" və "Google Pay"dən edə biləcək

12-01-2026

Android M rəsmi olaraq təqdim olunub

29-05-2015

Azərbaycanda Apple Pay-la ödəniş Google Pay-dan 8 dəfə artıq olub

15-02-2023

Azercell Rəqəmsal Kartının növbəli aktivasiyasına davam edir

13-10-2022

“Bline” internet provayderi “SmartPay”ə qoşuldu

16-09-2021

Nikoyl Bank təmassız plastik kartları tətbiq etdi

02-10-2015

Mastercard və Starbucks-dan hədiyyə kampaniyası

14-01-2022

Android Pay ABŞ-da istifadəyə verilib

11-09-2015

Daha iki internet provayderi “SmartPay”ə qoşuldu

11-08-2021

PayPal və Google süni intellekti birgə inkişaf etdirməyi planlaşdırır

18-09-2025

“SmartPay” ödəmə sisteminə 2 yeni xidmət əlavə olunub

01-06-2021

Hesab.az -da kartları yadda saxlamaq mümkün oldu

06-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə