“AzInTelecom” dövlət və özəl qurumlar üçün Kibertəhlükəsizlik xidməti göstərir

22-06-2022 / 16:08

Son illər informasiya texnologiyaları sahəsi sürətlə inkişaf edir, günbəgün, hətta hər yeni saatda fərqli texnoloji avadanlıqlar və həllər hazırlanaraq ictimaiyyətə təqdim edilir. Bu yeniliklər müasir imkanlarla yanaşı, özü ilə yeni risklər də gətirir. Həm informasiya sistemlərində yaranan boşluqlara görə, həm də kiberhücumlar nəticəsində müəssisələrin İT infrastrukturuna zərər verilir, qorunan məxfi məlumatlar ələ keçirilir. Bu amillər bütün dünyada olduğu kimi, Azərbaycanda da müxtəlif informasiya sistemlərinə malik olan qurumlar üçün təhlükə mənbəyidir.

Xeberler.az bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin dövlət qurumlarını və özəl müəssisələri bu risklərdən qorumaq üçün təklif etdiyi informasiya təhlükəsizliyi xidmətlərindən biri Kibertəhlükəsizlik xidmətidir.

Bu paketə bir neçə fərqli istiqamət üzrə xidmət daxildir.

Təklif edilən Kibertəhlükəsizlik xidmətinin istiqamətlərindən biri Təhlükəsizlik testləri – Kiberhücumların simulyasiyasıdır.

Bu xidmət çərçivəsində OSINT – açıq mənbə kəşfiyyatı və zəifliklərin yoxlanılması da daxil olmaqla, aşkar edilmiş boşluqların real kiberhücum ssenariləri ilə istismarı həyata keçirilir.

Müştəri ilə razılaşdırılmış qaydada kiberhücum həyata keçirilir, hədəf olan infrastruktur və sistemdən boşluqların istismar edilməsi imkanı yoxlanır. Nəticədə aşkar edilmiş boşluqlar, onlara qarşı kiberhücumun növü və uğurlu olma ehtimalı, potensial risklər barədə müştəri məlumatlandırılır və tövsiyələr verilir.

İnsidentlərin araşdırılması xidməti zamanı isə artıq müştərinin infrastrukturunda baş vermiş və ona zərər vermiş kiberinsidentlərin əsas səbəbinin təhlili aparılır. İnsidentin təsir dairəsi müəyyən edilir, gələcəkdə baş verməsinin qarşısının alınması üçün tövsiyələr verilir.

Bu xidmətdən faydalanan müştərilərə “AzInTelecom” MMC loqların araşdırılması, xüsusi vasitələrlə sistemlərin nüsxəsinin götürülməsi xidmətini də təklif edir.

Qeyd edək ki, ABŞ-nin beynəlxalq texnologiya şirkəti olan “IBM”in (International Business Machines) hesablamalarına görə, baş vermiş sızmanı aşkar etmək üçün 197 gün, onu aradan qaldırmaq üçün isə 69 günə qədər vaxt lazımdır. Eyni zamanda, sızmanı 30 gündən az müddətdə aşkar edən şirkətlər 1 milyon dollardan çox qənaət edirlər.

İnsidentlərə gec reaksiya verilməsi şirkətiniz üçün müştəri etibarının itirilməsi, məhsuldarlığın kütləvi şəkildə azalması və ya böyük cərimələrlə nəticələnə bilər.

“AzInTelecom” MMC-nin təklif etdiyi Kibertəhlükəsizlik və İnformasiya Təhlükəsizliyinin auditi və konsaltinqi xidmətlərinin reallaşdırılmasında əsas məqsəd işlək siyasət, təlimat və prosedurların hazırlanması ilə effektiv idarəetmənin həyata keçirilməsinə nail olmaqdır. Bu xidmətlərdən istifadə həssas məlumatlarla işləyən müəssisələrin kibertəhlükələrə qarşı məsuliyyətinin göstəricisidir.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə