Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Cənubi Afrika Respublikasında (CAR) keçirilən “Africa Tech Festival”da “Qızıl sponsor” qismində çıxış edib. Qurum öz stendi ilə təmsil olunaraq məhsul və xidmətlərini beynəlxalq auditoriyaya təqdim edib.
Nazirlikdən bildirilib ki, səfər çərçivəsində qurumun nümayəndələri tərəfdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi məqsədilə iştirakçı şirkətlərlə görüşlər keçiriblər. Nəticə etibarilə “AzInTelecom” MMC və Afrikanın nüfuzlu şirkətlərindən olan “Prime Invest Group” arasında memorandum imzalanıb.
Memorandumun məqsədi təhlükəsiz və etibarlı rəqəmsal həllər əsasında biznesləri gücləndirmək, “AzInTelecom”un “SİMA İmza” və “SİMA KYC” innovativ məhsullarını Afrika bazarına çıxarmaqdır.
İmzalanan memorandum hər iki şirkət tərəfindən gələcək əməkdaşlığın inkişafının ilk addımı kimi dəyərləndirilib.
Qeyd edək ki, “Prime Invest Group” qlobal sektorda maliyyə xidmətləri göstərir. Şirkətin fəaliyyət istiqamətinə investisiya planlaması, vergi və əmlak planlaması, strateji aktivlərin idarə edilməsi və sair xidmətlər daxildir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri