Previous Next
Bağla

Ekspert: Çoxları maraqlanır ki, Google Pay istifadəçiyə hansı üstünlüyü qazandıracaq ?

23-08-2022 15:54
Ekspert: Çoxları maraqlanır ki, Google Pay istifadəçiyə hansı üstünlüyü qazandıracaq ?

Artıq Google Pay ilə sadəcə kartla təmas olmadan, daha rahat və effektiv ödəniş imkanı qazanırıq.

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.

“Əvvəl kartla ödəyirdik, indi mobil telefon aparatının özü ilə və ya "ağıllı saat" la ödəyəcəyik. Hansı ki, kart öncədən bir dəfə Google Wallet cüzdanına əlavə edilməlidir. Yəni, əvvəl kartı POS terminala yaxınlaşdırmaqla ödəniş edilirdisə, indi mobil telefonun və ya "ağıllı saatın" özünü ödəniş terminalına yaxınlaşdırıb ödəniş etmək mümkün olacaq. Həmçinin onlayn ödənişləri daha rahat formada, hansısa formalar doldurulmadan, qeydiyyatdan keçmədən də reallaşdırmaq olacaq. Həm də , təmassız ödəniş zamanı internetin olması da əhəmiyyət kəsb etmir.

Sadəcə, bəzi məhdudiyyətlər var, gərək kartı verən bank Google Pay-i dəstəkləsin, telefon NFC texnologiyanı dəstəkləsin və xidməti təqdim edən də bu tip ödənişi dəstəkləsin. Əlbəttə, bu addım gec də olsa ölkəmizdə rəqəmsal transformasiyada irəliyə doğru bir addımdır. Təmassız ödənişlər infrastrukturunun inkişafı texnoloji inkişaf göstəricisinin bir tərkib hissəsidir. Bununla da ölkədə nağdsız, təmassız ödənişlərin xüsusi çəkisi kəskin şəkildə artacaq.

Bu istiqamətdə Mərkəzi Bankın səyləri təqdirəlayiqdir. Bununla belə Mərkəzi Bankdan gözləntilər daha çoxdur :

1. Bütövlükdə bank-maliyyə sektorun rəqəmsal transformasiyasına şərait yaradan, az qala 10 ildir ki müzakirəsi gedən "Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında qanun layihəsini" ortaya çıxarmaq.

2. Rəqəmsal manat layihəsini reallaşdırmaq.

3. Qlobal ödəniş sistemlərinə inteqrasiyada mühüm rol oynayan PayPal ödəniş sistemini Azərbaycana gətirmək.

4. Ölkədə mövcud olan yüksək bank komissiyaları, nəqdləşdirmə məhdudiyyətləri və rüsumları, mənasız limitləri ləğv etmək və s".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

23-08-2022

Google Pay Yelo Bank-da!

05-09-2022

Azərbaycanda "Apple Pay" və "Google Pay"lə ödənişlərin ümumi məbləği artıb

12-03-2026

Qlobal ödəniş sistemlərinin Azərbaycanda tətbiqi niyə ləngiyir?

21-12-2019

Bütün avtobuslarda NFC ödənişləri aktivləşdirilib

29-12-2025

Apple Pay və Google Pay-in tətbiqi üçün infrastruktur yaradılır

10-09-2019

“Azərpoçt”un kart sahibləri artıq “Google Pay”lə ödəniş edə bilərlər!

10-06-2024

Bu gündən "BakuBus"larda bank kartları ilə ödəniş mümkün olacaq

25-12-2025

Nağdsız hesablaşmalar niyə inkişaf etmir?

01-08-2019

Azərbaycanda Apple Pay-la ödəniş Google Pay-dan 8 dəfə artıq olub

15-02-2023

Caspian Development Bank-dan təmassız ödəniş kartları

05-11-2015

Bakıdakı bütün avtobuslarda NFC ilə ödəniş mümkün olacaq

05-11-2025

Sərnişinlər onlayn bilet ödənişlərini "Apple Pay" və "Google Pay"dən edə biləcək

12-01-2026

Nikoyl Bank təmassız plastik kartları tətbiq etdi

02-10-2015

Naxçıvanda ictimai nəqliyyat nağdsız ödənişə keçir

13-10-2023

Ötən il “Apple Pay” və “Google Pay” ilə edilən ödənişlər 2 dəfə artıb

10-03-2025

Yelo Visa kartları ilə Google Pay ödənişlərində xüsusi endirimlər

20-09-2022

Bakı-Sumqayıt qatarlarında elektron ödəniş aktivləşdi

27-07-2023

Nağdsız hesablaşmalara aid qanun layihəsi müzakirə edilib

20-09-2013

Androd Pay ilə proqram daxili ödəniş sistemi yaradıldı

16-12-2015

“Apple Pay” və “Google Pay” ödəniş üsulları ilk dəfə “Azercell” tətbiqində

23-12-2024

Mastercard Azərbaycanda GooglePay-ın işə salınmasını qeyd edir

23-08-2022

Televizorla ödəniş edə biləcəksiniz

07-08-2015

Mastercard Azərbaycanda “Apple Pay kampaniyalarının” başladıldığını elan edib

03-11-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə