Previous Next
Bağla

Apple Pay və Google Pay-in tətbiqi üçün infrastruktur yaradılır

10-09-2019 16:14
Apple Pay və Google Pay-in tətbiqi üçün infrastruktur yaradılır

"Visa Inc" beynəlxalq kart təşkilatı "Apple Pay" və "Google Pay" təmassız ödəniş sistemlərinin Azərbaycanda tətbiq edilməsi üçün platforma rolunu oynayacaq.

Xeberler.az bildirir ki, bunu “Visa”nın Qafqaz, MDB və Cənubi-Şərqi Avropa regionu üzrə baş meneceri Kristina Doroş deyib.

Onun sözlərinə görə, şirkətlərin bu və digər bazarlarda təmsil olunması birbaşa onların qərarından asılıdır.

"Lakin elə vacib məqamlar var ki, onlara xüsusi diqqət yetirilir. Məsələn, ilk növbədə ölkədə tokenizasiya texnologiyasının olmasıdır. O, olmadığı təqdirdə, əlbəttə ki, kartların rəqəmsallaşdırılması və telefona yerləşdirilməsi mümkün deyil. Belə olan təqdirdə "Apple Pay"lə ödəniş aparmaq mümkün deyil. Məhz ona görə Azərbaycanda "Visa Token Service"in istifadəyə verilməsi tokenizasiya istiqamətində atılan bir addımdır ki, tədricən "Apple Pay" və "Google Pay" kimi ödəniş sistemləri ölkəyə gələ bilsinlər", - deyə K. Doroş qeyd edib.

"Visa"nın rəsmisi onu da bildirib ki, bu şirkətlər üçün digər önəmli faktorlardan biri də təmassız ödənişləri qəbul edə biləcək infrastrukturun olmasıdır.

"Biz "Visa" olaraq banklarla sıx əməkdaşlıq edirik ki, təmassız ödəniş infrastrukturunu genişləndirək. Bildiyiniz kimi, telefon vasitəsilə yalnız təmassız ödənişlər aparmaq mümkündür. Qeyd edim ki, "Visa" bu prosesi stimullaşdırmaq üçün cari ilin aprel ayından bütün region üzrə, o cümlədən Azərbaycanda ödəniş texnologiyalarının inkişafına dair yol xəritəsi tətbiq edib. Onun da əsas elementlərindən biri ölkədə yalnız təmassız ödəniş qəbul etmə imkanına malik olan terminalların quraşdırılmasıdır. Artıq bu gün Azərbaycan bankları tərəfindən quraşdırılan bütün terminallar bu funksiyanı dəstəkləyir. Bu da, əlbəttə ki, "Apple" və "Google"un bu bazara daxil olmasına şərait yarada biləcək vacib olan elementlərdən biridir", - deyə K. Doroş əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Google Pay Yelo Bank-da!

Google Pay Yelo Bank-da!

05-09-2022
Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

23-08-2022
Azərbaycanda Apple Pay-la ödəniş  Google Pay-dan 8 dəfə artıq olub

Azərbaycanda Apple Pay-la ödəniş Google Pay-dan 8 dəfə artıq olub

15-02-2023
Bakı-Sumqayıt qatarlarında elektron ödəniş aktivləşdi

Bakı-Sumqayıt qatarlarında elektron ödəniş aktivləşdi

27-07-2023
Azərbaycanda "Apple Pay" və "Google Pay"lə ödənişlərin ümumi məbləği artıb

Azərbaycanda "Apple Pay" və "Google Pay"lə ödənişlərin ümumi məbləği artıb

12-03-2026
Apple Pay daha iki ölkədə istifadəyə veriləcək

Apple Pay daha iki ölkədə istifadəyə veriləcək

30-10-2015
“iPhone 6” istifadəçilərinin əksəriyyəti “Apple pay”-dən ödəniş edir

“iPhone 6” istifadəçilərinin əksəriyyəti “Apple pay”-dən ödəniş edir

23-05-2015
Kart sahiblərinə qarşı kiber hücumlar çoxalır

Kart sahiblərinə qarşı kiber hücumlar çoxalır

10-09-2019
Nikoyl Bank təmassız plastik kartları tətbiq etdi

Nikoyl Bank təmassız plastik kartları tətbiq etdi

02-10-2015
“Apple Pay” və “Google Pay” ödəniş üsulları ilk dəfə “Azercell” tətbiqində

“Apple Pay” və “Google Pay” ödəniş üsulları ilk dəfə “Azercell” tətbiqində

23-12-2024
Yelo Visa kartları ilə Google Pay ödənişlərində xüsusi endirimlər

Yelo Visa kartları ilə Google Pay ödənişlərində xüsusi endirimlər

20-09-2022
İİTKM VİSA İnternational şirkəti ilə görüş keçirib

İİTKM VİSA İnternational şirkəti ilə görüş keçirib

11-09-2019
ABB Tam Visa kartını təqdim etdi

ABB Tam Visa kartını təqdim etdi

16-01-2026
Qlobal ödəniş sistemlərinin Azərbaycanda tətbiqi niyə ləngiyir?

Qlobal ödəniş sistemlərinin Azərbaycanda tətbiqi niyə ləngiyir?

21-12-2019
Sərnişinlər onlayn bilet ödənişlərini  "Apple Pay" və "Google Pay"dən edə biləcək

Sərnişinlər onlayn bilet ödənişlərini "Apple Pay" və "Google Pay"dən edə biləcək

12-01-2026
Mastercard və Starbucks-dan hədiyyə kampaniyası

Mastercard və Starbucks-dan hədiyyə kampaniyası

14-01-2022
Azərbaycanda “Apple Pay” və “Google Pay” ilə aparılmış ödənişlərin məbləği açıqlandı

Azərbaycanda “Apple Pay” və “Google Pay” ilə aparılmış ödənişlərin məbləği açıqlandı

13-06-2023
Ekspert: Çoxları maraqlanır ki, Google Pay istifadəçiyə hansı üstünlüyü qazandıracaq ?

Ekspert: Çoxları maraqlanır ki, Google Pay istifadəçiyə hansı üstünlüyü qazandıracaq ?

23-08-2022
Bu ölkələr Apple Pay-i qəbul edəcək

Bu ölkələr Apple Pay-i qəbul edəcək

12-06-2015
 Android M rəsmi olaraq təqdim olunub

Android M rəsmi olaraq təqdim olunub

29-05-2015
Android Pay ABŞ-da istifadəyə verilib

Android Pay ABŞ-da istifadəyə verilib

11-09-2015
Azexport portalı Rəqəmsal ödənişlərin inkişafı mövzusunda təlim keçirib

Azexport portalı Rəqəmsal ödənişlərin inkişafı mövzusunda təlim keçirib

13-02-2019
“Azərpoçt”un kart sahibləri artıq “Google Pay”lə ödəniş edə bilərlər!

“Azərpoçt”un kart sahibləri artıq “Google Pay”lə ödəniş edə bilərlər!

10-06-2024
Visa Token xidməti istifadəyə veriləcək

Visa Token xidməti istifadəyə veriləcək

09-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə