Previous Next
Bağla

E-taxes.gov.az portalına SİMA Token ilə daxil olmaq mümkün olacaq

10-09-2023 14:45
E-taxes.gov.az portalına SİMA Token ilə daxil olmaq mümkün olacaq

2024-cü il yanvarın 1-dən etibarən vergi ödəyicilərinin e-taxes.gov.az portalında elektron kabinetlərinə vergi orqanı tərəfindən verilmiş kod-paroldan istifadə etməklə daxil olmaq imkanları məhdudlaşdırılacaq. Vergi ödəyiciləri elektron kabinetə yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə daxil ola biləcəklər.

Xeberler.az məlumat verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA Token gücləndirilmiş elektron imza vergi ödəyiciləri üçün rahat və təhlükəsiz giriş imkanı təqdim edib.

SİMA Token ilə e-taxes.gov.az saytında elektron kabinetə daxil olaraq bütün xidmətlərin icrasını həyata keçirmək mümkündür. Bura vergi bəyannamələrinin elektron qaydada təqdim edilməsi, “Əmək müqaviləsi Bildirişi”nin elektron qeydiyyata alınması, mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura göndərilməsi və digər elektron xidmətləri aid etmək olar.

Qeyd edək ki, SİMA Token “AzInTelecom” MMC-nin yaratdığı SİMA rəqəmsal həllər platformasına daxildir. İmza tələb edilən bütün sahələrdə tətbiqi mümkün olan SİMA Tokeni vətəndaşlar, hüquqi şəxslər, sahibkarlar və dövlət qurumları əldə edə bilərlər.

SİMA Token imza sertifikatı birdəfəlik ödəniş əsasında 3 illik verilir və aylıq ödənişə ehtiyac yoxdur. Üç iş günü ərzində hazır olan imza sertifikatının alınması zamanı vaxt itkisinin aradan qaldırılması məqsədilə token.sima.az saytı vasitəsilə onlayn müraciət imkanı mövcuddur. Həmçinin vətəndaşlar Bakı şəhərində Üzeyir Hacıbəyli küçəsi 72 ünvanında yerləşən Mərkəzi Poçt Şöbəsindən, bölgələrdə isə poçt şöbələrinə müraciət edərək SİMA Token əldə edə bilərlər.

İstifadəçilər SİMA Token imza sertifikatının itirilməsi, oğurlanması, texniki zədələnməsi hallarında, eləcə də digər çətinlik və suallarla əlaqədar “AzInTelecom” MMC-nin “157” Çağrı Mərkəzinə zəng edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“SİMA Token”lə bağlı imkanlar genişləndirildi

18-04-2022

Bütün qurumlar üçün “SİMA Token”i onlayn sifariş etmək imkanı yaradılıb

04-12-2025

“AzInTelecom” MMC-nin Müştəri Xidmətləri yalnız “Şəbəkə” ofisində fəaliyyət göstərəcək

28-07-2022

“SİMA Token”in onlayn sifarişi mümkün oldu

10-10-2024

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023

“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi

23-04-2026

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə verilməsi mümkün oldu

08-10-2025

"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

04-02-2026

Vergi bəyannamələrini “SİMA İmza” ilə ödənişsiz təqdim et!

03-07-2025

“SİMA” Vergi portalının fərdi sahibkar xidmətlərinə inteqrasiya edilib

13-05-2025

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

21-06-2025

Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

05-02-2026

“SİMA İmza” ilə daha 30-dək elektron vergi xidməti əlçatan olub

18-11-2025

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

16-09-2025

"SİMA" "E-taxes" portalına inteqrasiya edilə bilər

25-02-2022

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

15-01-2025

“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib

04-02-2025

“Smart Customs” tətbiqinə “SİMA İmza” ilə daxil ol!

22-01-2024

“SİMA İmza” ilə MİDA-nın “Güzəştli mənzil” sistemindən ev əldə et!

17-11-2023

“SİMA İmza” “Xalq” bankın internet bankçılıq sisteminə inteqrasiya edilib

17-12-2024

SİMA ilə “E-gov” sisteminə giriş daha əlçatan oldu

18-07-2022

“Güzəştli mənzil” sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlanıb

06-05-2026

SİMA vasitəsilə iş yerlərindən arayışların alınması daha rahat oldu

14-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə