Previous Next
Bağla

Azərbaycan məhsulları ilk dəfə “Alibaba”da ilk üçlükdə yer alıb

26-08-2025 17:47
Azərbaycan məhsulları ilk dəfə “Alibaba”da ilk üçlükdə yer alıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının dəstəyi ilə Azərbaycan məhsulları ilk dəfə dünyanın ən iri elektron ticarət platformalarından biri olan “Alibaba.com”da öz kateqoriyası üzrə qlobal reytinqdə ilk üçlükdə yer alıb. Məhsullar “Mr.Fix” brendinə məxsus tikinti materiallarıdır.

Xeberler.az bildirir ki, bu nailiyyət Azərbaycan istehsalçıları üçün elektron ticarətin açdığı yeni imkanların bariz göstəricisidir. Ənənəvi ticarət üsullarının zəiflədiyi bir dövrdə rəqəmsal bazarlara keçid cəmi bir aydan qısa müddətdə yerli məhsulu nəhəng bazarda lider mövqeyə yüksəldib.

“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Azərbaycanın tikinti məhsullarının dünyanın ən böyük bazarlarından birində top üçlükdə yer alması elektron ticarətin yaratdığı yeni reallıqdır: “Şirkətlər bu reallığı qəbul etməli və daha çox bu istiqamətə yönəlməlidir. Artıq məhsula sifariş sorğusu da daxil olub, müzakirələr aparılır. Bu, sadəcə başlanğıcdır və bənzər nümunələrin sayı artacaq. Bu uğuru fürsətə çevirmək üçün sahibkarlar “Azexport” portalı ilə daha yaxından əməkdaşlığa dəvət olunur”.

“Azexport.az” portalı sahibkarları təmənnasız təqdim olunan ixrac imkanlarından yararlanmağa çağırır və Azərbaycanın qeyri-neft ixracını yeni rəqəmsal bazarlarda daha da gücləndirməyə davam edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025

“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

05-01-2026

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

23-02-2019

Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

22-11-2019

Azexport Amazonla Qazan təlimini davam etdirir

19-02-2019

“Azexport” Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

27-01-2026

“Azexport” Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

17-06-2025

“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

19-11-2021

“Bu portal Azərbaycan məhsullarını bütün dünyaya təqdim edir”

21-09-2017

“Azexport” portalının dəstəyi ilə Efiopiyaya məhsul ixrac ediləcək

22-11-2024

Azexport yeni elektron satış portalları ilə əməkdaşlığa başlayıb

27-07-2018

USAID və Azexport əməkdaşlıq edir

08-02-2023

BMT-nin hesabatı: Azexport və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir

15-10-2020

“Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda müzakirə keçirilib

24-07-2020

Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

21-06-2023

“Azexport”un dəstəyi ilə Azərbaycandan Efiopiyaya un məmulatları ixrac olunacaq

16-09-2024

“TurkicExport” portalının layihəsi təqdim edilib

19-02-2024

Azexport portalının xüsusi buraxılışı nəşr olundu

23-01-2019

"Azərbaycan məhsullarının beynəlxalq onlayn platformalarda mövcudluğu 300 dəfə artıb"

28-11-2019

“Azexport” Azərbaycan məhsullarının Yaponiyaya ixracını genişləndirir

18-03-2026

"Azexport" daha bir məhsula Sərbəst Satış Sertifikatı verib

09-10-2025

Azexport portalının Elektron ticarət üzrə təlimi yekunlaşıb

29-11-2018

"Azexport" Azərbaycan məhsullarının ABŞ-a ixracına başlayır

28-12-2022

Azexport.az Bakutel sərgisində təmsil olunur

03-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə